31 avq 16:53olke

Etibar İbrahimov “Kəpəz”i toparlamaq üçün vaxt istədi

Etibar İbrahimov “Kəpəz”i toparlamaq üçün vaxt istədi
“Bu gün heç kim qarşımıza elitaya yüksəlmək vəzifəsi qoymayıb”
Ötən mövsümün yekunlarına görə elita ilə vidalaşaraq birinci diviziona düşən “Kəpəz”in burda da işləri yaxşı getmir. Mövsümlərarası fasilədə Etibar İbrahimovu baş məşqçi postuna gətirən rəhbərlik hələ ki nəticələrə görə sevinə bilmir. Ölkənin ən köklü klublarından biri iki turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Uğursuz startın səbəbini bilmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “sarı-göylər”in çalışdırcısıyla danışmağı lazım bildik.
- İlk iki turdan sonra “Kəpəz” turnir cədvəlini qapayır ki, bu da nə komandanın adına, nə də tarixi ənənəsinə yaraşır. Çempionata belə pis başlamağınızın səbəbini bilmək istərdik.
- İstənilən sahədə uğur qazanmaq üçün müəyyən zamana ehtiyac var. Bildiyiniz kimi, komandanın çempionata hazırlaşmaq üçün çox az vaxtı oldu. Cəmi 15 gün toplanış keçib, iki yoxlama görüşündə gücümüzü sınadıq. Heç şübhəsiz, sıfırdan yığılan komanda üçün bu çox az müddətdi. Buna baxmayaraq, düşünürəm ki, turdan-tura “Kəpəz” “artıracaq”, qələbələrlə azarkeşlərini sevindirəcək.
- Çempionat ərəfəsində bildirmişdiz ki, heyəti formalaşdırmaq baxımından çətinliklə üzləşmisiz. Çatışmazlığı yoluna qoymağı bacardız?
- Bu gün düşərgədə yer alanların hamısı, demək olar ki, təcrübəsiz və ötən mövsüm oyun praktikası qazanmayan gənclərdi. Az qala hamısı ötən mövsüm “Kəpəz”in əvəzedici və U-19 komandasında ehtiyatda qalıblar. Büdcəmiz imkan vermir ki, kənardan oyunçu dəvət edək. Onu da bildirim ki, 1995-ci ildən bu yana ilk dəfə futbolçuların hamısı Gəncə futbolunun yetirmələridi. Etiraf etməliyəm ki, çətinliklərimiz var. Lakin həvəsdən düşmür, addım-addım olsa da, irəliləyişə nail olmağa çalışırıq. MOİK-lə oyunda uduzsaq da, düzgün yolda olduğumuzu gördüm. Sehrbaz deyiləm ki, 3-5 günə komandanı çempionata tam hazır vəziyyətə gətirim.
- İki turda qapısında 5 qol görən komanda rəqibi bir dəfə də məyus edə bilməyib. Statistik göstəricilərdən belə qənaətə gəlmək olar ki, müdafiə etibarsız, hücum isə “dişsizdi”...
- Hücumçu problemi tək bizim klubun yox, deyərdim ki, Azərbaycan futbolunun ən böyük çatışmazlığıdı. “Kəpəz” də bu yöndə istisna deyil. Ancaq hər şeyi irəli xətdə yer alan oyunçuların üstünə də atmaq düzgün olmaz. Hücum müdafiədən başlayır. Qol vurmaq üçün bütün komanda səy göstərməlidi. Müdafiəmizin zəif olmasına gəlincə, ilk turda elə komanda ilə qarşılaşdıq ki, onun heyətində həm U-19-un, həm də U-21-in əsas futbolçuları cəmləşib. “Qarabağ-2”də müxtəlif yaş qrupu üzrə mililərin 7-8 oyunçusu çıxış edir. Yeni yaranan komanda üçün onlarla başabaş mübarizə aparmaq çox çətindi. Düşərgəmizdə yer alan təcrübəlilər belə 3-4 ay futboldan uzaq düşüblər. Komandanı fiziki cəhətdən hazırlamaq üçün xeyli əziyyət çəkməli olduq. Hələ də mən istədiyim səviyyəyə çatmamışıq.
- Siz istədiyiniz səviyyəyə çatmaq üçün nə qədər vaxta ehtiyacınız var?
- Məncə, 7-8 turdan sonra daha güclü, qələbə üçün mübarizə apara biləcək kollektiv görə biləcəyik. MOİK-lə matçda artıq bunun işartıları görünürdü. Fasilədən istifadə edib “Neftçi-2” ilə qarşılaşmaya qədər səylə çalışıb, durumumuzu bir qədər də yükəltmək istəyirik.
- Sizə elə gəlmir ki, 7-8 tur çox oldu. Bu oyunlarda itiriləcək xallar mövsümün sonunda premyer-liqaya yüksəlmək yönündə sizə çox lazım ola bilər.
- Bu gün heç kim qarşımıza elitaya yüksəlmək vəzifəsi qoymayıb. Belə hədəf üçün başqa şərtlər olmalı, komandaya daha səviyyəli oyunçular dəvət olunmalıdı. Bizim əsas məqsədimiz yerli gənc və yeniyetmə istedadları üzə çıxarmaq, əvvəlki illərdə olduğu kimi, onları Azərbaycan futboluna bəxş etməkdi. Bu yolda da maksimum güc sərf edəcəyik. Bu işlə paralel çalışacağıq ki, nəticələrimiz də ürəkaçan olsun, azarkeşlərimizi qələbələrlə sevindirək.
- Hazırlıq dönəmini Şəmkir Olimpiya Kompleksinin meydanında keçirdiz. Bəs indi harda məşq edirsiz?
- Həftədə 1 və 2 dəfə öz meydanımızda məşq edirik. Qalan günlər isə yenə də Şəmkirə üz tuturuq. Ümid edirəm ki, tezliklə stadionun ərazisində salınması planlaşdırılan süni meydanımız hazır olacaq və komanda Gəncədən kənara çıxmayacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar