21 avq 21:42olke

Həvəskar komandadan peşəkar gediş

Həvəskar komandadan peşəkar gediş
“Slavyan” 4 üzvünü Türkiyəyə baxışa göndərdi
Bakı Kəndlər Futbol Federasiyasının keçirdiyi ötənilki çempionatda “Slavyan” adlı komanda vardı, eyniadlı universiteti təmsil edirdi. Həvəskar olmasına baxmayaraq, rəhbərliyi iddialı, istəkli, işgüzar insanlardı. İcraçı direktor Tural İsgəndərov şənbə günü bizimlə əlaqə saxlayıb keçirdikləri tədbirə dəvət etdi. Süleyman Rüstəm küçəsindəki “DVC Gənclər evi”nə yığışmaqda məqsəd həm komandadakı köklü dəyişikliklər haqda bilgi vermək, həm də Türkiyə klublarına baxışa göndərilən heyətin 4 üzvünü təqdim etməsi ilə bağlı idi. Tədbiri giriş sözü ilə açan İsgəndərov əvvəlcə yeni mövsümlə bağlı planları açıqladı, həm də sponsorlar haqda bilgi verdi: “Bu mövsümdə iki “cəbhə”də mübarizə aparacağıq. Əsas gücümüzü MFL-ə ayıracağıq. Bundan başqa, Vaqif Davudovun başçılıq etdiyi BKFF-nin çempionatına da qatılacağıq. Güclü sponsorlarımız var. Hələlik ad açıqlamaq istəmirəm, amma enerji içkilərindən biri xərclərimizi qarşılayacağına söz verib. Artıq forma ilə təchiz edilmişik. MFL-də iştirak üçün tələb olunan 1000 manatdan yuxarı məbləği də verəcəklər. Bundan başqa, adının çəkilməsini istəməyən iki iş adamı da maddi dəstək olur. Təbii ki, sponsorların da öz maraqları var. Həm məhsulları reklam olunacaq, həm də qazanc əldə edəcəklər. Təkcə MFL-i qazanmaqla 10 min manat əldə edə bilərik. Bundan başqa, oyunçularımızın satışından da gəlir əldə edə bilərik. Hər iki liqada mükafatçılar sırasına düşmək istəyirik”.
İcraçı direktor onu da vurğuladı ki, komandanın adı dəyişib: “Çox güman, “Mətinspor” adı ilə çıxış edəcəyik. Yaxın adamımızdan birinin xatirəsinə ehtiram əlaməti kimi bu adı seçmək istəyirik. Ancaq ola bilər ki, başqa ad seçək. Bu, sponsorun tələbindən asılı ola bilər. Bu məsələyə sentyabrın 15-dək aydınlıq gələcək. Həmin gün MFL-də qeydiyyat üçün son tarixdi. Ancaq komandamız hazırdı. Güclü heyət formalaşdırmışıq. Yoxlama oyunları keçiririk və çempionata hazır olduğumuzu deyə bilərəm”.
Tədbirin sonunda isə Türkiyəyə baxışa gedən 4 futbolçunun adı açıqlandı. Məlum oldu ki, “Osmanlıspor” və “Kocaelispor”un həvəskar liqada yarışan komandaları Emin Ələkbərli, Asif Ələsgərov, Rahim Şükürov və Kənan Qafarovu sınayacaq: “Sponsorumuzun dəstəyi və Türkiyədəki əlaqələrimiz nəticəsində həm “Osmanlıspor”la, həm də “Kocaelispor”la əməkdaşlığa start vermişik. Emin Ələkbərli, Asif Ələsgərov, Rahim Şükürov və Kənan Qafarovu bu komandalara yola salırıq. Düzdü, baxışdan keçib-keçməyəcəkləri özlərindən asılıdı. Ancaq bəyəniləcəkləri halda, bütün detalları razılaşdırmışıq. Futbolçularımız orda 600-800 dollar maaş alacaqlar. Bundan başqa, uğurlu nəticələrə görə vəd olunan bonuslar da olacaq. Müqavilə imzalansa, hesabımıza müəyyən məbləğdə transfer haqqı da köçürüləcək. Biz isə həmin məbləği komandanın təşkilatlanmasına sərf edəcəyik. Ötən il BKFF-nin çempionatında ev oyunlarımızı ADBTİA-nın stadionunda keçirirdik. Eşitmişik ki, oranın ot örtüyü yaxşı deyil. Ona görə “ASK Arena”nın ehtiyat meydanını icarəyə götürəcəyik. MFL üçün məşqlərimiz və oyunlarımız isə “Azfar”ın meydanlarında baş tutacaq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar