30 avq 18:01olke

“Qarabağ” tək öz adı üçün yox, həm də Azərbaycan üçün döyüşməlidi

“Qarabağ” tək öz adı üçün yox, həm də Azərbaycan üçün döyüşməlidi
Avropa Liqası
Pley-off, cavab oyunu
Qarabağ – Şerif (Moldova)

Hakimlər: ALEKSANDR STAVREV, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (hamısı Makedoniya).
Hakim-inspektor: Yohan Verbist (Belçika).
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya).
30 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.00
İlk oyun – 0:1.
Beləliklə, bu gün ölkə futbol ictimaiyyətinin diqqəti “Qarabağ”a yönələcək. Son illər ümid yerimizə çevrilən, ilklərə imza atmaqla azarkeşləri sevindirən Qurban Qurbanovun komandası daha bir çətin missiyanın öhdəsindən gəlməlidi. Avroliqanın qrupuna vəsiqənin taleyi bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda həll olunacaq. Qitə yarışlarından erkən çəkilməmək, ölkənin reytinqini, eləcə də klub öz büdcəsini artırmaq üçün “Şerif” üzərində sərfəli nəticə qazanmalıdı.
ÇL-də BATE səddində ilişən və mübarizəni AL-də davam etdirmək məcburiyyətində qalan təmsilçimizi bir həftə əvvəl “Şerif”lə dueldə favorit görsək də, Tiraspolda baş tutan qarşılaşmadan sonra bu əminlik azalıb. Düzdü, 0:1 dünyanın sonu deyil, “Qarabağ”ın ilk oyunda uduzub cavab görüşündə mərhələnin taleyini həll etdiyi hallar az olmayıb. “Şerif”lə ilk qarşılaşmada oyun planında bərbad görünən Qurbanovun yetirmələri evdə istər-istəməz inamlı çıxış edəcək, azarkeşlərin dəstəyi ilə rəqibini qapısına doğru sıxışdıracaq, qol və ya qollar vurmağın yolunu axtaracaq. Əsas məsələ qapını toxunulmaz saxlamaq, qol vurandan sonra soyuqqanlığı itirməməkdi. Erkən qol işə daha çox yarayacaq. Belədə istər-istəməz rəqib həyəcanlanacaq və nizamı pozulacaq. Düzdü, bu qolu qarşılaşmanın sonlarında da vurmaq olar, nəticədə yenə psixoloji üstünlük bizimkilərin tərəfinə keçəcək. Ancaq erkən qol matçın sonrakı axarına təsir göstərə bilər. Ən pis ssenarini düşünsək belə, hesabın ilk yarıda açılması “Qarabağ”a üstünlük qazandıracaq.
“Şerif” səddinin keçilməsi milliyə də təsirsiz ötüşməyəcək. Daha doğrusu, Millətlər Liqasının startı ərəfəsində qazanılacaq uğur azarkeşlərə mesaj olacaq. Belədə istər-istəməz Kosovo ilə sentyabrın 7-də baş tutacaq qarşılaşmaya azarkeş marağı artacaq. Ən azı ona görə ki, həm “Qarabağ”ı, həm də millini Qurban Qurbanov çalışdırır. Üstəlik, Ağdam klubu yenə yığmanın əsasını təşkil edir. Kosovo və Malta ilə oyunlar üçün açıqlanan 25 nəfərlik heyətdə “Qarabağ”ın altı oyunçusu var ki, klub təmsilçilik baxımından hamını üstələyir.
Cavab oyunu ərəfəsində “Qarabağ”ın lehinə və əleyhinə olan məqamlar var. Sözsüz, İnnosent Emeqaranın dönüşü hücum potensialını gücləndirəcək. BATE ilə cavab görüşündə qırmızı vərəqə alan forvardın “Şerif”lə Tiraspolda gerçəkləşən qarşılaşmada yeri görünürdü. Miçelin yoxluğu isə böyük itkidi. Belədə Qurban Qurbanovun mərkəzdə Filip Ozobiçin xidmətindən yararlanacağı istisna deyil. Hər halda, “Neftçi” ilə çempionat oyununda özünü yaxşı tərəfdən göstərən xorvat yarımmüdafiəçi baş məşqçiyə özü barədə seçim imkanı verdi.
Qeyd edək ki, bugünkü oyunu makedoniyalı hakimlər briqadası idarə edəcək. Meydanda əsas söz sahibi Aleksandr Stavrev olacaq. Yan xətdə ona Maryan Kirovski ilə Deyan Kostadinov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dimitar Meçkarovski yerinə yetirəcək. Onların işinə qiyməti belçikalı Yohan Verbist verəcək. UEFA nümayəndəsi isə latviyalı Yevgeni Milevskidi.
Taleyüklü oyuna dünən artıq 20 minə yaxın bilet satılmışdı ki, bu da anşlaq olacağından xəbər verir. Vaxt və bilet tapıb stadiona gedə bilməyənlər də ekran qarşısına keçə bilər. Belə ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. Yeri gəlmişkən, bu komandaların Tiraspoldakı görüşü moldovalıların bizimkilərdən yüksək məbləğ tələb etməsi səbəbindən Azərbaycanda göstərilməmişdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar