31 avq 17:19olke

Qeydiyyat müddəti uzadıldı, iştirakçı sayı 7-yə çatdı

Qeydiyyat müddəti uzadıldı, iştirakçı sayı 7-yə çatdı
Zaur Hacı-Məhərrəmov: “Qarşıdakı mövsümə sınaq kimi baxılacaq”
Futzal Federasiyası əvvəlcədən növbəti mövsüm üçün komandaların qeydiyyat müddətinin avqustun 31-də başa çatacağını elan etmişdi. Başqa sözlə, bu gün möhlətin bitdiyini nəzərə alıb, federasiya rəsmisi Zaur Hacı-Məhərrəmovla əlaqə saxladıq. Yarışların təşkili üzrə əlaqələndirici vəzifəsini icra edən Zaur bəy iştirakçı sayı və başqa məsələlərlə bağlı ətraflı bilgi verdi.
- Qeydiyyat müddəti başa çatır...
- Bəribaşdan qeyd edim ki, oyunçuların qeydiyyat müddətini uzatmağa qərar verdik. Bunu komandaların xahişinə əsasən etdik. Müəyyən sənədlər tələb olunurdu ki, onları yoluna qoymaq üçün vaxt istədilər. Orda bir çox sənədlər var idi, hamısı çatdırmadı. Beləliklə, həm yüksək, həm də birinci və ikinci liqalarda iştirak üçün müraciət edən, qeydiyyatdan keçən komandalar oyunçularını sentyabrın 10-na qədər AFFA-nın müvafiq şöbəsində qeydiyyatdan keçirə, lisenziya ala bilərlər. Amma birinci və ikinci liqada qeydiyyat bitdi. Aşağı liqalarda daha çox komanda oynamaq istəyirdi, amma biz ən bərk, etibarlı və nizam-intizamlı komandalara üstünlük verdik.
- Yüksək liqa üçün qeydiyyatdan cəmi 6 komanda keçib?
- Son olaraq, daha bir komandanın iştirakı təsdiqləndi. “Yasamal” SK da yüksək liqada yarışacaq. Beləliklə, çempionatda 7 komandanın iştirakı rəsmiləşib.
- “Yasamal” adlı bir komanda var idi...
- Bu, “Yasamal Sağlamlıq Kompleksi”di. Yəni bir-birinə bağlılıqları yoxdu. Ayrı-ayrı komandalardı.
- Say arta bilərmi?
- Püşkatmadan bir gün əvvələ kimi hansısa komanda yüksək liqada oynamaq istəyini bildirsə, qəbul edəcəyik.
- Püşk nə vaxt atılacaq?
- Püşkatmanı sentyabrın 8-nə nəzərdə tutmuşuq.
- Bəs aşağı liqalarda püşkün tarixi nə vaxtdı?
- Hamısını eyni gündə keçirəcəyik. Bu haqda mətbuat xidməti medianı məlumatlandıracaq.
- Çempionat nə vaxt start götürəcək?
- Yüksək liqaya sentyabrın 12-də start verəcəyik. Birinci liqa ayın 14-15-də, ikinci liqa isə 16-da başlayacaq. “Birincilər”in sayı 16 olacaq: “Sovetski”, “Green Log”, “Zəngilan”, “Standard”, “Metropoliten”, “Baku Fire”, “Yasamal-2”, “Şərq”, “Çinar-Cəbrayıl”, ADBTİA, “Raiq”, “Baku Fans”, “Ulduz”, U-19, AZMİU, “Fizuli”.
İkinci liqada isə 20 komanda yarışacaq: SAB, “Star klub”, “Rəvan”, “Hövsan”, “Advokat”, “Gənclik”, “Borçalı”, “Dalğa”, “Baku Fire-2”, “Bibiheybət”, “Obolon”, “Bədr Xocalı”, “Avanqard”, “Təbriz”,”Atletiko Baku”, “Baker Hughes”, “Gilan Construction”, “Baker Tilly”, “Hicran”, “Xəzər”.
- Ötən mövsüm çempionatın bir neçə turu “Olimpik Star”da baş tutdu. Bu dəfə yalnız Bakı İdman Sarayının xidmətindən istifadə olunacaq?
- Düzdü, keçən mövsüm arena dəyişikliyi oldu. Bu il də mümkündü, çünki bu bizdən asılı olmur. Bakı İdman Sarayında dövlət tədbirləri olur və bu üzdən bir-iki oyunun yerini dəyişmək lazım gəlir. Əslində isə federasiyanın adından məktub göndərmişik. Ümid edirik ki, təqvim günləri hansısa dövlət tədbiri ilə üst-üstə düşməz.
- Limit məsələsinin müzakirə olunacağını demişdiz.
- Belə məsləhət görüldü ki, çempionata limit tətbiq olunması bu mövsüm təxirə salınsın. “Araz”ın braziliyalılardan imtina etməsindən sonra durum dəyişib. O biri komandalara imkan verək heyətini legionerlərlə gücləndirsin və belədə səviyyə fərqi azalsın. Bu, rəqabətin saxlanılmasına imkan verər. Düzdü, digər iştirakçıların heyətində iranlılar çoxluq təşkil edir və qonşu ölkədən bura axışanların bu yolla hərbi xidmətdən yayınması barədə də məlumatlıyıq. Yəni bilirik ki, məqsədlidi. Komandalara tövsiyə etmişik ki, iranlıların sayı çox olmasın, səviyyəli futzalçılar gətirsinlər, onlar da vəd veriblər. Əslində gənc yerli futzalçıların səviyyəli legionerlərin yanında çıxış etməsi yaxşıdı, onlar “artıra” bilərlər. Qarşıdakı mövsümə sınaq kimi baxılacaq, kütləvi xarakter alsa, növbəti ildən limit tətbiq oluna bilər.
- Növbəti mövsümlə bağlı yeniliklərdən biri federasiyanın rəsmi saytının hazırlanmasıdı. Sayt nə vaxt işə düşəcək?
- Sayt artıq test mərhələsindədi və ayın 5-də tam istifadəyə veriləcək. Sözsüz ki, saytın işə düşməsi bir çox boşluqları aradan qaldıracaq. Hər üç liqada hesablar məhz sayt vasitəsilə canlı təqdim olunacaq, protokollar, afişalar, video- və fotoreportajlar, müsahibələr, turnir cədvəlləri yerləşdiriləcək. Azfutzal.az ünvanlı portalımız yaxın müddətdə, gözəl tərtibatda futzalsevərlərin ixtiyarına veriləcək. Belədə mətbuat qeyd etdiyim materialları əldə etmək baxımından heç bir əziyyət çəkməyəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar