“Keşlə” uduzdu, futbolçuları əlbəyaxa oldu » Football-plus.az
08 avq 18:28olke

“Keşlə” uduzdu, futbolçuları əlbəyaxa oldu

“Keşlə” uduzdu, futbolçuları əlbəyaxa oldu
Şənbə günü “Keşlə” ilə “Qəbələ” yoldaşlıq oyununda üz-üzə gəldi. Matç Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında reallaşdı. Öncə sırf qarşılaşma haqda informasiyaları diqqətinizə çatdıraq, sonra başqa məqamlara toxunarıq. Saat 18.00-da start götürən yoxlama matçını Ramil Diniyev idarə edirdi. Komandaların start heyəti ilə tanış olun:
Keşlə: Orxan Sadıqlı, Azər Salahlı, Denis Silva, Adrian Skarlatake, Sərtan Taşkın, İbrahima Sohna, Miloş Boşançiç, Slavik Alxasov, Andre Klennon, Vaqif Cavadov, Amil Yunanov.
Qəbələ: Dmitri Bezotosnı, Təmkin Xəlilzadə, Voislav Stankoviç, Ürfan Abbasov, İlqar Qurbanov, Qismət Alıyev, Sabien Lilay, Roman Hüseynov, Lalavele Atakora, Stiven Jozef-Monroz, Ceyms Adeniyi.
Baş məşqçilərin heyət seçimi ilə bağlı bəzi məqamlara toxunaq. “Keşlə”dən Kamran Ağayev və Fuad Bayramov zədəli olduğu üçün bu oyunda forma geymədi. Sonuncunun durumu ciddidi. Dünən Türkiyədə əməliyyat olunan Bayramov 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq. Başqa sözlə, onun üçün mövsümün ilk yarısı bitib. “Qəbələ”də isə Aqil Məmmədov zədəlidi. Cavid Hüseynov cəzalı olduğu üçün premyer-liqanın ilk 3 turunu buraxacağından baş məşqçi Sənan Qurbanov ona start heyətində yer verməmişdi. Sadəcə, Rauf Əliyevin də ehtiyatda qalmasını anlamaq çətin idi. Hansı ki, hücumçu ikinci yarıda meydana çıxdı və başla fərqləndi. Denis Silva isə avtoqolla yadda qaldı və matç “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Ümumiyyətlə, ötən mövsümün sonları ilə müqayisədə “Keşlə”nin oyunu xeyli zəifləyib. Komanda ardıcıl ötürmələr verməkdə, hətta müdafiədən çıxmaqda çətinlik çəkirdi. Yunanov hücumda effektli ola bilmədi. Sezar Meza Kollinin yeri aşkar hiss olunur. Milinkoviçin daha iki futbolçu transfer etmək istəyini anlamaq olar. Əks halda, paytaxt təmsilçisi üçün premyer-liqada mübarizə aparmaq çox çətin olacaq. Əslində “Qəbələ” haqda da xoş sözlər demək çətindi. Komanda qol vəziyyətləri yaratsa da, onlardan yararlanmaqda çətinlik çəkir. Anlaşma da istənilən səviyyədə deyil. Düzdü, güclü külək də komandaların tam istədiyini etməyə imkan vermirdi. Ancaq çatışmazlıqları təkcə hava şəraiti ilə bağlamaq doğru olmaz.
Yeri gəlmişkən, "Keşlə"nin heyətində iki yeni futbolçunun olduğunu da gördük. Belə ki, paytaxt təmsilçisi Ruslan Cəfərovla Samir Məsimovu baxışa dəvət edib. Baş məşqçi Mladen Milinkoviç futbolçularla bağlı yekun qərarı yaxın günlərdə verəcək. Qeyd edək ki, Cəfərovun son klubu MOİK olub. Məsimov isə sonuncu dəfə Rusiya "Fakel"nin heyətində top qovub.
Yoxlama matçının başa çatmasına az qalmış jurnalist həmkarlarımla birgə tribunadan enib, meydanın kənarına gəldik. Məqsədimiz baş məşqçilərlə söhbətləşmək idi. Final fiti səslənəndən sonra elə Milinkoviçlə müsahibəyə başlamaq istəyirdik ki, “Keşlə”nin ehtiyat oyunçular skamyasında ara qarışdı. Denis Silva ilə Murad Qayalı arasında əlbəyaxa davanın böyüməsinə komanda yoldaşları imkan vermədi. Əsəblərin sakitləşməsi bir müddət tələb etdi və Qayalı daha tez avtobusun yolunu tutdu. Denis isə hamıdan sonra ehtiyat oyunçular skamyasından ayrıldı. Həmin vaxt artıq Sənan Qurbanovun matçla bağlı fikirlərini öyrənirdik. Bu zaman “Keşlə”nin avtbosunun yanında yenidən hay-küy qalxdı. Sən demə, futbolçuların heç birinin hirsi soyumayıbmış və yenidən yumruq davasına çıxıblar. Qalmaqalın səbəbini öyrənməyə çalışdıq və əldə etdiyimiz bilgiyə görə, səbəb Silvanın komanda yoldaşlarına oyun epizodu ilə bağlı irad bildirməsi olub. Bu zaman Murad ona avtoqolu xatırladınca, braziliyalı gənc futbolçunu təhqir edib və tərəflər mübahisəni yumruqla həll etmək qərarına gəliblər.
Bu arada “Keşlə” - “Qəbələ” matçını izləməyə hər iki komandanın azarkeşləri də gəlmişdi. Onlar arasında “qırmızı-qaralar”ın fanatları üstünlük təşkil edirdi. Həmçinin “Səbail”in baş məşqçisi Aftandil Hacıyev, onun köməkçiləri Fərhad Vəliyev, Emin Ağayev, Yaşar Hüsyenov, “Sabah”ın köməkçi-məşqçisi Rövşən Babayev də matçı izləyənlər arasında idi. Yeri gəlmişkən, BOS-un yaxınlıqdakı digər meydançasında “Zirə” məşq edirdi. Yoxlama oyununun sonlarına yaxın qəsəbə təmsilçisinin məşqçi və futbolçu heyəti də “Keşlə” ilə “Qəbələ”nin duelinə şahidlik etdilər. Oyunu Jozef-Monrozun ailəsi də tribunadan izləyirdi. Futbolçunun oğlu kiçik ölçülü topu ilə xeyli oynasa da, axırda onu itirdi. Vaqifin atası Füzuli Cavadov bu dəfə də oğlunun oyununa baxmağa gəlmişdi. Onun epizodlara reaksiyası və Vaqif əvəzlənəndən sonra stadionu tərk etməsi gözümüzdən yayınmadı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar