03 avq 15:16olke

Tahir Gözəl: "Komandada möhtəşəm enerji gördüm"

Tahir Gözəl: "Komandada möhtəşəm enerji gördüm"
"Qarabağ"ın oyununu izləmək üçün Bakıya gələn klubun vitse-prezidenti Tahir Gözəlin sevinci hər halından bəlli idi. Paltardəyişmə otağında futbolçuları təbrik edən Tahir bəy ardından jurnalistlərin əhatəsinə düşdü. Klub rəhbəri əvvəlcə oyunla bağlı ümumi fikirlərini bildirdi.
- Bu oyun tam başqa idi. Çoxdan Çempionlar Liqasında belə bir oyuna həsrət idim. Biz "Qarabağ”dan belə oyun və həyəcan gözləyirdik. Bu o demək deyil ki, pik nöqtəyə çatmışıq. Gərək çox inkişaf edək. Komandaya çox gözəl oyunçular gəlib. Emeqara yenə komandaya qoşulub. İnanıram ki, Delarj və Emeqara oyundan-oyuna daha da uyğunlaşacaqlar. Oyundan çox razı qaldım. Möhtəşəm oyun oldu. Başqa ölkə başçısı olmaqla, Azərbaycan xalqını təbrik edirəm. Biz bu stadiondan qürurla çıxdıq.
- Növbəti rəqib Belarus BATE-sidi. "Qarabağ”ı yenidən Çempionlar Liqasının qurupunda görə biləcəyikmi?
- Belaruslular çox sərt oynayırlar, intizamlıdılar. Bugünkü "Qarabağ” məni çox ümidləndirib. Sloveniyadakı "Qarabağ”dan fərqli komanda izlədik. Əminəm ki, siz də mənimlə razısız. Komandada möhtəşəm enerji gördüm. Bu bizə əlavə motivasiya verdi. Bu motivasiya bizə lazım idi. Bir qolu da vura bilmədik. Hesab edirəm ki, birinci oyunun evdə olması əlavə motivasiyadı. Bu yaxşı haldı. Mən komandaya inanıram. Delarjı növbəti oyunlarda daha da fəal görmək istəyirəm. Biz növbəti oyunlara hazırıq.
- Yeni transferləri Çempionlar Liqasının qurupuna düşmək üçün yetərli sayırsızmı?
- Bəli. Mən hesab edirəm ki, bugünkü vəziyyətdə normaldı. Qurban Qurbanovun siyasəti düzgündü. O futbolçuları çətin seçir. Həmişə "Qarabağ”a uyğun oyunçuları komandaya cəlb edir, bu işə məsuliyyətlə yanaşır. Bugünkü oyunu sərgiləyə bilsək, çox irəli gedəcəyik.
- Azərbaycan səfəriniz sırf "Qarabağ”ın oyunu ilə bağlı idi?
- Bəli. Ancaq buna görə gəlmişəm. Bir az Bakıda qalacağam. Sonra geri dönəcəyəm.
- "Qarabağ”ı Almeydasız görmək çətindi?
- Büdcəsi böyük olan klubların 4-5 əsas futbolçusu olur. Amma bizim imkanlarımız məhduddu. Riçard kimi futbolçuları Azərbaycana gətirmək çətindi. Klubun büdcəsi buna icazə vermir. Bir futbolçu gedəndə klub özünə gəlməyə çalışır. Təzə oyunçunun komandaya uyğunlaşmağa vaxtı az olur. Təzə gələn "Qarabağ”ın sistemini bilmir, çünki bu futbolçularla oynamayıb. Ona görə də çətin olur. Hesab edirəm ki, bir oyunçuya bağlanmaq da düzgün deyil. Hər hansı oyunçu deyirsə ki, bu məbləği verməsəz, mən gedəcəm, "Qarabağ” onunla vidalaşmalıdı. Digər futbolçular da görməlidi ki, komandamız bir futbolçudan asılı deyil. Mən yaxşı əhval-ruhiyyə ilə burdan ayrılıram. İnanıram ki, Belarus komandasına qarşı da yaxşı çıxış edəcəyik.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar