“Siz bunlardan da keyfiyyətli oyunçular gözləyirsizsə...” » Football-plus.az
08 avq 18:48olke

“Siz bunlardan da keyfiyyətli oyunçular gözləyirsizsə...”

Aftandil Hacıyevi “Bayıl Arena”nın qazonu narahat edir
Aftandil Hacıyevi “Bayıl Arena”nın qazonu narahat edir
Daha sonra “Səbail”in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərə müsahibə verdi.
- Yoxlama oyunlarında nəticə önəmli olmasa da, yəqin ki, razı qaldığınız və narazı olduğunuz məqamlar var.
- Ümumiyyətlə, “Səbail” yeni komandadı, sadəcə, rəhbərlik dəyişməyib. Çox dəyişikliklər olub və bir yerdə bu qədər dəyişiklik olanda, qısa müddətdə keyfiyyət əldə etmək çətindi. Olsa da, bu, sabit ola bilməz. Problemlər oyundan-oyuna həll oluna bilər. Bu gün elə oyunçular var idi ki, komanda ilə ilk matçına çıxdı. Bizi üzən o oldu ki, daha iki oyunçumuz zədələndi. Vüqar Bəybalayevlə Fəhmin Muradbəyli yəqin ki, bir həftə oynamayacaqlar. Oyunda yaxşı cəhətlər oldu, görmək istədiklərimi müşahidə etdim. Amma görəcəyimiz işlər çoxdu. İlk üç turda avrokuboklarda oynayan komandalarla qarşılaşacağıq. Hazırda “Qəbələ” ilə ilk oyunumuz barədə düşünürük.
- Hücum planında komandada çatışmazlıq hiss olunur.
- Bilirsiz ki, müdafiəçilərimiz komandaya yeni qoşulublar. Bu üzdən daha çox arxa xəttə fikir verdik, yeni gələnlərə diqqət ayırdıq. Amma deməzdim ki, hücum planında zəifik. Ara-sıra yaxşı hücumlarımız oldu.
- Xüsusən Kevin Brandon “dişsiz” görünür.
- O, komandaya iki həftədi qoşulub. Yeni oyunçularımız 1-2 həftədi bizimlədilər. Bu dəqiqə onların hazırlığı pik səviyyədə deyil. Hər birinin potensialının açılacağına inanıram. Çünki onları izləmişik, düşünürəm ki, bizə fayda verəcəklər. Siz bunlardan da keyfiyyətli oyunçular gözləyirsizsə, elə futbolçuları komandaya cəlb etməyimizə maliyyə cəhətdən hazır deyilik. Hədəfimiz böyüdükcə, daha səviyyəli futbolçularla güclənə bilərik.
- Komanda çempionata neçə faiz hazırdı?
- Desəm ki, 70-80 faiz hazırıq, yalan olar. Oyunçular arasında qeyri-sabitlik var. Biri bir həftədi, biri iki gündü komandaya qoşulub. Ağabala Ramazanov Türkiyə toplanışı zamanı zədə aldı və bir həftəyə yaxın məşqsiz qaldı. Yəni komandada belə balanssızlıq var. Bu da əlbəttə ki, oyundan-oyuna düzələcək.
- Ruslan Qurbanovun oynamamasına səbəb nə idi?
- Ruslan yüngül ağrı hiss etdi və qorumağı düşündük. “Qəbələ” ilə birinci turun oyununa hazır olacaq. Bilirsiz ki, Ruslan bütün yoldaşlıq görüşlərində meydanda olmuşdu. Qeyd etdiyim kimi, bəzi futbolçularımız toplanış zamanı yükləniblər. Ona görə onlarda bir qədər yorğunluq hiss olunur.
- Ruslanın meydandakı mövqeyi çox müzakirə olunur. Siz onu hansı mövqedə görürsüz?
- Yoxlama görüşlərində onu mərkəz hücumçusu kimi oynatmışıq. Düzdü, həmin vaxt komandaya yeni oyunçular cəlb olunmamışdı. Çempionat ərzində Ruslandan həm mərkəz, həm də cinah hücumçusu kimi yararlana bilərik. Oyunların necə alınacağından, rəqiblərin kimliyindən çox şey asılı olacaq.
- Eltun Yaqublu nə zaman komandaya qoşulacaq?
- Bizi ən narahat edən məqam Eltunun uzun müddətə sıradan çıxmasıdı. Bu gün əməliyyat olunmaq üçün Almaniyaya yollanacaq. Ən azı 3-4 ay meydanlarda görünməyəcək. Türkiyədəki ilk yoxlama oyununda zədə aldı. Heç bir toxunuş olmadı, şanssız şəkildə zədələndi. Əzələlərində cırıq var, əməliyyat olunması vacibdi.
- Yaqublunun yoxluğunda komandanın kapitanı kim olacaq?
- Bizim kapitanımız Eltundu. O qayıdana qədər bu işi Rahid Əmirquliyev yerinə yetirəcək. Üçüncü kapitanımız isə Şəhriyar Rəhimovdu.
- Baxışda olan meksikalı Edqar Paçeço ilə bağlı yekun qərar vermisiz?
- Meksikalı futbolçu son olaraq, Cənubi Kiprin “Ermis” klubunda forma geyinib. Əlbəttə, hazırda pik formasında deyil. Onda bizi cəlb edən şeylər gördük və baxışa gəlməyə razılıq verdiyi üçün düşərgəyə dəvət etdik. Danışıqlardan çox şey asılı olacaq. Müəyyən büdcəmiz var, alınsa, razılığa gələ bilərik. Amma həmin mövqe üçün daha iki futbolçu ilə danışıq aparırıq. Hansını seçəcəyimizlə bağlı dəqiq qərar verməmişəm.
- Meksikalı futbolçu təxminən 3 həftə öncə “Doha” klubu ilə müqavilə imzalayıb, sonra isə ayrılıq qərarı verib. Bunun səbəbini ondan soruşmusuz?
- Mən də bu barədə mətbuatdan məlumat əldə etmişəm. Sadəcə, baxışa gəlməyə razı olduğu üçün komandaya dəvət etdik. Yaxın günlərdə bir qərar verəcəyik.
- “Bayıl Arena”nın örtüyü sünidi. Digər komandalar təbii örtüyə keçdilər. “Bayıl Arena”nın örtüyünün dəyişdirilməsi gündəmdə deyil?
- Bu dəqiqə bizi ən çox narahat edən məqamlardan biri də budu. Mövsüm ərzində çətinliklərimiz olacaq. Bunu necə həll edəcəyimizlə bağlı qərar verməmişik. Rəhbərlik sağ olsun, Olimpiya stadionunda məşq etmək üçün şərait yaradırlar. Amma həmin stadionda bir neçə komandamız məşq edir və qrafikdə sıxlıq yaranır. Ən azı “Qəbələ” ilə oyuna qədər Olimpiya stadionunun ehtiyat meydançasında məşq edəcəyik. Örtüyün dəyişdirilməsinə gəlincə, danışıqlar başlayıb. Ancaq hazırda digər klublarımızın stadionları təmir olunur. Yəqin ki, gələn mövsüm bizim stadionumuzun örtüyü dəyişdiriləcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar