03 avq 15:49olke

Azərbaycan kuboku ilə bağlı acınacaqlı mənzərə

Azərbaycan kuboku ilə bağlı acınacaqlı mənzərə
1/16 finalın olmadığı mövsüm uzaq 1992-ci ilə təsadüf edib
Əksər futbol ölkələrində kubok yarışı kütləviliyə xidmət edir. Yəni mübarizədə hətta həvəskar komandaların iştirakına da icazə verilir ki, bu da bayram effekti verir. Xüsusilə “böyük beşlik”də hətta aşağı liqa komandaların finala qədər irəliləməsi isə başqa söhbətin mövzusudu. Onların həvəskarları da işə peşəkar yanaşır…
Hardan hara…
PFL iki gün əvvəl növbəti mövsümün təqvimini açıqladı. Məlum oldu ki, Azərbaycan kubokunun 2018/19 mövsümündə 1/16 final mərhələsinin oyunları olmayacaq. Belə ki, oyun cədvəlində kubok yarışları 1/8 finaldan başlayır. Bu da o anlama gəlir ki, yarışa maksimum 16 klub qatılacaq. O da tapılsa. Premyer-liqanın 8 iştirakçısına divizionun bəzi komandaları qoşulacaq. Ancaq aşağı dəstədə 4, yoxsa 6 klubun mübarizə aparacağı hələ dəqiqləşməyib. Hətta bu rəqəm maksimum olsa belə, 16-lıq düzəlmir. 8 əvəzedici komandanın kuboka qatılması isə böyük ehtimalla, reallaşmayacaq. Hərçənd başqa ölkələrdə bu ənənə var. Elə bizim futbol tariximizdə də ikinci komandaların kubokda iştirakına təsadüf olunub. “Neftçi-2”, “Xəzər Lənkəran-2”, “Qarabağ-2” kimi nümunələr kifayət qədərdi. Kuboka qatılanların sayını yalnız Region Liqası ilə artırmaq olardı ki, həvəskar tipli komandaların belə yarışda mübarizəsi də qeyri-ciddi təsir bağışlayardı. Hərçənd futbol tariximizdə həvəskarların da kuboka qatıldığı vaxtlar olub. Buna birinci liqanın olmadığı vaxtlarda şahidlik etmişik.
Çox güman, 1/8 finalda premyer-liqanın iddialıları iştirak etməyəcək. Deyək ki, ötən mövsümün yarımfinalçıları (reytinq premyer-liqadakı sıralamaya görə də aparıla bilər) ilk mərhələdən azad olunacaq və mübarizəyə 1/4-dən qoşulacaqlar. Belədə ilk mərhələdə bir oyunla müəyyənləşəcək 8 komandadan 4-ü 1/4 finalda onlara qoşulacaq. İstənilən halda, kubok daha çox premyer-liqa komandalarının yarışına bənzəyəcək.
Onu da qeyd edək ki, 1/16 final mərhələsinin keçirilməməsi, kubokun 1/8 finaldan başlaması turnir üçün qeyri-adilik olsa da, ilk deyil. Məsələ ondadı ki, Azərbaycan kuboku tarixində 1/16 finalın olmadığı mövsüm olub. Bu, uzaq 1992-ci ilə təsadüf edib. Lakin güclülər dəstəsində 26, birinci liqada 12 komandanın mübarizəyə başladığı vaxtda kuboka cəmi 12 klubun buraxılması təqvimlə bağlı idi. Qısa zaman kəsiyində təşkil edilib, keçirilən turnirə hər istəyən buraxılmamışdı. Halbuki tarixdə 1/32 finalın da olduğu 5 mövsüm olub. Həmin illərdə iştirakçı sayı 32-dən çox olub.
Əslində 26 ildən sonra 1/16-ə ehtiyac duyulmamasını qanunauyğun qarşılamaq lazımdı. Çünki proses tədricən buna doğru gedirdi. Son 4 mövsümdə hər il 2-3 matçdan ibarət 1/16 finalın varlığı ilə yoxluğu ilə onsuz da bilinmirdi. Divizion təmsilçilərinin azalması ilə formal mərhələ sıradan çıxmış oldu.
Bir ermənilərdi, bir də biz
Yazının əvvəlində futbol ölkələrini nümunə gətirdik. Əslində MDB-də belə bizim formatdan, demək olar, yoxdu. Daha doğrusu, bir dənədi, o da Ermənistan. Mənfur qonşularımızda da kubok 1/8-dən başlayır. Bu mərhələdə yarışan 8 komandaya 1/4 finalda daha dördü qoşulur və beləcə iştirakçı sayı 12-yə çatdırılır. “İkinci cəbhə”si olmayan Tacikistan, Türkmənistan və Qırğızıstanı nəzərə almasaq, elə ermənilərin günündəyik.
Maraq üçün MBD ölkələrində kubok yarışlarının formatını diqqətinizə çatdırırıq.
Rusiya: 5 mərhələdə keçirilir və 50-dən çox komanda iştirak edir
Moldova: 4 mərhələdə keçirilir və 50-yə yaxın komanda yarışır
Litva: 3 mərhələdə keçirilir və 50-yə yaxın komanda qatılır
Ukrayna: 3 mərhələdə keçirilir və 40-dan çox komanda yarışır
Latviya: 3 mərhələdə keçirilir və 40-dan çox komanda yarışır
Qazaxıstan: 2 mərhələdə keçirilir və 28 komanda iştirak edir
Gürcüstan: 3 mərhələdə keçirilir və 60-dan çox komanda qatılır
Estoniya: 1/64-dən başlayır və 59 komandanın iştirakı ilə keçirilir
Belarus: 1/16-dən başlayır və 32 komandanın iştirakı ilə keçirilir
Özbəkistan: 1/16-dən başlayır və 28 komandanın iştirakı ilə keçirilir
Ermənistan: 1/8-dən başlayır və 12 komandanın iştirakı ilə keçirilir
Azərbaycan: 1/8-dən başlayır
Tacikistan: kubok yarışı keçirilmir
Türkmənistan: kubok yarışı keçirilmir
Qırğızıstan: kubok yarışı keçirilmir
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar