16 avq 18:45olke

PFL “AZAL Arena”da problem aşkarlamayıb

PFL “AZAL Arena”da problem aşkarlamayıb
Ötən sayımızda premyer-liqanın 2-ci turunun “Zirə” – “Keşlə” matçının “AZAL Arena”da keçiriləcəyini xəbər vermişdik. Dünən məsələ rəsmiləşdi. Əvvəlcədən “Dalğa Arena”ya təyin edilən görüş Şüvəlandakı stadionda baş tutacaq. “Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almağın zəruriliyini, millilərin qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını nəzərə alan PFL matçın yerinin dəyişdirilməsinə qərar verib. Qeyd edək ki, “Zirə” – “Keşlə” oyunu avqustun 18-i, saat 20.30-da başlayacaq.
Əslində “qartallar”ın “Dalğa Arena”dan sıxışdırılmasının səbəbi daha iki komandanın bu idman qurğusuna sığınması ilə bağlıdı. Belə ki, öz arenaları təmirdə olan “Neftçi” və “Sumqayıt” da müvəqqəti olaraq ev görüşlərini Mərdəkandakı stadionda keçirir. Avqustun 19-da “Neftçi”nin də ev oyunu var. Bu isə o deməkdi ki, “Zirə”yə adı çəkilən arenadan istifadəyə icazə verilsəydi, stadionda ardıcıl iki gün oyun keçiriləcəkdi. Bu da “Dalğa Arena” rəhbərliyinin qazonla bağlı narahatlığı üçün əsasdı.
İndi isə sual doğuran məqam “AZAL Arena”nın durumu ilə bağlıdı. Görəsən, Şüvəlandakı stadion tələblərə cavab verir? Bu arena premyer-liqa matçını qəbul etməyə hazırdı? Nəzərə alaq ki, AZAL-ın elita ilə vidalaşmasından sonra, təxminən bir ildən çoxdu ki, sözügedən stadionda premyer-liqa matçı keçirilmir. Yalnız “Şüvəlan” diviziondakı ev oyunlarını “AZAL Arena”da keçirirdi. Aşağı dəstə ilə elitanın tələblərinin eyni olmadığını bilirik. Bundan başqa, stadionun qazonu ilə bağlı da suallar var. Bu üzdən PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb, arenanın premyer-liqa matçını qəbul etməyə hazır olub-olmadığını soruşduq. Hər halda, qərar verilibsə, deməli, təşkilatçı qurumun nümayəndələri tərəfindən stadiona baxış keçirilib. Aslan bəyi dinləyək: “Bəli, nümayəndələrimiz dünən (srağagün) stadionda olublar. Texniki departamentdən Məlik Həsənovla Nihad Məmmədov arenaya baxış keçiriblər. Bilirsiz ki, “Dalğa Arena”nın rəhbərliyi qazonun yüklənməməsi üçün belə qərar verib. “AZAL Arena”nı isə dediyim kimi, təftiş etmişik. Qazonla bağlı problem qeydə alınmayıb. Olsaydı, icazə verməyəcəkdik. Lakin ciddi çatışmazlıq aşkarlanmayıb. Klublar belə “fors-major” durumlarda yalnız PFL tərəfindən tanınan və standartlara cavab verən stadionlardan yararlana bilər. Eləcə də bizim qurum həmin arenanı təftiş etməlidi. Baxış zamanı hansısa problem aşkarlanmayıbsa, oyun keçirilə bilər. Məsələn, “Sumqayıt” ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirmək istəyirdi. Biz də sözügedən arenanı təftiş etdik və gördük ki, mümkünsüzdü. Hər şey təkcə qazondan asılı deyil. Başqa problemlər də var. Texniki zona, media-sektor, paltardəyişmə otaqları, isti-soyuq su... Bunların hamısı qaydasında olmalıdı ki, icazə verilsin. Düzdü, hansısa xırda detallar olmasa, ona göz yummaq mümkündü. Ancaq ümumiyyətlə, qaydasında deyilsə, ona “hə” deyə bilmərik. PFL tərəfindən tanınan stadionlarda isə problem yoxdu, oynaya bilərlər”.
Şahgəldiyev əvvəlki dövrlə müqayisədə indi tələblərin artdığını söylədi: “5-6 il əvvəllə müqayisədə elə bir ciddi fərq yoxdu. Ancaq müəyyən tələblər əlavə olunub. Tutaq ki, onda media-sektorun durumuna, orda internetin olub-olmadığına, çəkiliş yerlərinə baxılmırdı. Artıq bunlar tələb kimi qoyulub ki, olmalıdı. Hazırda bütün matçlar canlı yayınlanır, bu üzdən çəkiliş yeri mütləqdi. Bundan başqa, media-sektor, internet təchizatı tələblərə daxildi. Bir qədər əvvələ gedib 2004-cü ilə yada salsaq, mətbuat konfransı otağı olmurdu, elə texniki zonada brifinqlə kifayətlənirdilər. 90-cı illərin əvvəllərinə qayıtsaq, ümumiyyətlə, durum müqayisəyə gəlməzdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar