08 avq 21:04olke

“Zirə” özünə stadion tapmalı olacaq

“Zirə” özünə stadion tapmalı olacaq
Kamran Vəliyev: “Mümkündü ki, komandalardan başqa stadionların xidmətindən yararlanmağı xahiş edək”
UEFA-nın o vaxtkı prezidenti Mişel Platini bilsəydi ki, “Dalğa Arena” bir neçə ildən sonra stadion yox, təcili tibbi yardım məntəqəsi statusunu daşıyacaq, sizi inandırım, özünə əziyyət verib Bakıya gəlməzdi. İllər əvvəl bəh-bəhlə istifadəyə verilən bu arena AFFA-nın sərəncamında olsa da, konkret hansısa kluba məxsus deyil. Yəni heç bir premyer-liqa təmsilçisi mövsümboyu ev oyunlarını orda keçirmir. Ehtiyat stadion kimi qalıb. Öz stadionundan qovulan, həyatda özünə yer tapa bilməyən, yolunu azan komandalar məhz “Dalğa”ya üz tutur. Daha hansı komandalar rəqiblərini burda qəbul etməyib ki?! Müxtəlif yaş qruplarından ibarət yığmalardan tutmuş, “Neftçi”yə, “Kəpəz”ə, MOİK-ə, “Keşlə”yə, “Səbail”ə kimi.
Növbəti mövsümdən bu adların sırasına daha ikisi əlavə olunacaq. Biri “Zirə” idisə, digəri “Sumqayıt”dı. Üstəgəl, ölkənin ən köklü klubu “Neftçi”. Yəni çempionatın ilk turlarında “Dalğa Arena”nın qazonu bu üç komandaya xidmət edəcək. Nəyi var çapacaqlar yazıq otu. Necə deyərlər, altda qalanın canı çıxsın.
Sonra da “Dalğa Arena” qazondakı işlərlə bağlı təmirə bağlanacaq. Büdcədən yüzminləri silib, qazonun yenilənməsinə sərf edildiyini deyəcəklər. Həmişə necə olub, bu dəfə də elə. Halbuki “Bakı”nın bazası var, Olimpiya stadionundan yararlanmaq olar. Ən pis halda, komandalardan hansısa biri, lap elə deyək, AFFA-nın bir başqa “övladı” “Keşlə” ev oyunlarını “Bayıl Arena”da keçirə bilərdi.
Məsələylə bağlı AFFA-nın infrastruktur üzrə direktoru Kamran Vəliyevin mövqeyini öyrəndik: “Bəli, “Dalğa Arena”da yüklənmənin olacağı sirr deyil. Qeyd etdiyiniz üç komandadan başqa, sentyabrın əvvəlində U-21 iki rəsmi görüşünü burda keçirəcək. Üstəgəl, əsas yığmanın təlim-məşq toplanışı. Ot örtüyü üçün olduqca ağır dönəm olacaq. PFL təqvimi açıqlayandan sonra qrafik tərtib edib, ota nəzarət edənlərə təqdim etmişik. Təqvimin qənaətbəxş olduğunu deyə bilərəm. Oyunların yeri və vaxtı elə müəyyənləşdirilib ki, hansısa problem nəzərə çarpmır. Yalnız 2-ci turda “Neftçi”ylə “Zirə”nin ev oyunları üst-üstə düşəcək ki, “Dalğa Arena” oyunlardan yalnız birini qəbul edə biləcək. İlk müraciət “Neftçi”dən gəldiyindən, “Zirə” başqa stadionun xidmətindən yararlanmalı olacaq. “Neftçi” yalnız avqustun sonuna qədər “Dalğa Arena”dan istifadə edəcək. “Zirə” ilə “Sumqayıt” isə oktyabra qədər. Oyunöncəsi məşqlərin sayını maksimum dərəcədə azaltmaq üçün klublarla razılığa gəlməyə çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı hadisələrin axarı göstərəcək. Onsuz da qazon yüklənəcək, bir tərəfdən də oyunöncəsi məşqlər... Hazırda istilərə baxmayaraq, otun vəziyyəti əladı. Hər şey planlaşdırdığımız kimi olsa, məlum dönəmi problemsiz yola verəcəyik. Əslində yaz və payız aylarında təbii örtüklü meydanlara istirahət verilir. Lakin sıxlığa görə “Dalğa Arena”ya fasilə verə bilməyəcəyik. Yenə deyirəm, qazonu qorumaq üçün maksimum güc sərf edəcəyik. Hansısa təhlükə görəcəyimiz təqdirdə dərhal müdaxilə edəcəyik. Mümkündü ki, komandalardan başqa stadionların xidmətindən yararlanmağı xahiş edək. Qeyd etdiyim kimi, ehtiyac yaranarsa”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar