14 avq 19:14olke

Qurban Qurbanov üçün ideal “11-lik”

Qurban Qurbanov üçün ideal “11-lik”
Qarayla Delarj ehtiyatda qalmalıdı!
Bakıdakı məğlubiyyətdən sonrakı mətbuat konfransında Qurban Qurbanovun yetərincə inamlı danışması gələcəyə ümidlə baxmağa şərait yaratdı. Suallara kifayət qədər ətraflı cavab verən, bəzi anlarda təbəssümünü gizlətməyən təcrübəli çalışdırıcının narahat olmadığı dəqiq idi. Yəqin ki, izlədiyi 90 dəqiqə ərzində özü üçün müəyyən nəticələr çıxarmış, Borisovda güvənəcəyi taktikanı və futbolçuları özlüyündə müəyyənləşdirmişdi. Əks halda, bu dərəcədə əminlik görə bilməzdik onda.
Bu gün üçün ən aktual suallardan biri “Qarabağ”ın oyuna hansı “11-lik”lə başlayacağıdı. Qurbanovun sərəncamında kifayət qədər yerli və əcnəbi futbolçu var deyə, seçim imkanı genişdi. Amma dəyişiklik(lər) mütləqdi. Rəqibi cəzalandırmaq istəyirsənsə, Bakıdakı oyundan fərqli nəsə göstərməli, BATE-nin məşqçi və futbolçularını çaşdırmalısan.
Qapı
“Çərçivə”nin Hannes Tur Halldorssona tapşırılması ən ağıllı seçimdi. Çoxları hələ ilk görüşdən sonra baş məşqçinin əvvəlki 4 oyunda qapısından top buraxmayan Vaqner da Silvaya haqsızlıq etdiyini düşünsə də, Qurban Qurbanovun məlum qərarına məntiqli izahı vardı. Halldorsson uzun illər atletik futbol sərgiləyən İslandiya və Danimarka futbolunun içində olub deyə, hava toplarını dəf etməyin yolunu yaxşı bilir. Yəni bu mənada böyük təcrübəyə sahibdi. Vaqnerin boyu 185 santimetrdisə, Hannes həmkarını 8 sm üstələyir. Bu da az fərq deyil. BATE-lilərin məhz cərimə meydançasına asmalar hesabına qol vurmaq istədiyini nəzərə alanda, İslandiya yığmasının əsas qapıçısının şans qazanması ağıllı variantdı.
Müdafiə
İlk oyunda Rəşad Sadıqovun rəqibin qolu ilə nəticələnən kobud səhvini nəzərə almasaq, arxa xətt ciddi nöqsanlarla yadda qalmadı. Düzdü, zaman-zaman Maksim Medvedevin cinahından hücumlar qurur, qapı qarşısına asmalar edirdilər. Lakin bu daha çox ilk hissəyə təsadüf etdiyindən, start həyəcanı ilə əlaqələndirmək olar. Ona görə də müdafiədə eksperimentə əl atmağa ehtiyac yoxdu. İllərdi bir yerdə oynayan Maksim Medvedev - Bədavi Hüseynov - Rəşad Sadıqov “üçlüy”ündən başqa, “sol”u artıq bu cinahın ağasına çevrilən Vild-Donald Geryeyə tapşırmaq olar. Hər halda, Ansinin yaşı sözünü deyir, həm də alban oyun təcrübəsinin azlığından əziyyət çəkir. Gerye isə son vaxtlar sərgilədiyi oyunla alqış qazanmağı bacarıb.
BATE ilə görüşdəki kobud səhvdən sonra Sadıqovu qınayıb, onun əvəzinə Yakub Jezniçakın oynamalı olduğunu deyənlər az deyildi. Lakin bu məqamda ortaya sual çıxır: Yakub hansı keyfiyyətlərinə görə Rəşaddan üstündü? Boyları aşağı-yuxarı eynidi, təcrübədə Sadıqov ondan üstündü. Səhvə gəlincə, çempionatda Jezniçakın “quşlar”ı az olmayıb. Əksinə, Rəşad polşalıdan daha çevikdi, topla rəftarda ondan üstündü ki, zəif deyil.
Yarımmüdafiə
Bu mövqedə mütləq və mütləq dəyişikliklərə əl atılmalıdı. Bakıdakı oyun göstərdi ki, Qara Qarayev fiziki cəhətdən olduqca hazırlıqlı görünən balaruslu rəqibləri ilə bacarmır. İstər hava toplarında olsun, istərsə adi epizodlarda. Odu ki, “Qarabağ”ın dayaq yarımmüdafiəçilərinin hər ikisi fiziki cəhətdən daha hazırlıqlı və ucaboy olmalıdı. Bunlar Simeon Slavçevlə Miçel ola bilər. Daha doğrusu, olmalıdı. Zaman göstərir ki, ispan yarımmüdafiəçinin hücumçunun arxasında oynamaq, yəni pleymeykerlik bacarığı istənilən səviyyədə deyil. O “gizli silah” statusu daşımalıdı. Dağıdıcı oyunu ilə seçilməli, rəqib onu gözdən qaçıranda səhnəyə çıxmalıdı. Belədə oyun qurucusu kimi daha çevik, texniki bacarığı yüksək olan, qapıya uzaqdan zərbə endirməyi bacaran Filip Ozobiç şans qazanmalıdı. Onsuz da BATE-nin müdafiə xəttini ənənəvi oyun üslubu ilə yarmaq mümkün deyil. Yəni qısa və hiyləgər ötürmələrə aldanmırlar. Ozobiçin uzaqdan zərbələri və diqqəti özünə çəkib, cinahları işə salmaq bacarığı komandasının köməyinə çata bilər. Yarımmüdafiənin sol cinahında Abdulla Zubir oynayacaq, oynamalıdı da. Bu gün Mahir Mədətovdan “17 nömrə”nin bacarığından daha artığını gözləmək ağılsızlıq olar. Mədətov ən yaxşı halda əks cinahda mübarizə apara bilər ki, bu da Con Delarjın ideal formasından uzaq olmasına görədi. Konqolu bir həftə əvvəl heç nə ilə yadda qalmadı. Komandaya uyğunlaşmadığı aydın görünürdü. Düzdü, Mədətov də heç nə etmədi. Amma ən azı top saxlayır, cərimə meydançasına daxil olmaq, qapıya zərbə vurmaq üçün səy göstərirdi. Delarj heç bunları da edə bilmirdi.
Hücum
Bu mövqedə ciddi rəqabət olmadığından, Qurbanov əlində olan yeganə futbolçudan – İnnosent Emeqaradan yararlanmağa məcburdu. Belə baxanda, oynamalı olan elə odu. “Kukesi” ilə cavab görüşünün qəhrəmanı rəqib müdafiəçiləri təzyiq altında saxlamağı bacarır. Digər tərəfdən, texniki bacarığı yüksəkdi. Bir anda gözləmədiyimiz nəsə edə bilər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar