Azərbaycan futbolundan tramplin kimi yararlananlar çoxdu » Football-plus.az
08 avq 22:13olke

Azərbaycan futbolundan tramplin kimi yararlananlar çoxdu

Azərbaycan futbolundan tramplin kimi yararlananlar çoxdu
Biri pul dalınca getdi, digəri ad-san dalınca, bir başqası da mühiti dəyişmək istədi...
“Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı, xüsusilə ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması bu komandaya, dolayı yolla Azərbaycan çempionatına marağı xeyli artırıb. Dünənə kimi ölkəmizə rahat pul qazanmaq mənbəyi kimi baxan əcnəbilər fikrini dəyişmək məcburiyyətindədi. Başa düşürlər ki, söhbət təkcə pulda deyil. Artıq Azərbaycanda bacarıqlı futbolçular, dəqiq desək, legionerlər top qovur. Son illər premyer-liqada top qovan neçə-neçə əcnəbi futbolçunun sərfəli maliyyə şərtləri müqabilində xarici klublara keçidinə şahidlik etməkdəyik. Uzaq keçmişə boylansaq, daha bir neçə adı qeyd etmək olar. Lakin 2018-də də belələrinin sayı az olmadı.
Dino Ndlovu
Azərbaycana gələnə qədər Cənubi Afrika, İsrail və Cənubi Kipr çempionatlarında top qovan solaxay forvard qolçuluq bacarığını top qovduğu ölkələrdə göstərmişdi. Lakin ulduzu “Qarabağ”a gələndən sonra parladı. Çempionat oyunlarında vurduğu qollar diqqəti çəkən olmasa da, ötən mövsüm Çempionlar Liqasında ortaya qoyduğu məhsuldarlıqla diqqətləri üzərinə çəkməyi bacardı. Hər halda, “Şerif”in və “Kopenhagen”in qapısına vurduğu qollar olduqca önəmli idi. Qrup mərhələsində rəqib qapıçıları məyus etməkdə çətinlik çəksə də, sərgilədiyi oyunla haqqında deyilən xoş sözləri bir az da möhkəmləndirdi. Yaxşı reklam qazandı. Və bunun nəticəsində qışda “Xançjou Qrintaun”un olduqca sərfəli təklifinə arxa çevirə bilmədi. Çin təmsilçisi Dinonu sıralarına qatmaq üçün “Qarabağ”a 750 min avro ödədi ki, bu, Azərbaycan futbolu tarixində rekord göstərici kimi yadda qaldı.
Riçard Almeyda
2012-dən “Qarabağ”ın formasını geyən yığma üzvü 6 il ərzində sabit çıxışla yadda qaldı. Düzdü, ölkəmizdə top qovduğu ilk dönəmlərdə daha parlaq çıxış edirdi. Sonradan çıxışında müəyyən enişin yaşanması belə, adından söz etdirməyə mane olmadı. Oyunu “oxumaq” bacarığı, liderlik keyfiyyətləri və ən əsası, solaxay olması – bu cür keyfiyyətləri istənilən rəqib komanda üçün başağrı sayılırdı. Rəqib komandaların baş məşqçiləri və futbolçuları dəfələrlə “20 nömrə” haqda xoş sözlər səsləndiriblər. Xüsusilə “Qarabağ”ın avrokubokların qrup mərhələsində oynaması Almeydaya diqqəti artırmışdı. Bir neçə dəfə xarici klubların maraq dairəsinə düşsə də, Qurban Qurbanovun sərəncamında qalmağı üstün tutmuşdu. Ancaq mövsüm başa çatandan sonra “Astana”dan aldığı təklifə arxa çevirə bilmədi. Həm maliyyə, həm də futbolçu karyerasındakı inkişaf baxımından. Futbolda özlərini bizdən üstün görən qazaxlara Azərbaycanda futbolun hansı səviyyədə olduğunu göstərdi. Yeganə üzücü məqam futbolçu kimi parladığı “Qarabağ”a keçidə görə pul qazandırmaması idi.
Pedro Enrike
Əslində bu futbolçu “Astana”ya PAOK-dan keçdi. Yəni Qazaxıstan mətbuatında hansısa xəbər dərc olunanda Yunanıstan təmsilçisinin adı yazılır. Maraqlıdı, qazaxlar onu harda görüb bəyəndilər? Təbii ki, Çempionlar Liqasında, “Qarabağ”ın heyətində. Sağ cinah yarımmüdafiəçisi kimi olduqca effektli görünən, rəqib müdafiəçilər üçün arzuolunmaz şəxsə çevrilən Enrike onsuz da PAOK-da qalmaq istəmirdi. Belədə “Qarabağ”ı diqqətdə saxlayan “Astana” rəsmilərinin istəyi və futbolçunu yaxından tanıyan Roman Qriqorçukun razılığı Pedronun karyerasını Qazaxıstanda davam etdirməsi ilə nəticələndi.
İbrahim Şehiç
O da adını “Qarabağ”ın tarixinə yazdıran futbolçulardandı. 2013-dən 2018-ə qədər “köhlən atlar”ın qapısını qoruyan qolkiper bu müddət ərzində bir çox oyunun qəhrəmanı olmağı bacardı. Düzdü, kobud səhvləri də az deyildi. Amma müqayisə edəndə faydalı iş əmsalı daha çox nəzərə çarpırdı. Müxtəlif vaxtlarda Şehiçə də təkliflər var idi. Lakin bu yaya qədər “Qarabağ”da qalmağı üstün tutdu. Və düz də etdi. Çünki yığmada əsas əlcək sahibinə çevrilməsində Azərbaycanda top qovmasının xüsusi rolu oldu. Vaxtilə yığmamızı çalışdıran Robert Prosineçki Bosniya və Hersoqovina millisində işləməyə başlayandan sonra “Qarabağ”dakı çıxışını yaxından izlədiyi Şehiçə güvəndi. Çempionlar Liqasında daim oyun təcrübəsinə sahib olması da xeyrinə işləyən amil oldu. Ad-sana önəm verən türklərin, dəqiq desək, “Ərzurumspor” rəsmilərinin İbrahimin CV-sindəki göstəriciləri nəzərə alması başadüşüləndi. İnsaf naminə qeyd edək ki, Şehiçin vaxtilə çıxış etdiyi Türkiyəyə qayıtmasının kökündə sırf pul yox, ab-havanı dəyişmək, daha çox azarkeşin önündə oynamaq istəyi dururdu.
Qabriel Matey
Bu ad-soyad azərbaycanlı futbolçuların yaddaşına həkk olunmaya bilər. Ötən ilin yayında “Zirə”nin uğurları üçün tər tökməyə başlayan cinah müdafiəçisi qısa müddətdə adından söz etdirməyi bacardı. Avroliqadakı çıxışı, üstəgəl, çempionatın əvvəlində sağ cinahda sərgilədiyi oyunla adından söz etdirən Mateyin qış fasiləsində “Qəbələ”, yaxud “Neftçi”yə keçəcəyi gözlənilsə də, o yenidən Avropaya qayıtmağı üstün tutdu. Həm də vaxtilə top qovduğu Polşa premyer-liqasına. “Termalika” ilə anlaşan rumıniyalı futbolçu həm də “Zirə”yə pul qazandırmış oldu. Deyilənə görə, polşalılar keçidə görə təmsilçimizə 30 min avro ödəmişdi.
Sezar Meza Kolli
Vaxtilə “İnter”lə “Zirə”nin şərəfini qoruyan paraqvaylı “10 nömrə”nin qışda “Keşlə”də peyda olması birmənalı qarşılanmamışdı. Xeyli müddət klubsuz qalan Sezarın yeni komandasına kömək edib-etməyəcəyi sual altındaydı. Texniki bacarığına görə fərqlənən yarımmüdafiəçi fevraldan maya qədər sərgilədiyi oyunla hər kəsi təəccübləndirdi. “Keşlə”ni çiyinlərində daşıyan Meza Kolli əsl qəhrəmana çevrildi. Və bunun məntiqi nəticəsi kimi yayda başqa komandaya keçəcəyi gözlənilirdi. Dəqiqləşdirsək, “Qəbələ” onun xidmətində maraqlıydı. Lakin tərəflərin maliyyə şərtlərində ortaq dil tapa bilməməsi, üstəgəl, “Keşlə”nin Sezarın maaşını artırması Avroliqada “qırmızılar”a kömək etməsi ilə sonuclandı. “Keşlə” “Baltsan” səddini keçə bilməsə də, “10 nömrə” hər iki görüşdə meydanda ən yaxşılardan idi. Xüsusilə Bakıdakı qarşılaşmada. Polşa, Macarıstan və Rumıniya klublarının diqqətdə saxladığı futbolçu sonda “Universitatya Krayova”nı seçdi. Bəli, məhz “Keşlə”də göstərdiyi oyuna görə Azərbaycanı Rumıniyaya dəyişdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar