04 sen 22:53olke

Ayxan Abbasov “Zirə”nin büdcəsinin azaldığını etiraf etdi

Ayxan Abbasov “Zirə”nin büdcəsinin azaldığını etiraf etdi
“Bu komanda ilə bağlı başqa xəyallarım var idi”
Ötən həftə “Zirə”də baş məşqçi dəyişikliyi gerçəkləşdi. Mövsümə uğursuz startdan sonra Ayxan Abbasov istefa verdi və onu Samir Abasov əvəzlədi. Həmin ərəfədə Ayxan müəllimlə əlaqə saxlayıb, fikirlərini öyrənmək qərarına gəldik. Lakin iki gün Abbasovun telefonuna zəng çatmadı. Nəhayət, srağagün onunla danışa bildik və istefa qərarı ilə bağlı qaranlıq məqamları aydınlaşdırmağa çalışdıq.
- İstefanız bilinən gün, eləcə də ertəsi sizinlə əlaqə saxlamaq istəsək də, telefonunuz sönülü idi.
- Ailəmlə birgə Bakıdan kənardaydım. Telefondan da uzaq olmaq istədim, ona görə söndürmüşdüm. Qayıdandan sonra açıqlama verəcəkdim. Sadəcə, istirahətdəydim.
- Əslində "Zirə"dən öz istəyinizlə, komandaya yeni nəfəsin lazım olduğunu bildirərək getdiyiniz deyilir. Maraqlıdı, ötən mövsüm uzun müddət uğursuz seriya davam edəndə istefa vermədiz, ancaq indi 2 oyuna 1 xal toplayan komandadan ayrılmaq qərarına gəldiz. Təbii, bu bir qədər qəribədi.
- Sırf oyuna, yaxud da komandanın zəif olmasına görə istefa verməmişəm. Daha öncə də qeyd etmişəm ki, cari mövsüm 2-3 komandanı çıxmaq şərti ilə qalanı eyni gücdədi. Hər kəs bir-birini uda bilər. "Zirə"nin gələcəkdə uğurlu çıxış edəcəyinə də inanırdım. Bundan başqa, iki oyuna 1 xal böyük faciə deyil. Növbəti turda bir qələbə bizi 4-5-ci pilləyə yüksəldə bilərdi. Bəlkə də mən yay fasiləsində getməliydim. Ola bilsin, səhvimi burda etmişəm. İstədiyim komandanı tam qura bilməmişdim. Bu görünürdü. "Sabah"la oyundakı məğlubiyyət mənə çox pis təsir etdi. Komandanı "dişsiz" gördüm, çox rahat təslim olduq. Bu cür səbəblər var idi. Hətta düşündüm ki, uşaqlar ötənilki uğursuzluqdan tam ayılmayıblar. Növbəti dəfə həmin hal təkrarlana bilər. Bir sözlə, çox nüansları nəzərə aldım və daha çətin duruma düşməmək üçün rəhbərliklə söhbətimiz oldu. Nəticədə belə qərara gəldik.
- Qeyd etdiz ki, istədiyim komandanı qura bilmədim. Sizə nə mane oldu? Futbolçu tapa bilmədiz, yoxsa büdcə lazımi transferləri etməyə imkan vermədi? Halbuki özünüz də qəzetimizə açıqlamanızda demişdiz ki, bu il hazırlaşmaq üçün daha çox vaxtımız oldu.
- Hazırlıq prosesindən heç bir narazılığım yoxdu. Bəlkə də "Zirə"də olduğum müddətdə ən yaxşı hazırlığı keçmişdim. Futbolçuların yoldaşlıq oyunundakı performansını çox bəyənirdim. Onlara heç bir iradım yoxdu. İlk gündən can-başla məşqlərini edir, oyunlara hazırlaşırdılar. Vaxtımız da var idi. Hardasa istədiyimiz futbolçunu tapa bilmirdik. Yaxud da istədiklərimiz, tapdıqlarımız daha baha idi. Büdcəmiz də imkan vermədi. Belə deyək, istəmədiyimiz problemlərlə rastlaşdıq. Büdcəmiz ötənilkindən aşağı oldu. İlk dəfə bunları deyirəm. Çox şeyləri özüm üçün təhlil etdim. Bəlkə də bu il mən fərqli komanda fikirləşmişdim. İki oyunda onu görmədim. Çoxlu səbəblər var. Məşqçi bir az hiss edirsə ki, alınmır, artıq özü geri çəkilməlidi.
- “Sabah”la oyundan sonrakı mətbuat konfransında demişdiz ki, fasilədən yararlanmağa və vəziyyəti düzəltməyə çalışacağıq. Lakin iki gün sonra istefa xəbəri yayıldı. Belə çıxır, siz rəhbərlikdən transfer tələb etmisiz, müsbət cavab almadığınızf görə də getməyə qərar vermisiz. Əks halda, elə “Sabah”la matçdan dərhal sonra istefanızı açıqlayardız.
- Bilirsiz ki, oyun bitən kimi mətbuat konfransına giririk. Orda deyə bilməzdim ki, sabah rəhbərliklə görüşəcəm, müzakirə aparacağıq. Komandaya oyunçu lazım idi, bu görünürdü. Müdafiə xəttində boşluqlarımız var idi. Sabah mərkəz müdafiəçilərindən birinə nəsə olsaydı, onun yerinə alternativ yox idi. “Transfer pəncərəsi”nin bağlanmasına isə az qalmışdı. Amma büdcəmiz imkan vermirdi. Durum o vəziyyətdə deyildi. Gələcəkdə istər-istəməz nəticə də tələb olunacaqdı. Nəticəyə isə birbaşa mən cavabdehəm. Fikirləşdim ki, yeni nəfəs gəlsə, bu futbolçular bir az ayılar. Çünki dəyişiklik olmayanda, “Zirə”nin ötənilki uğursuzluğu təkrarlayacağı ilə bağlı fikirlər ortaya çıxacaqdı. Çox şeyləri düşündüm. Konkretləşdirsək, dedim ki, bəsdi.
- Klub sizin istefa verdiyinizi açıqladığı günün axşamı bu postun Samir Abasova həvalə olunduğu da bilindi. Yeni baş məşqçinin bu qədər tez təyin olunacağını gözləyirdiz?
- Mətbuata məlumat bir neçə gün sonra açıqlandı. Əslində mən oyunun ertəsi fikrimi rəhbərliyə çatdırmışdım, bilirdilər. Onların 2-3 gün danışıq aparmaq üçün vaxtı oldu.
- Ola bilərmi ki, gedəcəyinizi düşünən rəhbərlik yeni baş məşqçi ilə müzakirələrə siz hələ istefa verməmiş başlasın?
- İnanmıram. Mən gedəcəyimi dediyim vaxtdan etibarən rəhbərliyin yeni baş məşqçi axtarması isə normal haldı. Həmin vaxt boşda qalan məşqçilərdən biri də Samir Abasov idi. Getdimsə, artıq kimin gəlməsi, danışıqların nə vaxt başlaması kimi məqamlar haqda düşünməməliyəm. Onu deyə bilərəm ki, “Zirə”də olduğum müddətdə bacardığımı etmişəm, komandanın uğurlu olması üçün əlimdən gələnin artığını ortaya qoymuşam. Rəhbərliklə, işçilərlə, futbolçularla gözəl münasibətimiz var. Bu gün ordan getmək mənim üçün böyük faciə deyil. Düzdü, belə qısa zamanda olmasını istəməzdim. Çünki “Zirə” ilə bağlı başqa xəyallarım var idi. Keçən il alınmadı. Ancaq futbolçuların potensialını görürdüm. Ola bilər, səhvlərimiz oldu. Bu da mənim üçün təcrübə idi. Məşqçi daim öyrənir. Gələcəkdə bütün bunlardan nəticə çıxararıq.
- Samir bəy müsahibəsində demişdi ki, “zəng edib Ayxan müəllimdən halallıq almaq istəyirdim, lakin telefonuna zəng çatmadığı üçün danışa bilməmişəm”. Həmin müsahibədən sonra sizinlə danışdı?
- Bəli, əlaqə saxladıq. Samir Abasovla bir komandada oynamışıq, sonradan da əlaqəmiz var idi. Ona da dedim ki, heç bir məşqçinin əbədiləşdirdiyi yer yoxdu. “Zirə”nin baş məşqçi postu həmişəlik mənim deyil. Dəyişiklik normaldı. Sayırsa, sağ olsun. Özüm də ona dedim ki, nə kömək edə bilərəmsə, nə lazımdısa, can-başla hazıram. Çünki o klub mənə doğmadı. Bir sözlə, əlaqə saxladıq, normal şəkildə danışdıq. Fikrimcə, məşqçi işi belədi ki, kimsə kimisə əvəz edir. Bu gün yerli, gənc məşqçilər işləyirsə, bu mənim üçün də xoşdu.
- Siz baş məşqçi postunda Adil Şükürovu əvəzlədiz, ancaq o, “Zirə”dən ayrılmadı. Şükürov klubda akademiyanın direktoru kimi fəaliyyətini davam etdirir. Sizə də “Zirə”də başqa bir iş təklif olundu?
- Açığı, hansısa iş təklif edilmədi. Lakin mən qarşıma başqa məqsədlər qoymuşam. Belə deyim, özümü başqa bir işdə görmək istəmirəm. Məşqçi kimi çalışmaq istəyirəm. Başqa bir iş haqda fikirləşmirəm. Ola bilər, bir-iki il çalışmayım. Bir məqamı da qeyd edim. Bu, mənim şəxsi fikrimdi. Həmin klubda başqa bir vəzifədə qalmaq mənə uyğun deyildi. Düzdü, uşaq futbolu başqadı, çünki əsas komandadan ayrılırsan. Ancaq əsas komanda ilə bağlı başqa bir işdə olmağım düz gəlməzdi.
- Yəni düşünürsüz ki, belədə baş məşqçi təzyiq altında qalacaqdı?
- Bəli. Sabah başqa söz-söhbət ola bilərdi. Doğrudu, hansısa klublarda belə durumlar olub. Uşaq futbolu başqadı, çünki əsas komandadan ayrısan. Lakin hansısa vəzifə... Ya məşqçi kimi axıra kimi işləməlisən, ya da deməlisən ki, artıq məşqçi kimi çalışmayacam. Ona görə klubdan belə bir təklif gözləmirdim, olsaydı da, qəbul etməyəcəkdim.
- Bundan sonra sırf premyer-liqada komanda çalışdırmaq fikrindəsiz, yoxsa birinci divizionun iddialılarından gələn təkliflərə də isti yanaşa bilərsiz? Bəlkə bunu geriyə addım sayırsız?
- Xeyr, heç nəyi geriyə addım saymıram. Harda çalışacağımı bilmirəm. Bu dəqiqə real bir şey də yoxdu. Perspektiv gördüyüm istənilən yerdən gələn təklifi geri addım saymıram. Böyük-böyük danışmaq da istəmirəm. “Mən premyer-liqada işləmişəm, orda çalışmaram, burda işləmərəm” deməyim düzgün olmaz. Bu, həmin çempionatlarda çalışan məşqçilərə də hörmətsizlik olar. Premyer-liqada 8 komanda var. O demək deyil ki, elitada iş yoxdusa, oturub gözləməlisən. Bu gün güclülər dəstəsində 20 komanda yoxdu. Başqa təkliflər gələ bilər. Tələsmirəm, bir qədər dincələcəm, məşqçi savadımı artırmağa çalışacam.
- Premyer-liqada “Zirə”nin baş məşqçisi kimi geridə qoyduğunuz müddəti necə dəyərləndirirsiz? Özünüz üçün nələri səhv, nələri düz addım sayırsız? Tutaq ki, sizi emosional məşqçi kimi tanıyırıq. Növbəti işinizdə daha təmkinli davranmalı olduğunuzu düşünürsüz?
- Xırda məqamları çıxmaq şərtilə, mənə elə gəlir ki, nə etmişəmsə, həmin an üçün düz qərarlar vermişəm. Təbii, hansısa hadisədən sonra daha rahat danışırsan, fikirləşirsən ki, daha təmkinli olmalıydım. Bu asan bir şeydi. Ancaq mən xasiyyətimi, futbola baxışımı dəyişə bilmərəm. Bəzi olaylar yaşandı ki, özümü cilovlaya bilsyədim, başqa cür ola bilərdi. Bunu həmişə demişəm. Lakin o vaxt təzyiq altındaydım. Təcrübəm də çox deyildi. Avroliqaya vəsiqə qazanmaq istəyirsən, rəqiblər, hakimlər – bütün bunlara dözmək həqiqətən də çətindi. Razıyam, bu gün bizim peşəmiz tələb edir ki, dözməlisən, səbr eləməlisən. Əks halda, hansısa səhvlərin sənə baha başa gəlir. Bəlkə də səhvlərimdən biri həddən artıq emosional olmağım idi. İnşallah, gələcəkdə oxşar olaylar zamanı daha sakit davranmağıma “Zirə”də qazandığım təcrübə kömək olar. Ancaq indidən deyə bilmərəm ki, gələcəkdə bu olsa, belə davranacam. Çünki bundan öncə də hansısa hadisənin yaşandığı anda düşündüyüm addımı atmışam və buna da səhv deyə bilmərəm.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar