07 avq 17:04olke

Nazim Süleymanova “vuran ayaq” lazımdı

Nazim Süleymanova “vuran ayaq” lazımdı
“Bir dəfə 0:7 uduzmaq daha yaxşıdı, nəinki yeddi dəfə 0:1”
İkihəftəlik Türkiyə toplanışını bitirib vətənə dönən “Sumqayıt” artıq üç gündü məşqləri bərpa edib. Dünən Mehdi Hüseynzadə adına şəhər stadionuna baş çəkməyə, “kimyaçılar”ın məşqini izləməyə qərar verdim. Bəribaşdan qeyd edim ki, hələ klubla rəsmi müqavilə bağlamayan Andrey Popoviç, Əfran İsmayılov və Arif Daşdəmirov meydana çıxanlar arasında yox idi. Mənə verilən məlumata görə, hər üç futbolçunun yüngül zədəsi olduğundan həkim nəzarəti altındadılar. “Kimyaçılar”ın düşərgəsinə, daha dəqiq desəm, məşqçilər korpusuna daha bir mütəxəssis dəvət olunub. Bu Osman Rəhimovdu. Xatırladaq ki, futbol ictimaiyyəti Osman bəyi daha çox AFFA-nın məşqçi kurslarından tanıyır. Saatyarımlıq hazırlıq prosesində futbolçular əsasən toplu çalışmalara üstünlük verdilər. Qapıya zərbələrdən sonra komanda iki hissəyə bölünərək “dır-dır” oynamaqla məşqi başa vurdu. Gördüklərimə əsasən onu deyə bilərəm ki, “ağ-göylər”in düşərgəsində əhval-ruhiyyə yüksəkdi. Rail Məlikovla Vurğun Hüseynov təcrübəli oyunçular kimi lazım gələndə gənc komanda yoldaşlarına göstərişlər verir, baş məşqçinin tapşırıqlarının düzgün yerinə yetirilməsini istəyirdilər.
Məşqdən sonra baş məşqçi Nazim Süleymanovla söhbətləşdim.
- Öncə Türkiyə toplanışı ilə bağlı fikirlərinizi bölüşərdiz. Qardaş ölkədə baş tutan hazırlıq prosesindən razı qaldız?
- Hazırlıq prosesləri arasında da fərq olur. Bir var Bakıda təlim-məşq toplanışında olasan, futbolçunu bir məşqlə evə buraxasan, bir də var ki, xaricdə hazırlıq keçəsən. Ölkə xaricində olanda hər gün, hər saat futbolçuyla ünsiyyətdəsən. Gündə iki məşq keçirsən, demək olar, 14 gün bir yerdə olursan və hər kəsi daha da yaxından tanıyırsan. Bu baxımdan xaricdəki toplanış çox gözəldi. Təlim-məşq toplanışımızı qənaətbəxş saymaq olar. Orda dörd yoxlama oyunu keçirdik. Desəm ki, nəticə istəmirdik, yalan danışmış olaram. Bu da vacibdi. Qələbə qazananda komandada qalib psixologiyası formalaşır, əhval-ruhiyyə yüksək olur. Hazırlığın bu mərhələsində məni ən çox maraqlandıran futbolçuların bir-birinə uyğunlaşmasıdı. Bu, çempionatın startı ərəfəsində vacib amillərdən biridi.
- Yoxlama oyunlarında nəticə ön planda olmur. Ancaq elə məğlubiyyətlər olur ki, ona göz yummaq, sadəcə, mümkün deyil. Məsələn, "Sumqayıt"ın "Alanyaspor"a 0:7 hesablı məğlubiyyəti. Həmin oyunda nə baş verdi ki, hesab belə oldu?
- Oyun qurtaran kimi futbolçularla paltardəyişmə otağında görüşdüm. Hamısı çox məyus idi. Onlara dedim ki, yoldaşlıq görüşü nə üçündü? Ona görədi ki, güclü rəqiblərlə oynayaraq səhvlərimizi görək, bunun üzərində çalışaq, növbəti qarşılaşmaya daha yaxşı hazırlaşaq. Bunu bir neçə dəfə demişəm, yenə təkrarlayacam: bir dəfə 0:7 uduzmaq daha yaxşıdı, nəinki yeddi dəfə 0:1. Yoxlama matçında belə uduzmaq faciə deyil. Əsas həmin məğlubiyyətdən nəticə çıxarmaqdı. Oyunun təhlili zamanı səhvlərimizi görməli, qarşıdakı günlərdə onları aradan qaldırmalıyıq ki, çempionatda bu nəticə təkrarlanmasın.
- Ancaq məndə olan məlumata görə, böyük hesabla uduzmağınıza baxışda olan futbolçunun öz mövqeyində zəif təsir bağışlaması səbəb olub. Məhz onun kobud səhvlərindən sonra rəqib 3 qol vurub.
- Görürəm çox məlumatlısan (gülür). Bəli, həmin oyunda yarımmüdafiənin sağında Türkiyədən olan futbolçunu sınayırdıq. O da istənilən səviyyədə çıxış etmədi və rəqib də “zəif bənd”i tapıb bundan yararlandı. Ancaq bütün günahı onun üzərinə atmaq da düzgün deyil. Məğlubiyyətin səbəbləri bir-birinə zəncirvari bağlıdı. İlk hissədə hesab 1:0 da ola bilərdi, 1:1 də, 2:1 də, 3:1 də. Ancaq 2:0 rəqibin xeyrinə bitdi. Elə səhvdən iki qol buraxdıq ki... Həmin qarşılaşmada 0:7 uduzsaq da, elə epizodlar vardı ki, futbolçular normal top saxlayaraq mövqelər üzrə yaxşı oynayırdılar. Sonrakı günlərdə səhvlərimiz üzərində çalışdıq. Belə məğlubiyyətdən sonra futbolçuların psixoloji durumunu yüksəltmək ən vacib amillərdən biridi. Biz bunu bacardıq və növbəti oyunlarda nəticəsini gördük.
- Ümumiyyətlə, yoxlama matçlarında komandanızın sərgilədiyi oyun ürəyinizcə oldu? Futbolçular onlardan nə tələb etdiyinizi başa düşürlər, yoxsa hələ çatışmazlıqlar var?
- Komandada ötənilki "Sumqayıt"dan çox az futbolçu qalıb. Əksəriyyəti yeni oyunçulardı. Deməli, yeni komanda qurmuşuq və onun istədiyim səviyyəyə çatması üçün zaman lazımdı. Ancaq zaman bizi gözləmir. Çalışırıq ki, futbolçuların bir-birinə uyğunlaşması, onların əhval-ruhiyyəsi, xətlərarası əlaqə qaydasında olsun. Keçən mövsüm "Sumqayıt" haqda necə xoş sözlər işlətmisizsə, çalışacağıq ki, bu il də eyni fikirdə olasız.
- Bu komandanın potensialı Avropa Liqasına vəsiqə qazanmağa imkan verir, yoxsa bir qədər də güclənməyə ehtiyac var?
- Məqsəd yoxdusa, mənə elə gəlir ki, işləməyə dəyməz. Məqsədə çatmaq üçün çalışmalı, işləməli, “artırmalıyıq”. Bir var bunu dildə deyəsən, bir də var ki, zamanla həyatda, oyunlarda göstərəsən. Hazırda hücumçu axtarışındayıq. Bizə “vuran ayaq” lazımdı.
- Bu gün məşqdə Rusiyanın birinci divizionunda çıxış etmiş hücumçu gördük. Açığı, pis təsir bağışlamadı.
- Sərdarla (soyadını xatırlamır) bağlı hələ yekun qərar verilməyib. Onun transferində müəyyən nüanslar var ki, həllini tapmalıdı. Ondan başqa iranlı forvardla da maraqlanırıq. Görək sonu necə olur. Yəqin ki, gələn həftənin ilk günlərində bütün suallara aydınlıq gələcək.
- Əksər elita klubları çempionatın startına kimi daha bir yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Ancaq “Sumqayıt” nədənsə bu yolla getmir. Komandanı gizlətməyə çalışırsız, yoxsa başqa səbəb var?
- Heç bir səbəb yoxdu. Komandanı da heç kimdən gizlətmirəm. Sadəcə, belə alındı. Yəqin ki, öz aramızda ikitərəfli oyunla kifayətlənəcəyik.
- Bu gün məşqdə nə Əfran İsmayılov, nə Andrey Popoviç, nə də Arif Daşdəmirov iştirak edirdi...
- Hər üçünün yüngül zədəsi var və bu üzdən tam gücləri ilə məşq edə bilmirlər. Onlara icazə vermişəm. Həkimin yanındadılar. Futbolçu meydanda var qüvvəsi ilə məşq etmirsə, həmin məşqin effekti də olmur. Ondansa, zədələrini sağaltsınlar. Onlar mənə çempionatda daha çox lazımdılar, nəinki bu gün məşqdə.
- Əfran istedadlı futbolçu olsa da, çox tənbəldi. Bu sizi narahat etmir? Onunla işləmək sizin üçün çətin olmayacaq?
- Hər bir insanın, o cümlədən futbolçunun özünəxas keyfiyyətləri olur. Ola bilsin, kimlərsə Əfran barədə belə fikirləşir. Ancaq “Sumqayıt”da bunu görməmişəm və məşqlərdə də səylə çalışır. O komandaya lazım olan oyunçudu.
- Püşkə əsasən ilk turda "Neftçi" ilə qarşılacaqsız. Bəlli səbəblərdən sizi prinsipial qarşılaşma gözləyir. Püşkatmadan sonra fikirləşdiz ki, kaş “ağ-qaralar”la ilk turda yox, bir qədər gec üz-üzə gələydik?
- Bu gün premyer-liqada 16 komanda yoxdu ki, deyim, onlarla iki-üç aydan sonra görüşsəydik, yaxşı olardı. Onsuz da bu oyun nə vaxtsa olmalıdı. Əksinə, məncə, indi daha münasibdi.
- "Sumqayıt" ən azı oktyabra qədər "Kapital Bank Arena"nın xdimətindən məhrumdu. Hansı stadionda oynayacaqsız?
- Bəli, bir müddət Sumqayıtda oynamayacağıq. Çünki orda təmir işləri gedir və stadion hazır deyil. Bu, göz önündədi. Yəqin ki, bizə sərf edən bir variant fikirləşib tapacağıq. Hansı arenanın xidmətindən yararlanacağımızı dəqiq bilməsəm də, onu deyə bilərəm ki, həmin stadionun ot örtüyü təbii olacaq.
- "Sumqayıt"ın əsas gücü ev oyunlarında güclü azarkeş dəstəyinə malik olmasıdı. "Kapital Bank Arena"dan bir müddət kənarda oynamaq komandanın çıxışına təsir göstərə bilərmi?
- Bəlkə də təsir göstərdi. Ancaq azarkeşlər bizi başqa stadionda da dəstəkləyə bilər. Gəlmək istəsələr, böyük ehtimalla, rəhbərlik bu yöndə onlara şərait yaradacaq. Biz də istəyərik ki, azarkeşlərimiz yanımızda olsun.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar