10 avq 13:03olke

Elvin Yunuszadə karyerasını Avropada davam etdirə bilər

Elvin Yunuszadə karyerasını Avropada davam etdirə bilər
Klubsuz təcrübəlilər isə birinci divizionda oynamaq istəmir
Premyer-liqada klub sayının 12-dən 10-a, sonra isə 8-ə qədər enməsi bir çox futbolçuların işini çətinə salıb. Bu azmış kimi, birinci divizionda da limit tətbiq olundu ki, əsas heyətdə yalnız dörd təcrübəli futbolçunun xidmətindən yararlanmaq mümkündü. Belədə uzun illərdi premyer-liqada görməyə alışdığımız neçə-neçə futbolçu klubsuz, başqa cür desək, işsiz qalacaq.
Elita təmsilçiləri əsasən legionerlərə, millidə çıxış edən və namizəd göstərilən yerlilərə bel bağlayır. Ona görə də yaşı 30-u haqlamış təcrübəlilərin çoxu kənarda qalmaq məcburiyyətindədi. Birinci divizionda vəziyyət isə acınacaqlıdı. Əsasən əvəzedicilərdən ibarət olacaq liqada aylıq əməkhaqqı olduqca aşağıdı. Məsələn, vaxtilə onminlər, yüzminlər qazanan futbolçulardan hansısa birinin 500-800 manat qarşılığında top qovacağı inandırıcı deyil. Futbolsuz qalarlar, amma o pula görə canlarını meydanda qoymazlar.
Elə dünən əlaqə saxladığımız bir neçə klubsuz futbolçunun mövqeyi də buna bənzər oldu.
Aleksandr Şemonayev: “Düzünü desəm, fasilə dönəmində premyer-liqa təmsilçiləri ilə danışıq aparmadım. Mövsüm başa çatanda zədəliydim. Ola bilsin, baş məşqçilər bunu nəzərə alıb təklif göndərmədilər. Artıq bir aya yaxındı tam sağalmışam. Fərdi məşq edirəm, bəzən uşaqlarla futbol oynayırıq. Yəni heç bir problem yoxdu. Açığı, elita klublarından təklif olsa, oynamaq istəyərəm. Amma birinci divizionda çətin. Əvvəla, klublar gəncləşdirmə siyasətinə üstünlük verirlər. Digər tərəfdən, maaş çox azdı. Hətta “Zaqatala”dan təklif olsa belə, inanmıram ki, məni razı salacaq əməkhaqqı təklif olunsun. Bir az gözləyim, görüm nə olur. Klub tapa bilməsəm, futbolu atıb başqa işlə məşğul olacam”.
Elvin Yunuszadə: “Bakıdayam, hələ ki hansısa yenilik yoxdu. Düzdü, “Keşlə” söhbəti var idi, amma çox dərinə getmədik. Bilirəm, premyer-liqa təmsilçiləri iştirak ərizəsini PFL-ə təqdim edib. Amma mən karyeramı Avropada davam etdirmək istəyirəm. Hazırda bu yöndə danışıqlar gedir. Alınsa, inşallah, yaxın günlərdə xəbəriniz olacaq. Xeyr, Türkiyədən deyil, sırf Avropa ölkəsinin təmsilçisidi. Özüm də legioner həyatı yaşamaqda maraqlıyam”.
Elnur Abdullayev: “Hazırda evdəyəm, vaxtımı ailəmə ayırıram. “Sumqayıt”la birillik müqaviləm vardı. Yəni növbəti mövsümdə də komandanın sıralarında olmalıydım. Qışda “Sumqayıt”a qoşulanda zədəmi tam sağaltmamışdım. Düşünürdüm ki, mövsümün sonuna qədər oynayım, formamı yığım, növbəti çempionatda komandaya tam gücümlə kömək edərəm. Vaxtında həkimlər düzgün müalicə etməmişdilər deyə, zədəmi sağaltmağım müəyyən qədər vaxt apardı. Şükürlər olsun, indi hər şey qaydasındadı. Samir Abasov gedəndən sonra klub rəhbərliyi ilə görüşdüm. Yeni komanda formalaşdırmaq istədiklərini deyib, xidmətimə ehtiyac duymadıqlarını bildirdilər. Qərarlarına hörmətlə yanaşdım. Halbuki nə yeni baş məşqçi gəlmişdi, nə də məşqlərdə məni iş başında görən olmuşdu. Heç nə başa düşmədim, düzü... Yayda “Sabah”dan zəng vurub maraqlandılar. Sonra səs çıxmadı. Açığı, birinci divizionda oynamaq istəmirəm. Necə olacağını bilmirəm. Çünki qəti qərar verməmişəm”.
Davud Kərimi: “Açığı, premyer-liqadan elə bir təklif olmadı. Futbol oynamaq istəyirəm. Fərqi yoxdu, premyer-liqa olsun, ya da birinci divizion. Hazırda MOİK-in sıralarındayam. Görək necə olacaq”.
Vüqar Nadirov: “Hələ ki heç bir yenilik yoxdu. Oturub gözləyirəm. Elitadan təklif olsa, oynamaq istəyərəm. Amma birinci dizionda çətin. Həm maliyyə şərtlərinə görə, həm də perspektiv görmürəm”.
Ruslan Əmircanov: “Hələ ki klubsuzam. Amma karyeramı bitirmək fikrim yoxdu. Oynamaq həvəsim var, inşallah, oynayaram. Heç bir komanda ilə danışmamışam, çünki maraqlanan yoxdu. Baxıram, kənarda qalan tək mən deyiləm. O qədər uşaq komandasız qalıb ki. Hamısını bir yerə yığsan, elitada layiqincə mübarizə aparan komanda formalaşar. Allahın izni ilə hansısa qapı açılar. Əsas odu, içimdə oynamaq istəyi var. Fiziki hazırlığım da qaydasındadı. Hər gün fərdi məşq edirəm ki, hansısa komandaya qoşulsam, problem olmasın. Özümə güvənirəm. Sabah hansısa klubla müqavilə bağlasam, yenə əvvəlki Əmircanovu görəcəksiz. Özümə, gücümə güvənirəm. 33 yaşım var və bu vaxta qədər özümə şərait qurmağı bacarmışam. Bu dəqiqə məni pul yox, futbol oynamaq maraqlandırır. İstənilən komandada pulsuz oynamağa razıyam. Heç 1 manat da verməsinlər, təki məşq edim, oynayım. Təki o şansı versinlər mənə. Birinci divizionda oynamağı ayıb saymıram, futbolsuz qalmamaq üçün oynamaq olar. Yenidən forma yığasan, hansısa elita təmsilçisinin diqqətini çəkəsən və sair. 23-25, ya da 27 yaşın ola, başqa məsələ. Amma 33 yaşda yox də. Ona görə də diviziondan təklif olsa da, isti yanaşmaram”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar