31 avq 17:09olke

Yenə qrup, yenə “Qarabağ”, yenə Qurban!

Yenə qrup, yenə “Qarabağ”, yenə Qurban!
Avropa Liqası
pley-off, cavab oyunu
Qarabağ – Şerif (Moldova) 3:0 (2:0)

13. Vaqner da Silva
77. Vild-Donald Gerye
55. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
2. Qara Qarayev
6. Simeon Slavçev
17. Abdulla Zubir
(28. Con Delarj, 80)
19. Filip Ozobiç
(91. Coşqun Diniyev, 82)
11. Mahir Mədətov
(30. Abbas Hüseynov, 88)
7. İnnosent Emeqara
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
4. Rahil Məmmədov
25. Ansi Aqolli
52. Yakub Jezniçak
Baş məşqçi: Qurban Qurbanov

33. Sergey Paşenko
15. Kristiano da Silva
23. Vladimir Kovaçeviç
90. Vyaçeslav Posmak
55. Mateo Suşiç (k)
4. Petru Raku
(19. Antun Paliç, 55)
18. Georgi Anton
9. Jo Santos
(7. Jerson Rodriges, 68)
88. Rifet Kapiç
39. Ziqi Badibanqa
97. Aleksandr Boyçuk
(45. Alhaci Kamara, 26)
Ehtiyat oyunçular
21. Nikolay Çebotari
8. De Noyjer
14. Benjamin Balima
35. Ante Kuluşiç
Baş məşqçi: Qoran Sabliç
Qollar: M.Medvedev, 9 (1:0). V-D.Gerye, 42 (2:0). F.Ozobiç, 55 (3:0).
Vərəqələr: P.Raku, 31. S.Slavçev, 34. V.Kovaçeç, 34. M.Suşiç, 83. R.Rodriges, 90+1. Q.Qarayev, 90+3 - sarı.
Hakimlər: ALEKSANDR STAVREV, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (hamısı Makedoniya).
Hakim-inspektor: Yohan Verbist (Belçika).
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya).
30 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21350 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
İlk oyun – 0:1.
12 (5) qapıya (“çərçivə”yə) zərbə 4 (3)
8 korner 2
4 ofsayd 3
2 vərəqə (qırmızı) 4
12 qayda pozuntusu 12
Dünən “Tofiq Bəhramov” növbəti önəmli matça “qucaq açdı”. “Şerif”lə qarşılaşmanın əhəmiyyətini hər kəs yaxşı anlayırdı. Səfərdə moldovalılara 0:1 hesabıyla uduzan “Qarabağ” həmin yenilginin əvəzini çıxmaq əzmində idi. İlk oyundan sonra özünü “dağın başına qoyan” rəqibi “doğma divarlar” arasında cəzalandırmaq heç də pis olmazdı. Qurbanov start heyətində ciddi dəyişiklik etməmişdi. Tiraspoldakı oyunla müqayisədə bu dəfə cəzası başa çatan Emeqara ilə zədəsini sağaldan Zubir ilk dəqiqələrdən mübarizə aparırdı.
“Qarabağ”ın ilk dəqiqələrdən hücuma atılacağı gözlənilsə də, bu baş vermədi. Əksinə, “köhlən atlar” oyunun əvvəlində təmkinli davranır, topu özündə daha çox saxlamağa çalışırdı. “Şerif”in isə əks-hücumlara bel bağlayacağını proqnozlaşdırmaq çətin deyildi. 7-ci dəqiqədə qonaqlar belə bir fürsət yaxaladı. Bədavinin səhvindən sürətli həmlə edən “arılar” Kapiçlə fərqlənməyə yaxın olsa da, Vaqner qola mane oldu. “Köhlən atlar” isə bunun cavabını qolla verdi. Zubir cinahda topu ram edib cərimə meydançasına daxil oldu. O iki müdafiəçidən yayınıb, qapı önünə ötürmə etdi. Maksim isə sol ayaqla “çərçivə”yə qarşısıalınmaz zərbə endirdi. Bu, “Qarabağ” üçün əla başlanğıc idi. Ancaq mərhələ adlamaq üçün 1 qol yetərli deyildi. Bunu anlayan meydan sahibləri hücumlara ara vermək niyyətində deyildi. 14-cü dəqiqədə Mahir ayağının kənarı ilə qapıya olduqca təhlükəli zərbə endirsə də, rəqib qapıçı əla reaksiya ilə topu tirin üzərindən aşırdı. Bundan sonra “arılar” bir qədər fəllaşdı. Tiraspol təmsilçisi də başa düşürdü ki, öz qapısına sıxılmaqla növbəti topu qapısında görəcək. Bu dəqiqələrdə qonaqların sürətli hücumlarından birinin qarşısını Rəşad aldı. 26-cı dəqiqədə “sarı-qaralar”ın heyətində məcburi dəyişiklik reallaşdı. Boyçuk zədələndiyinə görə rəqib baş məşqçi onu Kamara ilə əvəzlədi. Az sonra Qaranın ideal ötürməsindən sonra Emeqara fərqlənməyə yaxın idi. Ancaq hücumçu topu saxlamadan qapıya göndərmək əvəzinə onu ram etmək istədi. Lakin Posmak təhlükəni sovuşdura bildi. Yarım saatın tamamında bizə məxsus künc zərbəsi zamanı Rəşad qapını nişan aldı, kapitanın vuruşundan sonra “mərmi” rəqib müdafiəçidən geri qayıtdı. Hə, geridə qalan müddətdə Vaqnerin də riskli oynadığını qeyd etməliyik. Sanki braziliyalı qolkiper hər dəfə zərbə anını bir qədər gecikdirirdi və bu da yerli azarkeşləri həyəcanlandırırdı. 37-ci dəqiqədə Gerye diqqət mərkəzinə düşdü. Korner zamanı hamıdan yüksəyə qalxan Vild-Donaldın başla zərbəsindən sonra top tirin üstündən keçdi. 41-ci dəqiqədə isə Emeqaranın vuruşundan sonra Paşenko yenə “çərçivə”də etibarlı oynadı. Lakin adı çəkilən qolkiper cəmi 1 dəqiqə sonra məyus oldu. Ozobiçin künc zərbəsindən qapı önünə ötürdüyü topu Gerye başla tora sancdı. Bu qol ağdamlıların meydanda daha rahat hərəkət etməsinə şərait yaratdı. Təbii, Qurbanovun yetirmələrinin fasiləyə elə bu hesabla yollanmaq istəyini hücuma aludə olmamalarından da anlamaq mümkün idi.
“Qarabağ” ikinci hissəyə sakit başladı. “Köhlən atlar” topu özündə saxlayır, yeni həmlə üçün fürsət gözləyirdi. 55-ci dəqiqədə Ozobiç səhnəyə çıxdı. Onun təxminən 20-25 metrdən endirdiyi qüvvətli zərbədən sonra top mərmi kimi tora sancıldı. Bu möhtəşəm qolla “arılar”ın qrup şansı minimuma endi. “Şerif” isə növbəti təhlükəli vəziyyəti də Kapiçlə yaratdı. 63-cü dəqiqə onun vuruşundan sonra top qapının yanından keçdi. Bu dəqiqələrdə “Qarabağ” təşəbbüsü bir qədər rəqibə vermişdi. Ancaq bir müddət qapılar qarşısında yadda qalan epizodun şahidi olmadıq. 75-ci dəqiqədə isə az qala tiraspollular qollardan birinin əvəzini çıxacaqdı. Kovaçeçin yaxın məsafədən başla vuruşundan sonra Vaqner əla reaksiya ilə topun qarşısını kəsdi, ardınca isə Qarayev topu cərimə meydançasından uzaqlaşdırdı. 81-ci dəqiqədə Paliçin uzaqdan vuruşu qüvvətli alınsa da, top Vaqnerdə qaldı.
“Qarabağ” isə daha çox vaxtı “öldürməklə” məşğul idi. Bununla belə, meydan sahibləri ara-sıra rəqib qapısına doğru yaddaqalan hücumlar da təşkil edirdilər. 89-cu dəqiqədə isə Delarjın uzaqdan zərbəsindən sonra top cüzi fərqlə qapının üstündən keçdi. Bu, matçda sonuncu təhlükəli vəziyyət idi.
Özündənrazı tiraspolluları cəzalandırdığına, möhtəşəm oyunla azarkeşləri sevindirdiyinə, ən azı qışa qədər Avroliqa həyəcanını bizə yaşadacağına, yığmaya Millətlər Liqası ərəfəsində əla motivasiya verdiyinə görə “Qarabağ”a və Qurban Qurbanova böyük bir TƏŞƏKKÜR düşür!
FARİZ

Maraqlıdı…
“Qarabağ” dünən ardıcıl 5-ci dəfə qitə kuboklarında qrupa adlamaqla yanaşı, avrokuboklarda 98-ci oyununu da keçirdi. Deməli, artıq gələn ay ağdamlılar 100 oyun həddinə çatacaq ki, yaxın gələcəkdə ölkə klublarından hansınınsa bu rekordu təzələyəcəyi inandırıcı görünmür.

Reaksiyalar
Əmrah Çəlikəl: “Nəticəni öz xeyrimizə dəyişmək üçün əlimizdən gələni etməliydik. Çox şükür, bu gün oyunumuz da alındı. Hamınızı təbrik edirəm. Əsas odu ki, “Qarabağ” məsələni həll etdi. Hər şey ürəyimizcə oldu. Biz buna görə çox şadıq. Biz hər zaman hansı turnirdə olsaq, ən yaxşı nəticə hansıdısa, onu qarşımıza hədəf qoyuruq. Bütün işlərimiz buna görə qurulur. Tahir Gözəllə müntəzəm danışırdıq. Hətta bir müddət canlı yayına da bağlandıq. Matça çox həyəcanla baxırdı. Hamıya da salamlarını göndərdi. İşlərinin çoxluğu ilə bağlı Avropadadı. Qrupda BATE haqda xüsusi düşünmürük. Qismətimizdə hansı komandalar varsa, onlarla oynayacağıq. BATE olmasın, başqası olsun. Hədəfimiz ən yüksək nəticəni əldə etmək olacaq. Bizim arxamızda çox yaxşı azarkeş ordusu var idi. Bunun nəticəyə də böyük təsiri oldu. Bütün “Qarabağ”sevərlərə təşəkkür edirəm və hamısını təbrik edirəm. Transfer məsələlərində tam səlahiyyət Qurban Qurbanovdadı. Bu günə qədər onun istədiyi futbolçuları komandaya cəlb etmişik. Sabaha kimi gözləyək, hər hansı bir dəyişiklik olsa, biləcəksiz. Olsa, bunu böyük məmnuniyyətlə sizinlə bölüşəcəyik. Bu qələbəyəehtiyacımız var idi. Sizə, bizə, hər kəsə lazım idi. Şükürlər olsun ki, bu sevinci yaşaya bildik. Hamını yenidən təbrik edirəm”.
Qara Qarayev: “Oyundan öncə bu qarşılaşmaya xüsusi köklənişdim. Bunun da bir səbəbi var idi. Bunu vurğulayacam, özü də çox kəskin şəkildə. Oyundan öncə oxudum ki, “Qarabağ”ın həlledici matçına 13-15 min bilet satılıb. Bu məni çox motivasiya etdi. Çünki bizi dəstəkləyən və dəstəkləməyən azarkeşlər həmişə var. Uğur olanda da, olmayanda da yanımızda olublar. “Qarabağ” uğur qazananda da, qazanmayanda da bu komandanın yanında olmaq lazımdı. Çətin günlərimizdə də dəstəyə ehtiyacımız var. Vacib pley-off oyunu idi, əvvəllər oyunumuza bilet tapılmırdı. Amma bu gün tribunalarda boş yerlər var idi. Avroliqa qitənin nüfuzuna görə ikinci turniri sayılır. Bu oyun bizim taleyimizi həll edirdi. Amma bu qədər azarkeşin bizdən imtina etməsi... Artıq onlar bizim azarkeş deyil. Ancaq uğur qazananda dəstək olmaq lazım deyil. Bu oyunu niyə əvvəlki görüşlərdə sərgiləyə bilmirdik? Çünki sonuncu şans idi. İtiriləcək nəsə yox idi. Layiqli qələbə qazandıq. Hər mövsüm Avropada çıxışımız ölkə adına böyük uğurdu. Bizi dəstəkləyən və dəstəkləməyən jurnalistlərə də təşəkkür edirik. Hiss edirdik ki, tək deyilik, dəstəyi hiss edirdik. Dəstək olmayanlar da bizə güc verdi. Azarkeşlər çempionat oyunlarına gəlmirlər. Ancaq düşünürəm ki, dekabra kimi Avroliqa adlı futbol bayramında olacaqlar”.
Filip Ozobiç: Hesab edirəm ki, iki oyuna görə biz daha məzmunlu futbol sərgilədik və qrupa daha çox layiq olan komanda qalib gəldi. Avroliqanın qrupunda oynayacağımıza görə şadıq. Əlbəttə, qol vurmaq istəyirdim və bu haqda düşünürdüm. Sevinirəm ki, fərqlənməyi bacardım. İnanıram ki, qarşıdakı matçlarda da qol vurmağı bacaracam. Oyunun əhəmiyyəti çox böyük idi. Tərəzidə Avroliqanın qrupu dayanmışdı. Fikrimcə, bu axşam yaxşı oynadıq. Futbolda hər kəs öz komandasının uğuru üçün çalışır. Bu gün “Qarabağ” qələbəyə daha layiq idi. Yeri gəlmişkən, Qoran Sabliç məni qələbə münasibəti ilə təbrik etdi və qrup mərhələsində uğurlar arzuladı. Qrupda kimlərlə qarşılaşacağımızı deyə bilmərəm. Ancaq BATE ilə düşsək, kimin daha yaxşı olduğunu göstərməyə çalışacağıq”.
Aleksandr Boyçuk: “Həkimlərin dediyinə görə, qolum çıxıb. Evə qayıdandan sonra yenidən müayinə etdirəcəm. Hələ ki dəqiq heç nə deyə bilmərəm. Rəqibin oyunun əvvəlindən pressinq edəcəyini, böyük qüvvə ilə hücuma atılacağını gözləyirdik. Sadəcə, təzyiqə tab gətirməliydik, amma gətirə bilmədik. İlk qol oyunun axarına təsir etdi. Oyunun yarısını və sonluğu görmədiyim üçün nələrin baş verməsindən xəbərsizəm”.
Ziqi Badibanqa: “Qəbələ münasibəti ilə “Qarabağ”ı təbrik edirəm. Bu gün daha üstün futbol oynayıb, layiq olan qələbəni qazandılar. Açığı, təəccüblü heç nə görmədim. Rəqibin gücünə və oyun üslubuna bələd olduğumdan, ilk 20 dəqiqənin bizim üçün çətin olacağını bilirdim. Qapımızdan top buraxmamaq haqda düşünsək də, bacarmadıq. Hesabın açılması “Qarabağ”ın futbolçularına əlavə ruh yüksəkliyi verdi. İkinci, ardınca üçüncü topu vurdular. Bundan sonra təzyiqi daha da artırdılar. Açıq deyirəm, bu gün “Qarabağ” bizdən güclü idi. Təbrik etməkdən başqa sözüm yoxdu. Azarkeşlər isə, sadəcə, möhtəşəm idi. Meydan sahiblərinin qələbə qazanmasında onların da payı var. “Qarabağ”da oynamaq? Hazırda “Şerif”lə müqaviləm var. Ona görə də başqa nəsə haqda danışa bilmərəm”.
Mateo Suşiç: “Bakıya istəkli gəlmişdik. Açığı, nəinki bu hesabla, ümumiyyətlə, uduzacağımızı düşünmürdük. Sadəcə, erkən qol buraxmağımız istər-istəməz ab-havaya təsir etdi. Ondan sonra rəqib daha rahat oynadı, bizdə isə çaşqınlıq var idi. Ardicıl iki mövsüm “Qarabağ” səddində “ilişməyimizdə” sirli heç nə yoxdu. Sadəcə, onlar bizdən daha təcrübəlidilər. Heyətlərində fərdi ustalığı yüksək olan oyunçular var. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm”.
Oyunsonrası açıqlamalar xeyli vaxt aldığından, sizi Rəşad Sadıqovun geniş müsahibəsi ilə tanış edə bilmədik. Növbəti sayımızda kapitanın maraqlı açıqlamalarını oxumaq imkanınız olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar