13 avq 19:24olke

Zədə epidemiyasının qurbanları…

Zədə epidemiyasının qurbanları…
Klublar səbəblər haqda düşünməlidi
Yay fasiləsini klublarımız üçün uğurlu saymaq olmaz. Söhbət təkcə Avroliqadakı təmsilçilərin ilk mərhələdəcə mübarizəni dayandırmasından getmir. Həmin uğursuzluq öz yerində. Ancaq zədə epidemiyası da klubların yaxasını buraxmadı. Demək olar, premyer-liqa klublarından çoxunda bu problem yaşandı. Özü də burda maraqlı iki nüans var. Əvvəla, zədəlilərin durumu bir-iki həftəyə düzələn deyil. Bir qədər sonra adlarını sadalayacağımız futbolçular uzun müddət yaşıl meydanlarda görünməyəcək. Əksəriyyəti üçün ilin artıq başa çatdığını deyə bilərik. Çünki aldıqları zədə elə idi ki, əməliyyata ehtiyac vardı. Cərrah masasına uzanan futbolçunun isə yaşıl meydanlara dönüşü erkən baş tutmur. İkinci məqam “epidemiya qurbanları”nın yarıdan çoxunun məşq zamanı zədələnməsidi. Futbolçunun adi vəziyyətdə belə bir ciddi xəsarətlə üzləşməsini izah etmək çətindi. Gəlin əvvəlcə kimlərin bu yay problemlə üzləşdiyini bir daha xatırladaq.
Dani Kintana
BATE-yə məğlubiyyətin əsas səbəbi olmasa da, Kintananın yoxluğu da “Qarabağ”ın oyununa təsir etdi. Çünki ispan yarımmüdafiəçinin mövqeyində çıxış edən Con Delarj ümidləri doğrultmadı. Ümumiyyətlə, Belarus təmsilçisi ilə görüşdə Kintana meydanda olsaydı, komandasına daha çox fayda verə bilərdi. Hər halda, onun yeri görünürdü. Ancaq oyun günü səhər məşqində zədələnən yarımmüdafiəçi uzun müddət yaşıl meydanlarda görünməyəcək. Çünki Daninin zədəsi ciddidi və əməliyyata ehtiyac var. Yadınızdadısa, Kintana ötən il də diz bağlarındakı problem üzündən əməliyyat olunmuş və 6 ay futbolsuz qalmışdı. Bu dəfə futbolçu menisk nahiyəsindən zədə alıb. Kintana ötən il İspaniyada əməliyyat olunmuşdu. Onun bu dəfə də vətənində cərrah masasına uzanacağı və qış fasiləsindən sonra “Qarabağ”a kömək edə biləcəyi gözlənilir. Təbii, yetərincə ciddi itkidi və bu xəbər komandanın azarkeşlərini üzməyə bilməz. Elə məşqçilər korpusunun da buna görə narahat olduğu birmənalıdı.
Eltun Yaqublu
"Səbail"in kapitanı Eltun Yaqublu isə Almaniyada əməliyyat olundu. O, təxminən 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. Yaqublu Türkiyə toplanışı zamanı zədə almışdı. Futbolçu qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində “Səbail”in keçirdiyi ilk yoxlama oyununda bəıxtsizliklə üzləşmişdi. Özü də heç bir toxunuş olmadığı halda zədələnmişdi. “Axil”ə yaxın arxa əzələsində cırıq olan 26 yaşlı futbolçunun əməliyyatı qaçılmaz oldu. Belə deyək, paytaxt klubu bir neçə ay premyer-liqa oyunlarına əsas kapitanı olmadan çıxacaq.
Ehtiram Şahverdiyev
“Sumqayıt”ın hücumçusu mövsümə hazırlığın 1-ci mərhələsi çərçivəsində problem yaşadı. O, Bakıda baş tutan təlim-məşq toplanışında dizindən zədə aldı. Şaherdiyev məşq zamanı bəxszilik yaşamışdı. Ehtiram da Almaniyada əməliyyat olundu. Yaşıl meydanlara dönüşü isə tezliklə reallaşmayacaq. O qədər də geniş heyətə malik olmayan “Sumqayıt” üçün Şahverdiyevin yoxluğu ciddi itkidi.
Fuad Bayramov
Yarımmüdafiəçi uzun müddət “Keşlə”yə kömək edə bilməyəcək. Fuad iyulun sonunda keçirilən “Neftçi” ilə yoxlama oyununda zədələnmişdi. Bayramov diz bağlarından əməliyyat olundu. Ancaq Almaniyada yox, Türkiyədə cərrah masasına uzandı. Onun “Keşlə” üçün önəmli fiqurlardan biri olduğunu izah etməyə ehtiyac yoxdu.
Ruslan Abışov
“Uypeşt” səddinin aşılmaması bir yana, “Neftçi” cavab matçında kapitanını da itirdi. Macarlarla qarşılaşmada Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı. Belədə əməliyyat qaçılmaz oldu və “ağ-qaralar”ın kapitanı Almaniyaya üz tutdu. Proses normal keçsə də, həkimlərin rəyinə görə, Ruslan üç aydan sonra əvvəlcə dörd həftəlik bərpa keçəcək, komanda ilə məşqlərə başlaya biləcək. Abışov paytaxt təmsilçisinin kapitanı, həm də əsas oyunçularından biri idi. Onun zədələnməsi baş məşqçi Roberto Bordinin də qayğılarını artırdı. Hazırda “Neftçi”nin mərkəz müdafiəçisi axtarışları da məhz Ruslanın uzun müddətə sıradan çıxması ilə bağlıdı.
Orxan Əliyev
Maraqlıdı ki, Orxan yayda “Səbail”lə müqavilə imzalamışdı. Lakin sonradan klubla futbolçu yollarını ayırdı. “Səbail”dən bu haqda verilən açıqlamaya görə, Əliyev özü məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib. Müayinə nəticəsində futbolçunun diz nahiyəsində həqiqətən zədə olduğu aşkarlanıb və qarşılıqlı razılıq əsasında “Səbail”lə Orxan arasında mövcud müqaviləyə xitam verilib. Təbii, futbolçunun tibbi müayinədən keçməməsi ilə bağlı sual yaranmışdı. Ancaq klub buna da aydınlıq gətirdi. Məlum oldu ki, Əliyevin “Səbail”də tibbi müayinədən keçməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub. Bir sözlə, yarımmüdafiəçi də əməliyyat üçün Almaniyaya üz tutdu. Onun da bir neçə ay yaşıl müydanlardan uzaq qalacağı dəqiqdi.
Səbəb nədi?
Göründüyü kimi, bu yay ciddi zədə ilə üzləşən və əməliyyat olunan futbolçuların siyahısı yetərincə böyükdü. Hələ biz bir-iki həftəlik sıradan çıxanların adını çəkmədik. Hazırda “Keşlə”də Kamran Ağayev, “Qəbələ”də Aqil Məmmədov zədəlidi, “Neftçi”də Namiq Ələsgərov yenicə məşqlərə qoşulub. Zədə epidemiyasının bu qədər geniş yayılmasının səbəbi isə maraq doğurur. Düzdü, oyun epizodunda xəsarət alanların durumu haqda əlavə şərhə ehtiyac qalmır. Ancaq futbolçu məşq zamanı, adi vəziyyətdə, heç bir toxunuş olmadan ciddi zədə alırsa, deməli, bu haqda düşünmək lazımdı. Bu “yüklənmə” və fiziki hazırlıq baxımından da problemlərin olduğundan xəbər verir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar