16 avq 18:58olke

Belarus jurnalist “Qarabağ”ı incələdi

Belarus jurnalist “Qarabağ”ı incələdi
“Həmin səhvə görə adamı hətta uşaq futbolundan qovarlar”
Çempionlar Liqası arzumuz suya düşdü. Bundan sonra gözlərimizi Avroliqaya dikib, “Qarabağ”ın pley-offda uğur qazanmasını diləmək məcburiyyətindəyik. Halbuki ÇL-in pley-offu məhz ağdamlıların haqqıydı. Hər iki oyunda sərgilənən oyuna nəzər salanda, təmsilçimizin rəqibdən aşkar üstün olduğunu görmək üçün eynəyə ehtiyac yox idi. Sadəcə, müdafiədəki kobud səhvlər, bəzən də hücumdakı həlledici anlarda xətlərarası əlaqənin istənilən səviyyədə olmaması uğursuzluqda əsas rol oynadı.
İndi Belarusda bayramdı. Yerli azarkeşlər, hətta jurnalistlər belə təmsilçilərinin “Çelsi”ni mübarizədən kənarlaşdırıbmış kimi sevinir, özlərinə yer tapmırlar. Bu ölkənin məşhur nəşri olan “Pressbol” ötən həftə olduğu kimi, bu dəfə də məlum qarşılaşmaya xüsusi yer ayırıb.
Oyundan dərhal sonra oxucular arasında ənənəvi sorğu keçirilib. “Qarabağ”la matçda BATE-nin oyununu bəyəndizmi” sualına cavab vermək üçün dünən günortaya kimi 796 nəfər sorğuya qatılmışdı. Respondentlərin 303 nəfəri (38,1 faiz) “bəli” cavabını vermişdisə, 493 nəfər (61,9 faiz) “xeyr” düyməsinə basmışdı. Bu isə “köhlən atlar”ın meydan sahiblərindən üstün futbol oynamasının göstəricisidi.
Qəzetin Sergey Versotski ad-soyadlı təcrübəli yazarı matçdan sonra bizim üçün olduqca maraqlı yazı araya-ərsəyə gətirib. “Yeni heç nə yoxdu – rəqibin topa 65 faiz yiyələnməsi səviyyə fərqi qarşısında aciz qaldı” başlıqlı yazıda Sergey əsasən “Qarabağ”dan bəhs edib: “Oyuna bir gün qalmış həmkarım Trofimenkov BATE-nin şansı haqda soruşanda, düşünmədən “100 faiz” cavabını vermişdim. Daha sonra PSV haqda maraqlanmağa başlamışdı.
Futbol dahisi olmaya bilərsən, amma azacıq idman anlayışın varsa, BATE-nin mərhələni adlayacağına əmin olmalıydın. Topa daha çox sahib ola bilərsən. Amma futbolda səviyyə fərqi sözünü deyir. Bakılıların (ağdamlıların – H.) əsas göstərdiyi həmin 65 faiz söhbəti var ha, boş şeydi. Anlamsız, mənasızdı. Dünya çempionatında topa sahib olanları çox gördük, sonda hardaydılar?
BATE “Qarabağ” və HİK ilə oyunlarda pusquda durmuş yırtıcıya bənzəyirdi. Futbol dili ilə desək, müdafiədə işini ehtiyatlı tutub, əks-hücumlarda rəqibin səhvlərinə bel bağlayırdı. Və bütün hallarda bu taktiki gediş BATE-ni ÇL-in pley-offuna daşıdı. Bəlkə də “Qarabağ”ı təhlükəli rəqib adlandırmaq olardı. Hər halda, müntəzəm Avroliqanın qrupunda oynayan, ötən il klub tarixində ilk və son dəfə - bəli, məhz ilk dəfə - ÇL-in qrupuna vəsiqə qazanan komandanın bu göstəricilərini baxımlı saymaq olardı. Ancaq bu heyət Azərbaycan çempionatındakı oyunun təxirə salınmasına rəğmən, heç də təhlükəli görünmürdü. Halbuki Azərbaycan çempionatının 1-ci turunun qarşılaşması BATE ilə cavab görüşünə yaxşı hazırlaşmaq üçün təxirə salınmışdı. Bilmirəm, bəlkə Dani Kintana onlar üçün meqasəviyyəli hücumçudu (yarımmüdafiəçi – H.), olmaya hücumun bütün yükünü üzərinə götürməyə qadirdi. Amma görünən o idi ki, zədəli ispanın yoxluğunda hücumların kəsəri xeyli azalmışdı.
“Qarabağ” olduqca quru, komplektləşməmiş komanda təsiri bağışladı. Oyun epizodlarında anlaşılmazlığın olması aşkar görünürdü. Tam heyətlə hazırlaşmaq üçün iki ay vaxtları olsaydı, bəlkə də nəyəsə ümid edə bilərdilər. Amma bu vəziyyətdə istənilən hədəfə çatmaq onlar üçün çox tezdi.
Məhz xətlərarası əlaqənin istənilən səviyyədə olmamasına görəydi ki, BATE hər iki qolu rəqibin səhvlərindən sonra vurdu. Xüsusilə Borisovdakı görüşdə elə bir səhvə yol verildi ki, həmin səhvə görə adamı hətta uşaq futbolundan qovarlar. Cinahda yer alan Sadıqov nə düşündüsə, özündən xeyli uzaqda olan Hüseynova ötürmə vermək qərarına gəldi. Dəqiq olmayan və zəif ötürmədən sonra topa sahib olub irəliləmək sürətli İvaniç üçün ən ləzzətli anlardan biri idi. Rəqibdən uzaqlaşdı və uzaq küncü dəqiq nişan aldı.
Xətlərarası əlaqənin gözlənilən səviyyədə olmaması bir başqa bəlaya – “qırmızı”ya yol açdı. Nəticədə “Qarabağ”ın ən təhlükəli futbolçusu Emeqara meydanı vaxtından əvvəl tərk etməklə BATE-nin işini xeyli rahatlaşdırdı. Hücumçu kimi çıxış edən Emeqara rəqibin əks-hücumu zamanı nədənsə meydanın ortasında peyda oldu və sürətlə şığıyan İvaniçi arxadan iki əli ilə itələdi. Haqlı sarı vərəqə idi. Amma Emeqaranın orda nə işi vardı?
Halbuki “Qarabağ”ın oyun ərzində ən təhlükəli vəziyyətini də məhz İnnosent yaratmışdı. Hələ hesab 0:0 olanda əla fürsət yaxalayan forvard 5 metrdən toru silkələmək əvəzinə topu Şerbitskinin üzərinə vuranda belaruslu azarkeşlərin üzünü güldürməyi bacarmışdı.
Fasilədən sonra gördüklərimiz isə HİK-lə oyunlarda və “Qarabağ”la səfər qarşılaşmasında yaşananların eynisi idi. Rəqibin təzyiqi, topa yiyələnmə faizindəki üstünlüyü, ardıcıl hücumları və s. Zaman göstərdi ki, bütün bunlar BATE-ni qorxutmur. Futbolçular, sadəcə, taktiki tapşırığın öhdəsindən layiqincə gəlməyi bacarırlar.
Kimsə deyə bilər ki, müəllif yazını ancaq “Qarabağ”a həsr edib. Olmaya yazını qələmə alan azərbaycanlıdı? Xeyr. Sadəcə, BATE-də hər şey aydındı. İllərdi ÇL-də iştirak edən bu komandada heç nə dəyişməyib. Həmin komanda, həmin oyundu.
Bu dəfə də ən yaxşı Staseviç idi. Sərf etdiyi enerji, rəqibi təzyiq altında saxlaması və inanılmaz əzmkarlığı ilə. İvaniç isə ustalıq keyfiyyətləri baxımından bu dəfə də sözünü dedi. Siqneviç yenə çox qaçan, mübarizə aparan, rəqib müdafiəçilərə nəfəs almağa imkan verməyən adam idi. Yeni heç nə yoxdu.
Trofimenko qarşılaşmadan sonra da mənə yaxınlaşdı. Bu dəfə PSV ilə oyunlarda BATE-nin şansları haqda soruşdu. Cavab verməyəcəm. Çünki verəcəyim cavab “Qarabağ”la matçların qəhrəmanlarının xoşuna gəlməyəcək”.
“Pressbol”un Nikolay Kraskovski ad-soyadlı əməkdaşı isə redaktordan “casus” rolunu oynamaq tapşırığı alıb. Nikolay ölkəmizin rusdilli saytlarında və “feysbuk”da yazılanlardan ən maraqlılarını seçərək, oxuculara təqdim edib. Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti çıxış yolunu “Qarabağ”ı “yağlamaqda”, klubun transfer siyasətini qamçılamaqda, ayrı-ayrı futbolçuları, xüsusilə də Rəşad Sadıqovu “yıxıb-sürüməkdə” görüb ki, bunları oxuyan belaruslu həmkarımızın ürəyinə yağ kimi yayılan şərhləri sayta yerləşdirərək, onminlərin oxumasına şərait yaradıb.
Nazir Nadir adlı şəxsin yazdığı şərh olduqca düşündürücü görünür ki, Kraskovski həmin cümləni yazının başlığı seçib: “Maraqlı müşahidə: türk xalqları topla oynamağı bacarmırlar. Yaxşı döyüşçüdülər, amma topla oynamaqdan xəbərləri yoxdu. Üzücü olsa da, faktdı”.
Azərbaycanlıların şərhləri belaruslu futbolsevərlərin diqqətindən yayınmayıb. BATE-nin azarkeşləri elə həmin yazının altındakı şərh bölməsində sevimli komandalarını “Qarabağ”dan, Belarus futbolunu Azərbaycan futbolundan üstün tutduqlarına dair fikirlərini yazıblar. Həmyerlilərinin mövqeyinə qarşı çıxan “czesare”nin yanaşması yetərincə maraqlıdı: “Deyilənləri niyə qəbul etmək istəmirsiz? Onlar bizim müdafiəçiləri it tısbağanı sürüyən kimi sürüyürdülər. Razılaşın ki, cərimə meydançamıza istənilən ötürmələrindən qol səsi gəlirdi. Sadəcə, hər biri Azərbaycanın qəhrəmanına çevrilmək üçün tələsirdilər. Lüt adam hamama tələsən kimi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar