15 avq 23:33olke

“Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək

“Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək
Əvvəlki heyət isə Türkiyədə klub idarə edəcək
AFFA tərəfindən 1-ci diviziona buraxılmayan “Xan Lənkəran”ın qurumun başqanı Rövnəq Abdullayev və ölkə prezidenti İlham Əliyevə müraciəti bir fayda vermədi. Hər halda, müsbət nəticəsi olsaydı, indi çoxdan səsi çıxmışdı. “Ağ-yaşıllar” son çarə kimi UEFA-ya şikayət etməyə qərar verdi. “Xan Lənkəran” diviziona buraxılmayacağını anladıqdan sonra sponsor danışıqlarını və başqa planlarını təxirə salmalı oldu. İdarə Heyətinin sədri Rəsul Şükürsoy qarşıdakı bir ildə akademiya kimi fəaliyyət göstərə biləcəklərini söyləmişdi. Ən son məlumatları almaq üçün hazırda Türkiyədə olan sabiq həmkarımızla əlaqə saxladıq: “İdarə Heyəti tam heyətlə istefa verib. Sədr müavini Cəmil Şirvanov hazırda burdadı. O, Bakıya qayıdandan sonra hissə almış şəxslərlə iclas keçirəcək. Hissə çeklərini elektron versiyada bizə təqdim etmələrini xahiş etmişik. Hissələr geri qaytarılacaq. Ona görə ki, bu hissələr “Xan Lənkəran”ın perspektivləri ilə bağlı alınmış hissələr idi. Büdcə tam sıfırlanacaq. Ondan sonra “Xan Lənkəran” maarifləndirmə xarakterli institut kimi fəaliyyətini davam etdirəcək. Bunu gənclər edəcək. İstəyirik ki, gənclərdən ibarət İdarə Heyəti yetişsin. 9-10 aylıq dövrdə biz həmin İdarə Heyətinin maariflənməsi, inkişafı istiqamətində səylərimizi əsirgəməyəcəyik. Onlar Türkiyəyə səfər edəcək, müxtəlif klubların düşərgələrində olacaq, bizim burdakı iş rejimimizlə tanış olacaqlar. Layihə ən xırda detalına kimi onlara başa salınacaq. Onlar özü də bir il ərzində maarifləndirmə tipli fəaliyyətlə məşğul olacaqlar. Çünki layihənin icrası prosesində gördük ki, cənub bölgəsinin özündə də bu yeniliyə birmənalı münasibət yoxdu. Məncə, cəmiyyətin özündə bu məsələylə bağlı maarifləndirmə işi aparılmalıdı. Tələsmək lazım deyil. Bu layihənin üstün, müsbət tərəfləri hamıya izah olunmalıdı. Gələcəkdə ziyalıların, iqtisadçıların, futbol ictimaiyyətinin nüfuzlu nümayəndələrinin toplantıları keçirilməli, bu məsələyə onların münasibəti öyrənilməlidi. Genişmiqyaslı müzakirələr aparılmalıdı ki, hər kəs bilgili olsun. Bu işləri öhdəsinə götürəcək İdarə Heyəti seçiləcək. Həmin heyət üçün vakansiyanı elan edəcəyik. Əvvəlcə hazırkı səhmdarlar arasından Təşəbbüs Qrupu seçiləcək. Onlar da İdarə Heyətini quracaq. Müvəqqəti olaraq “Xan Lənkəran” ASC-nin fəaliyyətini donduracağıq. Yeni heyət formalaşdıqdan sonra, 7-8 ay sonra klubun bütün möhür və sənədləri onlara təqdim ediləcək. Biz müvəqqəti əmanətçi idik. Təkcə klubun səhmini alanlar yox, ianə verənlər də pullarını alacaq. Ödəmə çeklərini itirmələri də problem deyil. Bunu da aydınlaşdırmağın yolları var”.
Ancaq Şükürsoy AFFA-dan UEFA-ya şikayət etmək fikrindən dönmədiklərini söylədi: “Bununla bağlı vəkillər şikayəti məktub formasına salıb. Hansı qayda pozuntularına yol verildiyi və hüquqlarımız qeyd olunub. Türkiyədə olduğumdan müraciətlə tanış olmağa vaxtım yoxdu. Məktubu oxuyandan sonra lazımi ünvana yollayacağıq. Hesab edirik ki, AFFA-nın İcraiyyə Komitəsi səlahiyyətlərini aşıb. Çempionatda iştirakla bağlı müraciətimizə vaxtında cavab verilməyib və bu məsələdə özlərinin də etiraf etdiyi kimi, heç bir araşdırma aparılmayıb. Şikayətimiz bizə qarşı yol verilmiş haqsızlıqla bağlıdı. Klubun yeni İdarə Heyəti bu prosesi sona kimi izləyəcək. Bu məsələ onlar üçün prioritet olacaq”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Rəsul bəy hazırda qardaş ölkədədi. Türkiyəyə səfər işgüzar xarakter daşıyır. Detalları onun dilindən eşidək: “Bir həftədi burdayıq. Kocaeli Regional İdman Federasiyasının prezidenti Murat Aydının dəvətiylə bura gəlmişik. “Xan Lənkəran”ın İdarə Heyətinin dörd üzvü – mən, Nail Zeynalov, Cəmil Şirvanov və Ülvi Hüseynli Türkiyədədi. Gəldiyimiz növbəti gün burda protokol imzaladıq. Protokolun şərtlərinə görə avqustun 29-dək adını açıqlamayacağım klubun anonim şirkətin himayəsinə keçməsiylə bağlı işlər yekunlaşdırılacaq. Həmin şirkət ilk başda QSC kimi fəaliyyət göstərəcək. 10 səhmdardan ibarət şirkətdi. Amma səhmdarların kimliyini hələ açıqlamağım doğru olmaz. Peşəkar klubdu, amma hansı liqada yarışdığını açıqlaya bilmərəm. Protokolun şərtləri buna imkan vermir. 15 gün ərzində klubun sahibi olmuş dərnək idarəetməni həmin anonim şirkətə həvalə etməli və bununla bağlı Türkiyə Futbol Federasiyasına məlumat verilməlidi. Bu klubun adının əvvəlinə ölkəmizlə bağlı söz əlavə olunacaq. “Xəzər Lənkəran”dan “Xan Lənkəran”a cəlb etdiyimiz gənc məşqçilər - Röyal və Xəyal Abbasov qardaşları bu komandada çalışacaq. Qarşıya qoyduğumuz məqsəd Azərbaycan futboluna xidmət etməkdi. Bu komandanı qısa müddətdə superliqaya yüksəltmək istəyirik. Klubun aşağı yaş qruplarında azərbaycanlı futbolçuları oynatmaq fikrindəyik. Bu sözlər əsas komandaya da şamil olunur”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar