16 avq 19:02olke

Qələbəyə əngəl olan səbəblər

Qələbəyə əngəl olan səbəblər
“Qarabağ”ı tənqid ediriksə, başqaları təhqir olunmalıdı!
Yaxın keçmişə baş vuraq. “Qarabağ” hələ ötən mövsüm Çempionlar Liqasının qrupuna vəsiqə qazananda, bu şansın bir də ələ düşməsinin çətinliyi dillərdə əzbər idi. Məlum yarışın reqlamentindəki dəyişikliklər, “Qarabağ”ın 8 komandalı, rəqabətsiz çempionatda mübarizə aparması və ən sonda İbrahim Şehiç, Pedro Enrike, Dino Ndlovu, Riçard Almeyda kimi aparıcı fiqurların komandanı tərk etməsi – bütün bunları nəzərə alanda “köhlən atlar”ın heç olmasa, Avroliqanın qrupuna düşməsini arzulayırdıq.
Lakin iş elə gətirdi ki, ağdamlılar “Olimpiya” və “Kukesi” səddini asanlıqla adlamağı bacardı. Yekunda bu fakt iştahı hər zaman artıq olan azərbaycanlı futbolsevərlərdə inam yaratdı. Keçilməyən rəqib BATE yox, lap PSV də olsaydı, “Qarabağ” atəşə tutulacaq, təndiqlərin ardı-arası kəsilməyəcəkdi. Halbuki bu komanda illərdi adı olub, özü olmayan Azərbaycan futbolunu arxasınca daşıyır, dünyaya tanıdır, insanların üzünü güldürür. Bəli, “Qarabağ” hər iki qarşılaşmada BATE-dən üstün futbol oynadı. Bunu biz yox, belaruslu azarkeşlər və jurnalistlər də etiraf edir. Sadəcə, müəyyən xətalar və yenilənmiş komandanın tam oturuşmaması pley-offa gedən yolu əngəllədi. Son 5 ilin çempionu ölkə futbolu adına böyük işlər gördüyü halda, baş məşqçisi, kapitanı və ayrı-ayrı futbolçuları təndiq atəşinə tutulur. Belə olması vacibdisə, onda gərək avrokuboklardakı digər klubların rəhbərləri, məşqçi və futbolçuları açıq şəkildə təhqir olunsun. Sadəcə, “Qarabağ” azarkeşləri pis öyrədib. Daim uğur qazanmaqla insanların istəyini bir az da artırıb. Guya 2-3 il qruplara vəsiqə qazanmasalar, nə olacaq? Yenə tənqid olunacaqlar. O zaman fərq nədi? İndiki vəziyyətdə də tənqid eşit, uğursuzluq olanda da.
“Kişinin başına iş gələr” deyimini yada salıb ağdamlılara Avroliqanın pley-offunda uğur arzulamaqdan başqa əlimizdən heç nə gəlmir. Əlimizdən gələn yazmaq, təhlil etmək, mövqeyimizi ortaya qoymaqdı. Odu ki, səfər matçında sərfəli nəticəni əngəlləyən səbəbləri axtarmağa çalışacağıq.
8-ci dəqiqə
Bundan 1 dəqiqə əvvəl Siqneviç İvaniçdən elə bir ötürmə almışdı ki, onu qola çevirməmək futbol adına günah idi. Ucaboy forvard əla fürsəti boşa verdi və futbol Tanrısı BATE-ni cəzalandırmaq üçün “Qarabağ”a əla imkan yaratdı. Zubirin Mahirə, Mahirin isə Emeqaraya başla ötürdüyü topu “7 nömrə” 5 metrdən tora qovuşdurmalı olduğu halda, elə bir zərbə endirdi ki, sanki BATE-nin müdafiəçisidi, qolun qarşısını alır. Qeyri-dəqiq, kor-koranə zərbə ilə inanılmaz qol şansını qaçırıb “Qarabağ”ın üstünlük şansını əldən verdi. Halbuki həmin epizodda hesab açılsaydı, onsuz da ilk 10 dəqiqədə üstün görünən “Qarabağ” təzyiqi bir az da artıracaq, rəqib futbolçularda çaşqınlıq yaranacaqdı. Bərabərlik qolu üçün irəli atılacaqdılar. Bu da istənilən halda təmsilçimizin işinə yarayacaqdı.
Buraxılan qol
Çərşənbə axşamı saat 21.20-dən bu yana hamı Rəşaddan danışır, kapitan yanlış ötürmə müəllifi kimi tənqid olunur. Halbuki Bakıdakı səhvdən fərqli, bu dəfə xəta sırf Sadıqovun deyildi. Rəşad yan xətt yaxınlığında pressinqlə qarşılaşdığını görüb topu Bədavi ilə Maksimum olduğu boş zonaya ötürdü. Bədavinin fikri Allah bilir hardaydı, sanki kimsə ona “Rəşad sənə ötürmə edir” dedi və bundan sonra topun dalınca qaçmağa başladı. “Ayılanda” gec idi, İvaniç ildırım sürəti ilə irəliləyirdi. Bəs Maksim hardaydı, nə edirdi? Rəşadın ötürməsi anında meydanı müşahidə etməli olan təcrübəli futbolçu topa baxır, özlüyündə Bədavinin topa çatıb-çatmayacağını götür-qoy edirdi. Halbuki İvaniçin topa doğru yönəldiyini görməli və rəqibə mane olmalı adam Medvedev idi. İslandiya yığmasının əsas qapıçısı, Messinin penalti zərbəsini dəf etməklə bir anda ulduza çevrilən Halldorssonun təcrübəsi işə yaramalıydı. Lakin o da qorxaqlıq nümayiş etdirib vaxtında qapısını tərk etmədi. İvaniç irəliləyəndə, Hannes Bədavinin rəqibə çatmadığını görərək irəli çıxıb “10 nömrə”ni çaşdırmalı, rahat qərar verməsinin qarşısını almalıydı. O da bacarmadı.
Qurbanov gecikdi
Oyunun qırılma nöqtəsi olan bu epizodda Emeqaranın etdiyi uşaq futbolunda görməyə alışdığımız səhv idi. Əvvəla, hücumçu orda nə gəzirdi? Oyunun əvvəlindən rəqibin mərkəz müdafiəçilərindən yayınmaq üçün yarımmüdafiəyə çəkilən və bununla da “Qarabağ”lıların BATE-nin cərimə meydançasında çoxluq təşkil etməsinin qarşısını alan isveçrəli sarı vərəqəsinin olduğunu bilə-bilə, rəqibini iki əllə arxadan itələməyin cəzasının “sarı” olacağını yaxşı bilirdi. Həm Bakıdakı, həm də Borisovdakı oyunlarda tez-tez kunq-fu fəndlərindən istifadə edən Emeqaranın bu gedişlə meydandan qovulacağı əvvəldən hiss olunurdu. Qurban Qurbanov ya vaxtında ona sonuncu xəbərdarlığını etməli, ya da əvəzləyib yanında oturtmalıydı. Hücuma Mahiri çəkməli, Mədətovun mövqeyinə Ozobiçlə Delarjdan birini buraxmalıydı. Baş məşqçi qərar verməkdə gecikincə, komandası azlıqda qaldı. Yekunda qələbə topunu vurmaq üçün olan-qalan ümidlər də puça çıxdı.
Anlaşma səviyyəsi aşağıdı
Etiraf edək ki, “Qarabağ”ın problemi təkcə ayrı-ayrı fərdlərin səhvlərində, qol imkanlarından yararlana bilməməsində deyildi. BATE-nin mərhələ adlamasının əsas səbəbi təşkilatlanmış komandaya sahib olmasına və xətlərarası əlaqənin ideal səviyyədə olmasına görəydi. Adamlar bir-birini gözüyumulu başa düşürdülər. Xüsusilə İvaniç – Staseviç - Siqneviç “3-lüy”ü hücum quranda minimum halda qapımız qarşısında təhlükə yaranacağını bilirdik. “Qarabağ”da çatışmayan bu idi: futbolçuların bir-birini başa düşməməsi. Zubirlə Emeqaranın anlaşma zamanı necə çətinlik çəkdiyini, yəqin ki, gördüz. Yaxud həmin Emeqara Mahirlə Miçelin nə edəcəyini anlamırdı. Slavçev hər nə qədər hərəkətli görünsə də, cərimə meydançasının həndəvərində qısa ötürmələrlə hücum qurmaq üçün onu başa düşən birini tapmırdı. Aparıcı futbolçuların kollektivi tərk etməsi, buna görə də çox sayda yenilərin gəlməsi “Qarabağ”ın bugünku oyununa təsir edir. Şübhə olunmayacaq faktdı. Vaxtilə Qara –Riçard - Reynaldo, yaxud Riçard – Miçel - Ndlovu “3-lüy”ünün qurduğu kombinasiyaları və vurulan qolları görmək hələ ki mümkün deyil.
Amma ümidsizliyə qapılmağa ehtiyac yoxdu. “Qarabağ” mübarizəni Avroliqada davam etdirir və qrupa düşmək şansı yetərincə realdı. Ümid edək ki, ağdamlılar bu dəfə başqa bir ilki – qrupdan çıxmağı gerçəkləşdirib, BATE ilə oyunları yaddan çıxaracaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar