30 avq 00:20olke

Bədavi “Şerif” səddini keçəcəklərinə inanır

Bədavi “Şerif” səddini keçəcəklərinə inanır
“Əsas odu ki, məğlubiyyət bizi “sındırmayıb”
Son vaxtlar “Qarabağ” haqda deyilənlər, aparılan müzakirələr komandada yer alan futbolçuları narahat etməyə bilməz. Təbii, yazılanlardan, deyilənlərdən onlar da xəbərdardı. Maraqlıdı, bu cür-söz söhbət onlara necə təsir edir? “Şerif”lə oyuna necə hazırlaşırlar? Ümumiyyətlə, həm ağdamlıların məlum qarşılaşması, həm də millinin qarşıdakı iki oyunu ilə bağlı sualların sayı çoxdu. Qaranlıq məqamlara aydınlıq gətirmək üçün təcrübəli futbolçulardan sayılan Bədavi Hüseynovu seçdik.
- Zədədən sonra özünü necə hiss edirsən?
- Şükürlər olsun, hər şey qaydasındadı. Zədədən sonra 7 oyuna çıxmışam. Deyim ki, gündən-günə özümü daha yaxşı hiss edirəm. Əlbəttə, nöqsanlarım, səhvlərim var. Bunları bilirəm və aradan qaldırmaq üçün öz üzərimdə işləyirəm. Tam istədiyim formada olmasam da, yaxşılığa doğru gedir.
- Cümə axşamı “Qarabağ” həm klub, həm də ölkə futbolu adına taleyüklü oyuna çıxacaq. Uğurlu nəticə komandanızı ardıcıl 5-ci dəfə qrupa daşıyacaq ki, bu da yetərincə yaxşı göstəricidi. Şansları necə dəyərləndirirsən?
- Bu oyunun nə demək olduğunu hamı yaxşı başa düşür. Olduqca ciddi hazırlaşırıq. Səfərdə məğlub olmağımıza baxmayaraq, şanslar 50-nin 50-yədi. Əsas odu ki, məğlubiyyət bizi “sındırmayıb”. 0:1 heç də faciəvi nəticə deyil. Hətta heç-heçə etsəydik belə, Bakıda qələbə üçün oynayacaqdıq. Azarkeşləri sevindirmək üçün gücümüz var və uğurlu nəticə əldə edəcəyimizə inanırıq.
- Uğurlu nəticə qazanmaq yolunda “Qarabağ”a nə kömək edə bilər?
- İlk növbədə baş məşqçinin tələblərini tam yerinə yetirməliyik. Meydanda maksimum xarakter göstərməliyik. İlk oyunda gördük ki, “Şerif” gücümüzə görə rəqibdi, nədəsə onlardan geri qalmırıq. Razıyam, yaxşı müdafiə olunurlar, sürətli əks-hücumları olur. Amma bizim də öz üstünlüklərimiz var. Xüsusilə hücumda aqressivlik göstərməliyik.
- “Neftçi”ylə qarşılaşmada hesabı bərabərləşdirib oyunu heç-heçə başa vurmağınız “Şerif”lə görüşöncəsi psixoloji komək sayıla bilər?
- Bu oyun bizim üçün çox vacib idi. Razılaşarsız ki, hər iki komandanın ifasında maraqlı matç izlədik. Kifayət qədər keyfiyyətli oyun oldu. Uşaqlar böyük xarakter göstərib bərabərlik qolunu vurdular. Hətta qalib gələ də bilərdik. Gördüyünüz kimi, nə qədər qol şansımız oldu. “Şerif”lə görüşdə də məhz həmin xarakteri göstərməliyik. Çünki bu bizdə var.
- Son vaxtlar “Qarabağ” ciddi müzakirələrə səbəb olub. Jurnalistlər yazır, azarkeşlər fikirlərini bildirir. Belə deyim, tənqid dalğası güclüdü. Bu hal siz futbolçulara yaxşı və ya pis mənada təsir edir?
- Şəxsi fikrim belədi ki, dediyiniz məqam fərdlərə bağlıdı. Kimsə bunu ürəyinə salır, kimsə yaxına buraxmır, kimsə nəticə çıxarıb daha artığını etmək istəyir. Ona görə də kollektivin adından danışa bilmərəm. Bir şeyi bilirəm ki, bizə bəslənən ümidlər böyükdü. İnanın, uğur qazanmağı hamıdan çox özümüz istəyirik. Çünki öz adımızdı, “Qarabağ”ın uğurudu. Hər bir futbolçu qrup mərhələsində oynamaq, özünü göstərmək istəyir. Çətin dönəmlər keçirsək də, “sınmamalıyıq”. Əksinə, xalqı sevindirmək haqda düşünməliyik.
- Qarşıdan yığmanın oyunları gəlir. Ruslan Abışov zədəlidi, Rəşad Sadıqov milli karyerasını başa vurub. Belədə müdafiənin mərkəzində səninlə yanaşı kimin oynayacağı sual altındadı. Maksim Medvedev ola bilər və ya Rahil Məmmədov. Maraqlıdı, sənə kiminlə yanaşı oynamaq rahatdı?
- Əvvəla onu qeyd edim ki, əsas heyətdə yerim təmin olunmayıb. Ola bilər ki, baş məşqçi mənə şans verməsin. Amma oynayacağım təqdirdə yanımda kimin olmasının prinsipcə ciddi mənada fərqi yoxdu. Maksimlə yığmada eyni mövqedə oynamışam. Yaydakı təlim-məşq toplanışında Rahillə çiyin-çiyinə çıxış etdim. Onun da kifayət qədər təcrübəsi var. “Neftçi”də, “Səbail”də oynayıb, ilk 2 turda “Qarabağ”da əsas heyətdə çıxış edib və özünü yaxşı tərəfdən göstərib. Ona görə də ciddi fərq görmürəm. Bilmək olmaz, bəlkə Rahillə Maksim oynadı. Vacib olan uğur qazanmaqdı, kimin oynaması yox. Yeri gəlmişkən, Ruslan Abışova səbr diləyirəm. Özüm uzun müddət zədədən əziyyət çəkdim deyə, onu yaxşı başa düşürəm. Heç bir futbolçuya arzulamıram. İnşallah, qısa zamanda zədəsini sağaldıb yenidən yaşıl meydanlara dönər.
- Yayda təlim-məşq toplanışı, ardınca avrokuboklar və çempionat oyunları. İndi isə yığmanın toplanışı və oyunları başlayır. Fiziki və psixoloji baxımdan çətin olmayacaq?
- Artıq neçə illərdi bu cür qrafiklə oynayırıq. Hamı necə, biz də elə. Fikrimcə, çətin olmamalıdı. Baş məşqçi futbolçuların gücünə bələddi və hər kəsə götürə biləcəyi yükü verir. “Şerif”lə oyundan sonra Kosovo ilə matça hazırlaşmaq üçün 7-8 gün vaxtımız olacaq. Bu da az zaman deyil. Həmin müddətdə fiziki və psixoloji cəhətdən hazırlaşmaq üçün imkanımız olacaq. Üstəlik, çempionat da davam edir deyə, futbolçular ideal formadadılar.
- Kosovo yetərincə güclü heyətə malikdi. Maltanın sürpriz etməyi bacaran yığması var. Səncə, milli qrupu lider kimi başa vura bilər?
- Bu dəqiqə bütün komandaların şansları bərabərdi. Hər yığmanın üstün və zəif cəhətləri var. İndi dünyada zəif komanda yoxdu. Demək olar, bütün yığma və klublar ağıllı müdafiə olunmağı bacarır. Rəqiblərə yox, özümüzə fikir verməliyik. Qarşımıza qoyulan məqsəd qrupdan çıxmaqdı. Bunun üçün çalışacağıq. Bir çox futbolçumuz güclü komandalara qarşı oyunlarda lazım olan təcrübəni toplayıb. Yəni üstün səviyyənin nə olduğunu bilirik. Nəyə qadir olduğumuzu Kosovo ilə Bakıda göstərməliyik ki, növbəti görüşlər üçün azarkeşlərdə inam yaradaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar