03 avq 15:20olke

Qələbə gecəsindən rəngarəng mənzərələr

Qələbə gecəsindən rəngarəng mənzərələr
“Qarabağ" iki həftə sonra azarkeşləriylə görüşə gəlmişdi. "Kukesi"ni keçmək üçün azarkeş dəstəyinə də ehtiyac var idi. Tofiq Bəhramov adına Respublika stadionunda və arenanın ətrafında yaşananları diqqətinizə çatdırmağı özümüzə borc bildik.
“Qarabağ”lıların “Gənclik Mall”a hücumu
“Xeyli vaxtdı bura gəlib-gedirəm. Ancaq heç vaxt belə tünlüklə qarşılaşmamışam. Girişdəki mühafizəçilər də elə bil cinayətkar axtarırlar. Hamını cox ciddi yoxlayırlar”. İki uşaqla “Gənclik Mall”a daxil olmaq istəyən, ancaq növbə gözləməli olan xanım yanındakı başqa xanıma şikayətlənincə, onlar kimi ticarət mərkəzinə daxil olmaq üçün növbə gözləyən gənclərdən biri “bu gün “Qarabağ” oynayır, ona görə də oyuna gələnlərin bir çoxu matçın başlamasına qədər vaxtını burda keçirməyə qərar verib. Bu səbəbdən belə basırıq yaranıb” söylədi. Əynində “Qarabağ”ın forması olan gəncin sözlərindən sonra şikayətçi xanım “Şükür Allaha, dedim bəlkə şəhərdə yenə nəsə olub və belə ciddi yoxlama da buna görədi. Sən demə, futbol var imiş” deyib, ardınca “kimlə oynayır “Qarabağ” sualını verincə “köhlən azarkeşlər”in azarkeşi olan gənc oyunla bağlı ətraflı məlumat verməyi lazım bildi. Ticarət mərkəzinin daxilinə gəlincə, qapıda eşitdiklərim gördüklərimin yanında toya getməliydi. Doğrudan da dünən “Qarabağ” – “Kukesi” görüşündən öncə “Gənclik Moll” da fəaliyyət göstərən kafelər ağdamlı fanatlar tərəfindən “işğal olunmuşdu”. Demək olar ki, bütün masaların arxasında əyləşənlərin ya əlində “köhlən atlar”ın hansısa atributu, ya da əynində klubun forması var idi.
Müştərini ovsunlayıb, istədiynə nail olan işbazlar
Ticarət mərkəzindən çıxıb stadionun yolunu tutanda saat artıq 19.30-u göstərirdi. “Tofiq Bəhramov”un kassalarının qarşısında yenə izdiham yaşanırdı. Dünən, srağagün bilet ala bilməyənlər son anda bilet almaq üçün cərgəyə düzülüb, xoşbəxt anı gözləyirdilər. Çempionlar Liqasının oyunu ola, işbazlar bundan yararlanmaya?! Növbəyə durmağaı özünə sığışdırmayanlar və yaxud daha yaxşı yer arzusunda olanlar bilet alverçiləri üçün “göydəndüşmədi” desək, yanılmarıq. Bu işlə məşğul olanlar sanki “hərifləri” tanıyırlar ki, bunun üçün də xüsusi istedad tələb olunur. Bir qədər kənarda dayanıb onların şikarlarını necə ovladığını müşahidə etməyi lazım bildim. Təxmini mənzərə belə idi: bir tərəfə çəklib sakitcə stadionun qarşısına gələnləri müşahidə edirlər. Və qəfil iri addımlarla (elə bil komanda əks-hücuma keçir) irəli atılır, müştəri gözündə gördüyü şəxsi “ovsunlamağa” başlayır. Onların arasında yaşanan söhbəti eşitmək mənə maraqlı gəldiyindən bir qədər də onlara yaxınlaşmağı lazım bildim: “Bilet istəyirsənsə, hər cür qiymətə təşkil edə bilərəm. Ancaq hiss edirəm ki, sən daha yaxşı, rahat sektor istəyirsən. 4-cü sektor necədi (adam qarşısındakına danışmağa imkan vermir)? 10 manat ver, oyundan ləzzət al. Bütün meydan ovcunun içində olacaq. Neçə dənə lazımdı?” Bəlkə də kassaya yaxınlaşıb bilet almaq istəyən ortayaşlı azarkeş bu monoloqdan sonra heç nə demədən, bazarlıq etmədən “üç dənə” deyib, 30 manatı alverçiyə uzatdı və sevinə-sevinə biletləri götürüb uzaqlaşdı.
Sənan-şou
Artıq hamı – azarkeşlər, futbol ictimaiyyəti, asayişi təmin edən polislər və daxili qoşunların əsgərləri həmkarımız Sənan Şəfizadəni “Qarabağ”ın avrokubok oyunlarında görməyə adət edib. Sənan bəy bu dəfə də öz ampluasında idi. Hakimin start fitinə təxminən 40 dəqiqə qalmış Şəfizadə mikrofonu əlinə götürüb, qaçış zolağında dövrə vura-vura azarkeşləri ruhlandırmağa başladı. Azarkeşlərin reaksiyası özünü çox gözlətmədi. Xüsusilə “İmarət”in üzvləri daha fəal idi. Həmişəki kimi 2-ci sektorda yerini tutan “İmarət”çilər müxtəlif şüarlar səsləndirir, “Qarabağ”ın lehinə təzarühatlar söyləyirdilər. Fanklub üzvləri üzərində Milli Qəhrəman Allahverdi Bağırovun şəkli olan böyük plakat açmağı da unutmamışdılar.
Saralmış meydan, ikidəqiqəlik məcburi pauza
Havaların kəskin isti keçməsi ölkənin ən böyük ikinci arenasının otuna da təsir göstərib. Ümumilikdə “Tofiq Bəhramov”un ot örtüyü normal olsa da, müəyyən hissələr, xüsusilə də tablodan sağ tərəf saralmışdı. Bəlkə də bu üzdən isinmə hərəkəti zamanı “Kukesi”nin futbolçuları həmən zonadan uzaq durmağa çalışırdılar.
Yeri gəlmişkən, komandalar meydana tez çıxdıqlarından təxminən 2 dəqiqəyə yaxın mərkəzdə gözləməli oldular. Həmin zaman kəsiyində hər iki komandanın oyunçuları topu bir-birinə ötürməklə məşğul oldu.
Xanımları çaşdıran zərbə
10-cu dəqiqədə Miçelin təxminən 18 metrdən güclü zərbəsi dirəyi yalayıb keçsə də, “Lady of Qarabağ”ın üzvləri biranlıq “qol” qışqırıb sevinməyə başaladılar. Bir-birini qucaqlayan kim, yerində atdanıb-düşən kim. Ancaq sevincləri çox çəkmədi. Birdən ayıldılar ki, onlardan başqa qol sevincini qeyd edən yoxdu. Yaxın yerlərdə əyləşənlər isə onlara baxıb gülüncə, xanımlar bir qədər pərt oldular. Ancaq özlərini “sındırmadılar”, aralarından biri isə diribaş tərpənib, “indi qol olmadı, tezliklə olar” deyə pərtliyi aradan qaldırmağa çalışdı. Həmin xanımın sözləri çox keçmədən təsdiqini tapdı...
Qolkiperin üstünə şığıyan kapitan
“Kukesi”nin qolkiperi Stivi Fraşeri İnnosent Emeqara ilə mübarizədə ikincini yıxıb penaltiyə səbəb olunca, albanların kapitanı Yulli Şameti “çərçivə qoruyucusu”nun üzərinə şığıyıb lazımsız yerə fol etdiyinə görə ona iradını bildirdi. Bununla sakitləşməyən kapitan yumruqlarını sıxaraq sanki Fraşerini vuracaqmış kimi hərəkət edib, üzünü döndərərək qapıçı meydanından uzaqlaşdı. Qolkiperin axmaq səhvi qonaqların ehtiyat oyunçular skamyasında əyləşənləri çox əsəbləşdirdi. Xüsusilə baş məşqçi Armandu Kunqu yerində elə hoppandı ki, sanki hündürlüyə tullanmaq üzrə yarışda rekord qırmaq istəyir. Ürəyi soyumayan mütəxəssis öz dillərində hamının eşidə biləcəyi tərzdə yüksək səslə qapıçının, yəqin ki, “yaxınlarını” yada saldı. Ancaq ikinci yarıda Fraşeri Emeqaranın penalti zərbəsini zərərsizləşdirməklə həm günahını yumuş oldu, həm də “Qarabağ”ın forvardına adını tabloya yazdırmasğa imkan vermədi.
Fasilədə kəsilən tort
Fasilədə jurnalsitlərin qidalanması üçün ayrılan məkanda media əhlini sürpriz gözləyirdi. Belə ki, myscore.com saytının əməkdaşı Ayaz Qurbanov doğum günü münasibəti ilə həmkarları üçün tort hazırlatmışdı. Tortun üstünə isə “Qarabağ”ın loqosu ilə yanaşı, “6 il səninlə” sözləri yazılmışdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar