01 mar 15:50olke

Klublar yayına görə “CBC Sport”dan pul alacağına ümid edir

Klublar yayına görə “CBC Sport”dan pul alacağına ümid edir
Çox güman, cari mövsümün sonunda Azərbaycan futbolu daha bir ilklə dünyanı təəccübləndirəcək. Belə ki, AFFA, PFL, klublar və “CBC Sport” bir araya gələrək önəmli bir məsələni müzakirə edəcəklər. Söhbət premyer-liqa iştirakçılarının yayına görə əldə edəcəkləri vəsaitdən gedir. “Dünyanı təəccüblədirəcək” deməyimiz isə boşuna deyil. Çünki normalda belə olmalıydı: həmin müzakirə “futbol ili”ndən öncə baş tutmalıydı. O zaman kimin narazılığı, iradı vardısa, dilə gətirəcəkdi, sonda ortaq məxrəcə gəlinəcəkdi. Necə deyərlər, şərti şumda kəsmək lazım idi. Normal ölkələrdə məhz mövsümdən öncə bu məsələ həllini tapır. Ancaq futbolumuz həmişəki kimi özünəməxsusluğu ilə seçilir. Ümid edək ki, “futbol ili”nin sonunda reallaşacaq həmin müzakirələrdə hər şey qaydasında olacaq, tərəflər ortaq məxrəcə gələcək. Əslində artıq “CBC Sport”un klublara istədiyi məbləği vermək imkanı var. Elita iştirakçıları hay-həşir salsa da, xeyri olmayacaq. Görəsən, klublar bu məsələ haqda nə düşünür? Yayından gələcək vəsaitin müzakirəsinin mövsümün sonuna qalması premyer-liqa iştirakçılarını narahat etmir? 8 klubdan 6-sı ilə danışdıq, yalnız “Sumqayıt”dan Kamran Quliyev, “İnter”dən isə Rəmiş Malıyev zəngimizə cavab vermədi.
Mikayıl Nərimanoğlu (Kəpəz): “Bildiyiniz kimi, ötən mövsüm yayından gələn vəsait PFL-ə olan borclara yönəldildi. Yəni klublar AFFA-ya müraciət etdi və məbləğ PFL-in hesabına keçirildi. Sadəcə, indi də mövsümün sonunu gözləmək lazımdı. Müzakirələrdə ortaq məxrəcə gəlinəcəyi şübhə doğurmur. Elə bir klub ola bilməz ki, onu bu məqam narahat etməsin. Çünki ortada maliyyə məsələsi var. Həll olunacağı isə birmənalıdı. Dediyim kimi, mövsümün sonunu gözləmək lazımdı”.
Elman Himayətoğlu (Zirə): “Əvvəlcə ona toxunmaq lazımdı ki, “CBC Sport” ötən mövsümdən premyer-liqanın oyunlarını yayınlamaqla Azərbaycan futboluna çox böyük fayda vermiş oldu. Keyfiyyətli çəkiliş və tamaşaçıya yüksək səviyyəli təqdimat önəmlidi. “CBC Sport” bunun öhdəsindən yaxşı gələrək, çempionatın təbliğatı baxımından da böyük iş gördü. Bunun özü klublar və futbolumuz üçün böyük işdi. Bu gün oyunların canlı yayını ilə yanaşı, yerli futbolla bağlı efirə gedən verilişlər premyer-liqaya marağı artırır. Təqdimat ən önəmli məsələdi. Heç şübhəsiz, maddi dəstək də önəmlidi. Ötən mövsüm əksər klublar məhz yayından əldə olunan gəlir sayəsində PFL-ə olan borclarının bir hissəsini ödədilər. Bu mövsüm necə olacağını bilmirik. Söhbət qazancdan gedirsə, əvvəldə qeyd etdiklərim yüksək qazancdı. Maddi baxımından nəsə olacaqsa, buna yalnız sevinərik”.
Zaur Əzizov (Qəbələ): “Səhv etmirəmsə, bu məsələ Klublar Komitəsinin gündəliyində olub. Təbii, “CBC Sport” da oyunların yayınına az vəsait sərf etmir. Ümumiyyətlə, matçların yayını bütün klubları qane edir. Lakin qeyd etdiyiniz məsələ ilə bağlı konkret bir şey deyə bilməyəcəm. Sözsüz, müzakirələrdə ortaq məxrəcə gəlinəcəyini düşünürəm. Hələ “CBC Sport” çempionatın yayın hüququna yiyələnməmiş biz oyunlarımızın göstərilməsinə çalışmışıq. Sözügedən telekanalın işi də hazırda bizi qane edir. Bizim üçün hər şeydən öncə oyunlarımızın yayınlanmasıdı”.
Asif Əsgərov (Qarabağ): “Klublar Komitəsinın iclasında bunu müzakirə etmişik. Hələ ki bir qərara gəlməmişik. Bu tək bir klubun qaldıracağı, kiməsə müraciət edəcəyi məsələ deyil. Birlikdə bir qərara gəlib, AFFA-ya müraciət ediləcək. Məbləğə gəlincə... Hər dövrün öz reallığı var. Hazırda klubların əldə edəcəyi minimum gəlir də onların yarasına məlhəm ola bilər. Sonda verilən qərarı biz də qəbul etməli olacağıq. İnanmıram ki, kimsə “filan məbləği istəmirəm” desin. Klublardan hansınınsa, məbləğdən asılı olmayaraq, gələn gəlirdən imtina edəcəyi real deyil”.
Eldəniz Yusifov (AZAL): “Ötən mövsüm bununla bağlı müqavilə nəzərdə tutulmuşdu. Qeyd olunan məbləğ isə klubların hesabına köçürüldü. Bu dəfə necə olacağını konkret deyə bilmərəm. Yəqin ki, mövsümün sonunda məsələ həll olunacaq. Hər halda, bizdə olan məlumat budu ki, klublar, PFL və “CBC Sport” arasında bu məsələ müzakirə ediləcək”.
Mehman Rəsulov (Neftçi): “Bu məsələni yoluna qoyacaq qurum biz deyilik. Yalnız onu deyə bilərəm ki, başqa klublar kimi biz də pul almamışıq. Normaldı, ya yox – buna bizim münasibət bildirməyimizlə düzələn deyil. Hadisələri qabaqlamaq istəmədiyim üçün şərh vermək istəmirəm. “Bəlkə” üzərindən danışmaq da düzgün olmaz. Fakt budu ki, hələ vəsait almamışıq. İnşallah, məsələ həll olunar, belə qalmaz”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar