Mütəxəssislər cavab görüşü ilə bağlı nikbindi » Football-plus.az
10 avq 13:18olke

Mütəxəssislər cavab görüşü ilə bağlı nikbindi

Mütəxəssislər cavab görüşü ilə bağlı nikbindi
Ağasəlim Mircavadov: “Temp yüksələn kimi BATE-nin oyunçuları səhvlərə yol verirlər”
Yunis Hüseynov: “Onlar cərimə meydançasında bir qədər “dişli” olsalar...”
Samir Abasov: “Səfərdə tam fərqli komanda görəcəyik”

“Qarabağ”ın Çempionlar Liqasının üçüncü mərhələsində BATE ilə qarşılaşacağı məlum olunca, çoxları “köhlən atlar”ın asanlıqla pley-offa adlayacağını düşünürdü. Ancaq srağagün “Tofiq Bəhramov”da baş tutan qarşılaşma bir daha göstərdi ki, Belarus təmsilçisini siyahıdan silənlər, rəqibə yuxarıdan aşağı baxanlar fikirlərində yanılıblar. Aleksey Baqanın komandası təmsilçimizi məyus edərək, Bakıdan qələbə ilə dönməyi bacardı. Düzdü, Qurban Qurbanovun yetirmələrini hələ cavab görüşü gözləyir. Necə deyərlər, hələ ki döyüş uduzulub, müharibə yox. “Köhlən atlar” toparlanıb Borisovda baş tutacaq oyunda sərfəli nətizə qazanmaqla bizi yenə sevindirə bilər. Ancaq ilk qarşılaşmada qeydə alınan nəticə həyəcan siqnalı olmalı və ağdamlılar birinci oyundan dərs çıxarmalıdı.
Bəs görəsən, mütəxəssislər ilk qarşılaşma haqda nə düşünürlər, cavab görüşü ərəfəsində ağdamlıların şanslarını necə dəyərləndirirlər?
Ağasəlim Mircavadovun fikrincə, Borisovda “köhlən atlar”ı çətin sınaq gözləyir: “Dünən (srağagün) iki fərqli hissəyə tamaşa etdik. İlk yarıda mənə elə gəlir, “Qarabağ” daha çox kəşfiyyat aparıb rəqibin zəif nöqtəsini tapmaq istəyirdi. Bu üzdən oyuna bir qədər ehtiyatlı başladılar. Yeri gəlmişkən, vurğulayım ki, belaruslar “Qarabağ”ı çox yaxşı təhlil etmişdilər, üstün və zəif cəhətlərini bilirdilər. Çox intizamlı komanda təsiri bağışlayan BATE ilk hissədə lazım olan qolu vurub fasilədən sonra hesabı qorumağa üstünlük verdi. Qurban Qurbanovun komandası da bundan istifadə edib irəli atıldı. Bizimkilər hücumların kəsərini artırınca, rəqibin müdafiəsində boşluqlar yaranırdı. Bu da onu göstərir ki, BATE-nin arxa xətti heç də keçilməz deyil. Məni ən çox təəccübləndirən qonaqların ilk hissədə “Qarabağ”a pressinq tətbiq etməsi oldu. Ola bilsin, bu da onların taktikasıdı. Birinci zonada fəal olduqlarından bizimkilər bir qədər özlərini itirmişdilər, müdafiədən hücuma keçməkdə çətinlik çəkirdilər. Ümid edirəm ki, ilk görüşdən sonra Qurban müəllim rəqibi daha yaxşı tanıdı və səfərdə uğur qazanmaq üçün yetirmələrinə lazımi tapşırıqları verəcək. Ancaq onu da bildirim ki, Borisovda keçiriləcək görüş “Qarabağ” üçün heç də asan olmayacaq. Ucaboy futbolçulardan qurulmuş BATE standart vəziyyətlərdən maksimum yararlanmağa çalışacaq. Bunun qarşısını almaq üçün isə cərimə meydançasının yaxınlığında qaydanı pozmamaq, künc zərbələri zamanı diqqətli olmaq lazımdı. Topla rəftarda “Qarabağ” onlardan çox üstündü. Bir qədər də sürətli oynasalar, istədiklərinə nail ola bilərlər. Bakıdakı qarşılaşma da göstərdi ki, temp yüksələn kimi BATE-nin oyunçuları səhvlərə yol verirlər. Və sonda ən vacib məqama toxunmaq istəyirəm. Təmsilçimizə erkən qol lazımdı. Belə olan təqdirdə rəqib də açıq oynamağa başlayacaq. Əks halda, müdafiəyə çəkilib ətdən çəpər quracaqlar ki, onu da yarmaq çox çətin görünür. BATE-də fiziki cəhətdən seçilən müdafiəçilərlə yanaşı, səviyyəli qolkiper də var”.
Yunis Hüseynov isə bunları dedi: “İlk görüşdə “Qarabağ” minimal hesabla yenilsə də, şanslar 50-nin 50-yədi. Fikrimcə, Qurban Qurbanovun komandası səfərdə Bakıdakı görüşün ikinci hissəsinin davamını gətirməlidi. Məhz belə olacağına da inanıram. BATE-nin müdafiəçiləri fiziki cəhətdən nə qədər hazırlıqlı olsalar da, uca boyları ilə seçilsələr də, topla rəftarları zəifdi. Qurban müəllimin sərəncamında isə texniki ustalıq səviyyəsi yüksək olan oyunçular var. Onlar cərimə meydançasında bir qədər “dişli” olsalar, rəqibi səhv etməyə məcbur edəcəklər. Bu nüansdan yararlanmaq mümkündü. Bir də cavab görüşündə ehtiyatı əldən vermək olmaz. BATE-nin əsas silahı əks-hücumlardı. İstər HİK, istərsə də “Qarabağ” ilə görüşdə bir daha bunun şahidi olduq. Yəqin ki, birinci oyundan sonra Qurban müəllim rəqib barədə ətraflı informasiya toplaya bildi və yetirmələrini lazımınca təlimatlandıracaq”.
“Sumqayıt”ın sabiq çalışdırıcısı Samir Abasov cavab görüşü ərəfəsində nikbin fikirlər səsləndirdi: “BATE-nin “Qarabağ”dan üstün olduğunu düşünmək səhv olardı. Sadəcə, bir səhv, əks-hücumda yaxalanmaq və istifadə edilməyən qol imkanları məğlubiyyətə gətirib çıxardı. Matçdan sonra Qurban Qurbanovun, futbolçuların açıqlamaları da göstərir ki, “Qarabağ” “sınmayıb”. Qarşıda 2-ci oyun var. Məğlub olmasına baxmayaraq, təmsilçimizin hələ də şansı qalır. Komanda niyə belə oynadı? “Qarabağ”ı qınamalı bir şey yoxdu, heyətdə xeyli yeni futbolçu var. Məşqçinin öz ideyası, oyun üslubu olur. “Qarabağ” illərdi bu cür oynayır. Bilirsiz ki, hər futbolçu Azərbaycana gəlmək istəmir. Yeni gələnlərin də “Qarabağ”ın oyun üslubuna uyğunlaşmaq üçün zamana ehtiyacı var. Bu görüş ərəfəsində “Qarabağ” BATE-ni o qədər də yaxından tanımırdı. Bakıdakı 90 dəqiqədə belə imkanı oldu. Düşünürəm ki, səfərdə tam fərqli komanda görəcəyik. Qurban Qurbanovun oyundan sonra dedikləri göstərir ki, o, özü də cavab matçına nikbin baxır. Bu isə bizi hardasa rahatlaşdırır. İnanırıq ki, “Qarabağ” BATE-ni keçə bilər. Amma bunu necə edəcəyini, inanın ki, mən deyə bilmərəm. Bilirəm ki, hazırda komandada çox çətin bir dönəmdi. Bunu da yeni futbolçularla əlaqələndirərdim”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar