13 avq 19:01olke

Paratski “Neftçi” azarkeşlərini fərqləndirdi

Paratski “Neftçi” azarkeşlərini fərqləndirdi
“Ozobiçlə dostluğumuz heç bir əhəmiyyət daşımayacaq"
“Neftçi” mövsümlərarası fasilə dönəmində heyətini iki xorvat oyunçu ilə gücləndirdi. Bunlar Slavko Braliç və Qoran Paratskidi. Sonuncu paytaxt təmsilçisinin rəsmi saytına müsahibə verib. Yarımmüdafiəçi yeni mövsümün startını səbirsizliklə gözlədiyini dilə gətirib, Xorvatiya millisinin dünya çempionatında uğuru ilə bağlı sualları cavablayıb.
- Sabah (bu gün) 2018/19 mövsümü start götürəcək. İlk oyun ərəfəsində hansı hissləri keçirirsən?
- Düzü, artıq çempionatın startını gözləyə bilmirəm. İstəyirəm, tez başlasın. Çox çalışmışıq. Nəhayət, premyer-liqanın ilk oyununa çıxıb, azarkeşlərimizi sevindirmək istəyirik.
- Hesab etmək olar ki, Avropa Liqasındakı uğursuzluq artıq unudulub?
- Təbii, Avroliqa ilə bu qədər tez vidalaşmağı planlaşdırmamışdıq. "Uypeşt” üzərində Bakıdakı qələbədən sonra düşünürdük ki, növbəti mərhələyə keçə bilərik. Deməzdim ki, arxayınlaşmışdıq. Sadəcə, Budapeştdəki gecə bizim gecəmiz deyildi. O oyunu unudub, bütün fikirlərimizi çempionata yönəltmişik. Premyer-liqada uğurlu çıxış üçün köklənmişik.
- "Neftçi”nin əsas hədəfləri nə olmalıdı?
- Hər oyunda meydanda can qoymaq, qələbə üçün vuruşmaq. Birinci yer uğrunda mübarizə aparmalıyıq. Heç bir proqnoz verməyəcəm, gəlin, məqsədlərimizə pillə-pillə çataq.
- İlk turda rəqib "Sumqayıt” olacaq. Bu komanda necə təsir bağışlayır?
- Rəqibin bəzi görüşlərinə baxmışıq. Kompakt oynayırlar. Səbrli olmalıyıq və öz oyunumuzu göstərməliyik.
- Doğma Xorvatiyadan tutmuş ekzotik Yeni Zelandiyaya qədər bir neçə klubda çıxış etmisən. "Neftçi”ni bu komandalardan fərqləndirən əsas amil hansıdı?
- Məncə, azarkeşlər. Onlar komandanı çox sevməklə yanaşı, klubun tarixinə hörmətlə yanaşırlar. "Neftçi” Azərbaycanın ən böyük klubudu. Bunu hər gün hiss edirəm.
- Ötən həftə "Qarabağ”ın Çempionlar Liqasındakı görüşünü stadiondan canlı izləyirdin. Rəqibin oyununa baxırdın, yoxsa həmvətənin Filip Ozobiçi dəstəkləyirdin?
- Filiplə dostuq, vaxtilə bir yerdə oynamışıq. Amma əsas məqsədim "Qarabağ”ın oyununu izləmək idi. Çünki "Qarabağ” çempionatda əsas rəqibimizdi. Fürsətdən istifadə edib rəqibin oyununu seyr etməyə getmişdim. Yeri gəlmişkən, biz "Qarabağ”la qarşılaşanda Ozobiçlə olan dostluğumuz 90 dəqiqə ərzində heç bir əhəmiyyət daşımayacaq.
- Xorvatiya futbolu üçün fantastik bir yay oldu. Milliniz dünya çempionatının finalına yüksəldi. Xorvatiyalı futbolçu olmaq, dünyanın ikinci futbol ölkəsini təmsil etmək sənin üçün nə deməkdi?
- Mən bu hissi sözlə ifadə edə bilmərəm. Fantastik hissdi. Xorvatiyada futbolu çox sevirlər. Əbəs yerə demirlər ki, Xorvatiyada 400 min məşqçi yaşayır. İstedadlı futbolçularımız da çoxdu.
- Dünya çempionatının finalçılarından kimləri şəxsən tanıyırsan?
- Bir neçə futbolçunu şəxsən tanıyıram, amma İvan Striniçlə daha yaxından tanışam. Onunla Xorvatiyanın U-19 yığmasında oynamışıq.
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar