05 sen 22:54olke

“Qəbələ” ÇL-də “Şerif”lə qarşılaşacaq

“Qəbələ” ÇL-də “Şerif”lə qarşılaşacaq
Nail Kərimov: “Rəqibin səviyyəsi bizim sərgiləyəcəyimiz oyundan asılıdı”
Dünən UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkatma mərasimi keçirildi. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə iki mərhələnin cütləri bəlli oldu. Xatırladaq ki, turnirdə ölkəmizi ötən mövsüm 19 yaşa qədər futbolçular arasında ölkə çempionu adını qazanan “Qəbələ” təmsil edəcək.
Püşkə əsasən ötən mövsüm Gənclər Liqasının qalibi olan “qırmızı-qaralar” qitəmiqyaslı turnirdə Moldova “Şerif”i ilə üz-üzə gələcək. İlk oyun oktyabrın 3-də, cavab görüşü 24-də baş tutacaq. Azərbaycanı ikinci dəfə bu turnirdə təmsil edəcək “Qəbələ” ilk görüşü evdə keçirəcək.
Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi isə “Herta” (Almaniya) – “Lex” (Polşa) duelində müəyyənləşəcək. Bu cütlərdə qalib gələn komandalar noyabrın 7-si və 28-də üz-üzə gələcək. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk səddi adlasa, 2-ci mərhələyə evdə start verəcək.
Xatırladaq ki, bu iki mərhələni adlayan 8 komanda pley-offa vəsiqə qazanacaq. Onlar pley-offda Çempionlar Liqasında qrup ikincisi olan komandalarla 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq.
Püşkatma mərasimindən dərhal sonra Nyonda olan “Qəbələ” Futbol Akdemiyasının baş meneceri Nail Kərimovla əlaqə saxlayıb, püşkü dəyərləndirməsini istədik.
- Püşkün nəticəsini normal dəyərləndirərdim. Düzdü, “Şerif” Futbol Akademiyasının əsası bizdən 10 il əvvəl qoyulub. Ancaq mənə elə gəlir, iki bərabərsəviyyəli komandanın mübarizəsini izləyəcəyik. Rəqib komandanın nümayəndə heyəti Nyona gəlmədiyindən üzbəüz söhbət edə bilmədik. Ancaq püşkatma mərasimindən sonra qarşı tərəflə telefonla danışdıq. “Şerif”in Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Sergey Poqrebnyakla bəzi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Fikrimcə, təşkilatçılıq baxımından nə Moldovada, nə də burda hansısa problem yaşanmayacaq. Ən əsası səfərə çıxmaq üçün viza tələb olunmur. 5 il əvvəl Tiraspola səfər edərək “Şerif”in Futbol Akademiyasına baş çəkmişəm. Normal şəraitləri var.
- Şansları necə dəyərləndirirsiz?
- İlk növbədə oyuna yüksək səviyyədə hazırlaşmaq lazımdı. Bu ən önəmli şərtdi. Şanslara gəlincə, məncə 50-nin 50-yədi.
- Bu mərhələni adlayacğınız təqdirdə “Herta” – “Lex” cütünün qalibi ilə qarşılaşacaqsız. Bu klubların nümayəndələri ilə söhbətləşmək imkanınız oldu?
- Bəli, hər iki komandanın rəsmiləri ilə ayaqüstü söhbətimiz oldu. Bir-birimizə əlaqə telefonlarını verdik. Belə razılağa gəldik ki, ilk görüşlərdən sonra müəyyən məsələrlə bağlı əlaqə saxlayaq.
- Püşkdən əvvəl “Qəbələ”nin rəqibi olacaq 6 klubun adı məlum idi. “Şerif” sizin bəxtinizə düşdü. “Herta” ilə “Lex” üz-üzə gələcək. “Maribor”, PAOK, AEL və “Siqma” arasından kimi rəqib kimi görməyi arzulayırdız?
- Bu komandalar arasında ən güclüsü, təbii ki, Almaniya təmsilçisidi. Bu ölkənin yeniyetmə futbolçularının nəyə qadir olduğunu Avropa və dünya çempionatlarında görmüşük. Qalanların hamısı, demək olar ki, eyni səviyyədədi. Mən həmişə öz məşqçilərimizə demişəm ki, istənilən turnirə qatılanda ən zəif komanda kimi özümüzü görün və heç vaxt nəyəsə arxayın olub, oyunlara barmaqrası yanaşmayın. Rəqibin səviyyəsi bizim sərgiləcəyimiz oyundan asılıdı.
- Demək olar ki, “Qəbələ” akademiyası yaranan gündən rəhbərlikdə təmsil olunursuz. Emin İmaməliyevin yetirmələri mərhələ adlayacağı təqdirdə adını ölkə futbolunun tarixinə yazdıra bilər. Sizcə, komandanın potensialı bu gün buna imkan verir?
- Bəribaşdan iddialı danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, yaxşı komandamız var və U-19 komandamızın bizləri sevindirəcəyinə inanıram.
- Ev oyunlarını Qəbələdə keçirəcəksiz?
- Bəli. Şükür Allaha, şəraitimiz buna imkan verir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar