16 avq 19:04olke

Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü

Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü
“Ölkəmə bağlı olsam da, pul qazanmaq, yaşamaq üçün başqa yolum yox idi”
“Keşlə”nin Samir Məsimovu heyətinə qatdığını bilirsiz. İlk turda doğma meydanda “Sabah”a uduzan (0:1) paytaxt təmsilçisinin güclənməyə ehtiyacının olduğu aşkar göründü. Hələ “Qəbələ” ilə yoxlama oyununda Məsimovun Mladen Milinkoviçin ümidlərini doğrultmağa çalışdığını xəbər vermişdik. Görünür, ilk tudakı yenilgi baxışda olan futbolçularla münasibətlərin rəsmiləşdirilməsini şərtləndirib. Beləliklə, klub Samirlə ikillik müqavilə imzaladı.
Əslində Məsimovu futbol ictimaiyyəti yaxşı xatırlayır. Ancaq onun ölkəmizə dönüşündə ciddi bir fərq var. Belə ki, o “Keşlə”nin heyətində legioner kimi çıxış edəcək. Düzdü, hücumameyilli yarımmüdafiəçi vaxtilə aşağı yaş qrupları üzrə millilərimizin şərəfini qoruyub. Lakin Azərbaycandan gedəndən sonra Rusiya vətəndaşlığını qəbul edib. Təbii, onun vətəndaşlığını dəyişməsi birmənalı qarşılanmaya bilər. Ancaq prosesi yada salsaq, hər şey aydın olacaq.
Öncə xatırladaq ki, 22 yaşlı futbolçu Rusiya futbol məktəbinin yetirməsidi. 2002-ci ildən Moskva “Lokomotiv”ində məşqə başlayan yarımmüdafiəçi 2010-cu ildə Moskva “Spartak”ına üz tutub. Samir burdakı birillik macəradan sonra Rusiyanı tərk edib və peşəkar karyerasına “Neftçi”də start verib. 2014-15-ci illərdə “ağ-qaralar”ın heyətində 51 oyuna çıxıb, 2 dəfə fərqlənib. Xüsusən Məsimovun ölkə kubkunun finalında “Qəbələ”yə vurduğu qolu “Neftçi” azareşləri hələ çox xatırlayacaq. Çünki flaqman qarşılaşmanın gedişində 0:1 hesabı ilə geridə olarkən, Samir meydana çıxmış və bərabərlik qolunu vurmuşdu. Penalti seriyasında isə “ağ-qaralar” daha dəqiq olmuşdu. “Neftçi”dəki məlum dəyişikliklərdən sonra ölkəmizi tərk edən yarımmüdafiəçi Sloveniya “Domjale”sində 5 oyuna çıxdı. Ardınca yenidən Bakıya qayıtdı və 8 qarşılaşmada AZAL-ın uğurları üçün tər tökdü. Son olaraq Voronej “Fakel”ində də 8 oyun keçirdi və həmin klubda da karyerası uğurlu alınmadı. U-19-da 3, U-21-də isə 4 oyun keçirən Məsimov artıq Azərbaycan vətəndaşı deyil.
Vətəndaşlığını dəyişməsinin səbəbini isə Samir bir müddət öncə futbolinfo.az saytına açıqlamasında belə izah etmişdi: “Fakel”də futbolçu kimi onları qane edirdim, amma legioner kimi yox. Mən Azərbaycan vətəndaşı olduğum üçün legioner sayılırdım. Müqavilə bağlayanda demişdilər ki, heyətə götürürük, amma Azərbaycan pasportundan imtina etməlisən ki, daim oynayasan. Doğrusu, əvvəl yola verirdim, vətəndaşlıqdan imtina etmək istəmirdim. Amma qışda məsələ ciddiləşdi, qısa zamanda sənəd məsələsini həll edə bilmədim. Ölkəmə bağlı olsam da, pul qazanmaq, yaşamaq üçün başqa yolum yox idi. Azərbaycandan mənimlə maraqlanmırdılarsa, çıxış yolu tapmalıydım. Başqa komandalarla da eyni səbəbdən anlaşa bilmədim. Hamı Rusiya vətəndaşı olmağımı istəyirdi ki, müqavilə bağlasın. O zaman həm az xərcə düşürdülər, həm də əlavə legioner ala bilirdilər. FİFA-ya müraciət etdim və Azərbaycan vətəndaşlığından imtina etdim”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar