31 avq 16:54olke

İK-nın “qaraladığı” mütəxəssislər hakimlərdən narazıdı

İK-nın “qaraladığı” mütəxəssislər hakimlərdən narazıdı
Ramiz Məmmədov: “Bir referi qərarının üstündə dayana bilmirsə, hakimliklə məşğul olmaması məsləhətdi”
Alim Qurbanov: “Mənim kimi sakit adamı da özündən çıxarırlar”

Hər turdan sonra AFFA-nın İntizam Komitəsinin iclası baş tutur və qayda pozuntularına görə müvafiq cəzalar və cərimələr tətbiq olunur. Ötən həftə elita və divizionda qayda pozuntularına görə toplam 5080 manat cərimə kəsildi. Bu məbləğdən 240 manatı iki mütəxəssisin payına düşür. “Keşlə-2” – “Sumqayıt-2” oyununda Namiq Bəkirovun idarəçiliyi meydan sahiblərini razı salmayıb. Nəticədə yeni transfer Ruslan Nəsirli hakimi təhqir edib və qarşısında qırmızı vərəqə görüb. İK futbolçunu 4 oyunluq diskvalifikasiya etməklə yanaşı, “Keşlə”ni 320 manat cərimələyib. Ancaq klub bu məbləğlə yanaşı, daha 160 manatı PFL-in büdcəsinə köçürməlidi. Belə ki, hakimlər briqadasının idarəçiliyindən narazı qalan “Keşlə”nin idman direktoru Ramiz Məmmədov icazəsiz şəkildə hakimlər otağına daxil olub və ədalət təmsilçilərinə etirazını bildirib. Bu hal yenidən təkrarlansa, klubu daha ağır cəza gözləyir.
Ramiz bəy etdiyi hərəkəti belə əsaslandırmağa çalışdı: “Deməzdim ki, hakimlər birtərəfli idarəçilik etdi. Hakim mənə gördüklərinə əsasən qərar çıxardığını dedi. Mən də etirazımı bildirdim ki, bir oyunda 3 penalti epizodu olur və fit susursa, 2-ci sarı vərəqəni verib, futbolçunu meydandan qovmağa cəsarəti çatmırsa, bu, böyük problemdi. Futbolçuların və məşqçilərin çəkdiyi əziyyəti belə səhv qərarlarıyla yerə vurduqlarını söylədim. Bir referi qərarının üstündə dayana bilmirsə, hakimliklə məşğul olmaması məsləhətdi. Hakimlər otağına daxil olmağa görə cərimə tətbiq olunduğunu bilmirdim. Hətta xəbərim olsaydı belə, yenə bu addımı atardım. Adam istər-istəməz emosiyalara qapılır. Bu qədər haqsızlıq olmaz. Hakim meydanda qətiyyətli olmalıdı. Verdiyi qərarları dəqiq və toxunulmaz etməlidi. Qərarını dəyişirsə, bunun axırı necə olacaq? Qərardan apellyasiya şikayəti vermək fikrində deyilik. Çünki haqlı cərimədi”.
Toxunacağımız digər insident də 1-ci divizionda baş verib. “Neftçi-2” – “Sabah-2” qarşılaşmasında qonaq komandanın köməkçi məşqçisi Alim Qurbanov “texniki zona qaydalarını pozub”, buna görə ona 1 oyunluq cəza verilib, klub 80 manat cərimələnib. Burda da hadisə idarəçiliyə görə yaşanıb. Gənc ədalət təmsilçisi Kamal Umudlunun qərarlarından razı qalmayan Vasif Haqverdiyevin yardımçısının meydana atdığı su şüşəsi oyunun müvəqqəti də olsa, dayanmasına gətirib çıxarıb. Veteran futbolçu səhvə yol verdiyini qəbul edir: “İlk hissədə rəqib oyunçu futbolçumuzun ayağını tapdalasa da, hakim oyunu davam etdirdi. Bənzər epizod ikinci yarıda da yaşandı. Hadisə bizim texniki zonanın qarşısında baş verdi. Rəqib qırmızı vərəqəlik “sürüşmə” fəndiylə futbolçumuzu yerə sərdi. Hakimin fiti səslənmədi. Kobudluğa yol verən futbolçu ayağa durub, digər futbolçumuza qarşı kobud oynadı. Yenə referi davam işarəsi verdi. Mən də əsəbləşərək hakimə qışqırdım. Yerdə su şüşəsi vardı. Qəzəblənib ona zərbə endirdim. Şüşə də hakimin qabağına düşdü. Əslində niyyətim su şüşəsini referiyə atmaq deyildi. Epizoda da baxsaz, belə olduğunu görəcəksiz. Ancaq gərək bu hadisə olmayaydı. Adamı elə hirsləndirirlər ki... Mənim kimi sakit adamı da özündən çıxarırlar. Vasif müəllim də mənə narazılığını bildirdi ki, bu, U-17 və ya U-19 çempionatı deyil. Divizionda belə şeylər etmək olmaz. Cərimə maaşımdan tutulacaq? Vallah, onu bilmirəm. Yəqin ki, klub ödəyər”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar