31 avq 16:45olke

Ramin Quliyev “Prezident kuboku”nu dəyərləndirdi

Ramin Quliyev “Prezident kuboku”nu dəyərləndirdi
“Əsas məqsədimiz orda yer tutub pul qazanmaq deyildi”
Avqustun 25-28-i aralığında Qazaxıstanda keçirilən “Prezident kuboku”nda iştirak edən 17 yaşadək futbolçulardan ibarət yığma artıq vətəndədi. Məlum olduğu kimi, Ramin Quliyevin komandası B qrupunda Qırğızıstan və meydan sahibləri ilə yer almışdı. Turnirə darmadağınla start verən (3:0) yeniyetmələr ikinci oyunda Qazaxıstanla heç-heçə (1:1) edərək finala vəsiqə qazanmış və Rusiyanın “Krasnodar” klubundan olan həmyaşıdları ilə qarşılaşmışdı. Yığma əsas vaxtı qolsuz bərabərliklə nəticələnən görüşdə yalnız penalti seriyasında uduzaraq, 2-ci yeri tutmuşdu. Təşkilatçıların həmçinin yığmamızın üzvlərindən Veysəl Rzayevi turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlını isə ən yaxşı hücumçu elan edərək mükafatlandırdığını da vurğulayaq. U-17-nin çıxışı və qarşıdakı planları ilə bağlı baş məşqçi Ramin Quliyevlə söhbətləşdik.
- Təşkilatçılıq və komandaların səviyyəsi necə idi?
- Turnir Qazaxıstanda 11-ci dəfədi keçirilir. Ənənəvi hal alıb deyə, təşkilatçılıq yüksək səviyyəyə çatdırılıb. Məşq və oyunlar millinin Almatı yaxınlığında yerləşən bazasının meydanlarında keçirilir. Hətta oyunların canlı yayını təşkil edilirdi. “Prezident kuboku” olduğuna görə federasiya rəsmiləri dəvət etdikləri komandaların səviyyəcə yaxşı olmasında maraqlıdı. Sadəcə, builki turnirin Astanada yox, Almatıda olması, vaxtının dəyişməsi “Astana” klubunun Çempionlar Liqasında çıxışı ilə bağlı idi. İordaniya, İran kimi yığmalar turnirin vaxtının dəyişdirilməsi üzündən gələ bilmədilər. Biri viza almaq problemi, digəri başqa turnirdə iştirakdan imtina etməmək üçün. Ona görə Qazaxıstan iki komanda ilə təmsil olunurdu. Bizim qrupda yer alan komandalar Qırğızıstan ve Qazaxıstan idi.
- Hədəf nə idi və 2-ci yeri qənaətbəxş saymaq olarmı?
- Bizim uşaqların yerli çempionatda keçirdiyi oyunlarla milli səviyəsindəki beynəlxalq oyunlar tam fərqlidi. Ona görə turnirin Avropa çempionatı ərəfəsinə təsadüf etməsinin və təcrübə baxımından çox böyük önəmi var idi. Nəticə o qədər də vacib deyil.
- Yoxlama görüşlərində əsasən müdafiə xəttindən gileylənirdiz. Amma U-17 Qazaxıstanda 3 oyunda cəmi 1 qol buraxdı. Qısa müddətdə müdafiəni necə qaydaya saldınız?
- Yoxlama görüslərinə nəzər yetirəsi olsaq, demək olar, hamısında komanda qol vurub. Amma yenə də qol buraxıb nəticədə məğlub olurduq. Bəzən sadə epizodlarda səhv edirdik, bəzən tam kuryoz qollar buraxırdıq. Bu turnirdə buraxdığımız qol da belə idi. Buna baxmayaraq, yenə də müdafiə üzərində çox işləmək lazımdı, çünki qarşıda bizi gözləyən rəqiblərin oyunlarını təhlil edəndə - xüsusilə də Norveç və Çexiyanı – görürsən ki, ani səhv qolla nəticələnə bilər.
- Təşkilatçılar həm hücumçumuzu, həm də yarımmüdafiəçimizi turnirin ən yaxşısı elan edib. Fikrinizcə, yığmanın ən yaxşısı kim idi?
- Heç kimi fərqləndirmək istəməzdim. Bütün komanda yaxşı oynadı.
- Liqalar hələ başlamayıb. Bu məqam yığma üzvlərinin hazırlığında özünü göstərirdimi?
- Müəyyən mənada hə, amma bu təsir o dərəcədə də hiss olunmadı. Çünki uşaqlar iyundan etibarən qısa fasilələrlə bizimlə toplanışda olublar. Bundan başqa, klublarının hazırlıqlarında iştirak ediblər, yoxlama oyunları keçiriblər. Yəni boş dayanmayıblar.
- Qazaxıstanda qazanılan 5 min dollar mükafatı özünüz uşaqlar arasında böldüz, yoxsa əziyyətinizi AFFA qiymətləndirəcək?
- Əsas məqsədimiz orda yer tutub pul qazanmaq deyildi. Bir daha qeyd etmək istəyirəm ki, önəmli olan uşaqların beynəlxalq təcrübəsinin artırılması idi. Pula gəlincə, reqlamentə əsasən mükafat AFFA-nın hesabına köçürülür. Vəsaitlə bağlı rəhbərliklə görüşüb müzakirə edəcəyik.
- U-17-nin növbəti planları necədi?
- Bir müddət fasilə vermişik, amma bu, uzun çəkməyəcək. Növbəti toplanışımız sentyabra planlaşdırılıb. Gələn ay Ukrayna millisi ilə iki oyunumuz olacaq.
- Komandanın oktyabrda baş tutacaq Avropa çempionatı üçün heyəti neçə faiz komplektləşib?
- Baza ehtiyatının böyük əksəriyyətini sınaqdan keçirmişik, demək olar, hamıya dəvət göndərib çağırmışıq, şans verib sınamışıq. Amma millinin qapısı hər bir uşağa açıqdı. Oyunları, hətta məşqləri izləyirik, daim maraqlanırıq. Kim daha yaxşı formada olsa, kim komandaya kömək edə biləcək səviyyəyə çatsa, onları növbəti toplanışlara çağıracağıq. Bəzi mövqelərə yeni namizədlər axtarışındayıq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar