03 avq 15:14olke

“Qarabağ” yekəxana albanları cəzalandırdı

“Qarabağ” yekəxana albanları cəzalandırdı
İndi növbə BATE-nindi
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
Qarabağ – Kukesi (Albaniya) 3:0 (1:0)
13. Vaqner da Silva
77. Vild-Donald Gerye
14. Rəşad Sadıqov (k)
(52. Yakub Jezniçak, 77)
55. Bədavi Hüseynov
5. Maksim Medvedev
2. Qara Qarayev
6. Simeon Slavçev
17. Abdullah Zubir
8. Miçel
10. Dani Kintana
(28. Con Delarj, 60)
7. İnnosent Emeqara
(11. Mahir Mədətov, 66)
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
19. Filip Ozobiç
25. Ansi Aqolli
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov


77. Stivi Fraşeri
4. Yili Şameti (k)
6. Albi Alla
7. Arber Çirbya
(99. Dino Şpehar, 46)
9. Sebino Plaku
(90. Rejinaldo, 46)
15. Harallamb Qaqi
20. Simon Rumbullaku
23. Besar Musolli
(10. Donyet Şkodra, 84)
24. Edis Maliki
26. Vilyam Kordeyro
33. İrakli Dzariya
Ehtiyat oyunçular
1. Yetmir Başa
5. Rüstəm Hoxna
8. Vangel Zquro
28. Haris Harba
Baş məşqçi: Armando Kunqu
Qollar: D.Kintana, 24-p. (1:0). D.Kintana, 57-p. (2:0). C.Delarj, 89 (3:0).
İ.Emeqara 53-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: S.Slavçev, 15. Y.Şameti, 18. E.Maliki, 56 - sarı. A.Alla, 52 – qırmızı.
Hakimlər: PETER KRALOVİÇ, Miroslav Benko, Erik Vayss, Patrik Hrtska (hamısı Slovakiya).
Hakim-inspektor: Paulius Maljinskas (Litva).
UEFA nümayəndəsi: Antonio Talarisio (İtaliya).
1 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 25030 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
İlk oyun – 0:0.

16 (5) qapıya (“çərçivə”yə) zərbə 0
9 korner 1
2 ofsayd 2
1 vərəqə (qırmızı) 2 (1)
11 qayda pozuntusu 10
Bu rəqiblər arasında Albaniyada keçirilən görüşdə qalib müyyənləşməmişdi. Daha doğrusu, “Kukesi” tam müdafiənin qeydinə qalmaqla evdə qolsuz heç-heçəyə nail olmuşdu. Bu dəfə Qurbanovun yetirmələri doğma azarkeşləri önündə qələbə qazanmaq əzmində idi. “Köhlən atlar” qalib gəlməklə həm də Avroliqanın pley-offuna vəsiqəni özü üçün rəsmiləşdirəcəkdi. Ancaq ağdamlılar ÇL-də bacardığı qədər irəli getmək haqda düşünür. Ötənilki uğuru təkrarlanması əla olar. Niyə də yox?! 3-cü təsnifat mərhələsinə yüksəlmək üçün “Kukesi” səddi dəf edilməliydi. Albaniya təmsilçisinin sıradan çıxarılması “Qarabağ”ın ardıcıl 5-ci dəfə ÇL-in 2-ci təsnifat mərhələsini uğurla adlaması anlamına gələcəkdi. Kunqunun komandasının Bakıda da evdəki kimi müdafiəyə qapanacağı şübhə doğurmurdu. “Qarabağ” isə necə olur-olsun, ilk oyunda keçə bilmədiyi səddi bu dəfə yarmalıydı.
Qurbanov ötən oyunla müqayisədə üç dəyişikliyə əl atmışdı. Məqsəd aydın idi: hücumun kəsəri artırılmalıydı. Ansi, Mahir və Filip bu dəfə ehtiyatda idi. Əvəzində Zubir, Kintana və Emeqara start “11-liy”ində yer almışdı. Qeyd edək ki, Abdullah ilə Dani zədəli olduğu üçün “Kukesi” ilə Albaniyadakı oyunu buraxmışdı. İnnosent isə yeni transfer olduğundan meydana çıxmamışdı. Təbii, Qurbanovun güvəndiyi heyət hələ matçdan öncə “Qarabağ”ın hədəfə çatacağı ilə bağlı inamı xeyli artırmışdı. Hadisələri qabaqlayaraq bildirək ki, təcrübəli mütəxəssis seçimində yanılmadı.
Oyun gözlənilən ssenari ilə başladı. İlk dəqiqələrdən “Qarabağ” rəqibin qapısına “yükləndi”. Qonaqlar yenə də hamılıqla müdafiənin qeydinə qalmaqla məşğul idi. Artıq 3-cü dəqiqədə Zubir cərimə meydançasına daxil olub, zərbə endirdi. Lakin onun vuruşunda dəqiqlik çatmadı. Çox keçmədən Abdullah yenidən diqqət mərkəzinə düşdü. O, pressinq hesabına topu rəqibdən “oğurladı” və Miçelə ötürmə etdi. İspan yarımmüdafiəçinin cərimə meydançasının həndəvərindən endirdiyi zərbədən sonra “mərmi” cüzi fərqlə hədəfdən yan keçdi. Bundan sonra qayda pozuntuları fonunda matçda temp bir qədər aşağı düşdü. Elə ardıcıl sarı vərəqələr də məhz bu ərəfədə qeydə alındı. Hər halda, meydan sahibləri həmlələrini davam etdirirdi. 19-cu dəqiqədə Dani cərimə zərbəsindən topu qapı önünə havlandırdı, Miçelin başla vuruşundan sonra isə dirək qonaqları qoldan xilas etdi.
Nəhayət, 23-cü dəqiqədə azərbaycanlı futbolsevərlərin arzuladığı qol vuruldu. Emeqara topa qapıçıdan öncə çatdı və rəqibin “çərçivə qorucusu” hücumçunun ayağından əllə dartdı ki, hakim haqlı olaraq penalti təyin etdi. Bu mənada İnnosentin start heyətində mübarizə aparmasının faydası dəydi. “Nöqtə”yə Kintana yaxınlaşdı və effektli zərbəylə “Kukesi”nin qapısına yol tapdı. Hesab açılandan sonra albanların irəli atılacağı gözlənilən idi. Belə də oldu. Lakin tezliklə matç əvvəlki axarına qayıtdı... Yarımsaatın tamamında Emeqara bir qədər erkən zərbə endirsəydi, hesab arasındakı fərq arta bilərdi. 40-cı dəqiqədə isə Gerye diqqət mərkəzinə düşdü. Cinah oyunçusu cərimə meydançası daxilində əla imkan yaxalasa da, vuruşu qeydi-dəqiq alındı.
Kunqu ikinci yarının başlanğıcında iki dəyişikliyə əl atdı. Bununla da alban mütəxəssis hesabın onu qane etmədiyini göstərdi. Lakin həmin əvəzetmələrdən sonra da meydanda aşkar üstünlük “Qarabağ”ın tərəfindəydi. 54-cü dəqiqədə slovakiyalı referi ikinci dəfə “Kukesi”ni penalti ilə cəzalandırdı. Emeqara topu qapıçının baş üzərindən aşırdı, özünü yetirən Albi isə qola imkan vermədi. Ancaq o komandasına ikiqat zərbə vurdu. Belə ki, topu “kürə”ni əllə uzaqlaşdırdığı üçün hakim Allaya qırmızı vərəqə göstərdi və 11 metrlik cərimə zərbəsi təyin etdi. Bu dəfə Emeqara özü topa yaxınlaşdı. Ancaq qapıçı zərərçəkənin fərqlənməsinə imkan vermədi. Hər halda, rəqibin azlıqda qalması “köhlən atlar”ın bir qədər də rahat əl-qol açmasına şərait yaratdı. Epizodların birində Kintana dublunu rəsmiləşdirməyə yaxın oldu. Onun olduqca təhlükəli zərbəsindən sonra top az fərqlə qapının üstündən keçdi. Ancaq Kintananın ikinci dəfə qol sevinci yaşamaq arzusu özünü çox gözlətmədi. 57-ci dəqiqədə yenə də Emeqara səhnəyə çıxdı. Hakim bu dəfə Malikinin ona qarşı kobud oyununa görə penalti təyin etdi. Qurbanovun göstərişi ilə İnnosent “nöqtə”yə yaxınlaşmaqdan vaz keçdi və Dani təxminən ilk qoldakı zərbənin eynisini təkrarlamaqla fərqi 2 topa çatdırdı.
Matçın taleyinin, demək olar, həll olunduğunu görən Qurbanov bəzi dəyişikliklərə əl atdı. Əvvəlcə zədədən dönən Kintananın yerinə Delarj meydana çıxdı. Bununla da Con “Qarabağ”ın formasında debüt etdi. Ardınca isə Emeqara yerini Mahirə verdi. Qalan dəqiqələrdə də “köhlən atlar” xeyli qol vəziyyəti yaratdı. Albaniya təmsilçisi isə sanki taleyi ilə barışmışdı. 70-ci dəqiqədə Delarj əla ötürməylə Mahirə fərqlənmək imkanı yaratdı. Sonuncu isə Fraşeri səddini keçə bilmədi. Az sonra Mədətov yenidən diqqət mərkəzinə düşdü. Lakin yenə də qapıçı onun sevinməsinə mane oldu. Hələ bu harasıdı?! 77-ci dəqiqədə Mahir yüzfaizlik imkanı qaçırdı. Belə ki, o rəqib müdafiəçisini keçib Fraşeri ilə üz-üzə qaldı. Lakin topu qapıçının yanından tora göndərmək istəyi qeyri-dəqiqlik üzündən gerçəkləşmədi. Bu vəziyyətlərin əldən çıxması Mahirin qol duyumunu itirməsi kimi ciddi problemdən xəbər verir. Daha doğrusu, Qurbanovun yığmasının cəmi bir ay sonra bu hücumçuya möhtac olacağını düşünəndə adamın əti ürpəşir...
Bununla belə, “Kukesi” darmadağından qaça bilmədi. Son dəqiqələrdə Miçelin ötürməsini Delarj dəqiq zərbəylə tamamladı. Qapıçının topu qaytarmaq cəhdi faydasız oldu. Həmin epziodda Zubirin də cinah keçidi və qapıya paralel ötürməsi qeyd edilməlidi. Delarj debüt oyununda fərqlənməklə azarkeşlərin ürəyinə yol tapmış oldu. Beləcə “Qarabağ” “Kukesi”dən ilk oyundan qalan acığını da artıqlamasıyla çıxdı. Albaniya təmsilçisi Bakıda meydan sahiblərinin qapısına bircə zərbə belə endirmədən getdi. Ardıcıl 5-ci dəfə bu mərhələni dəf edən “köhlən atlar”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki rəqibi isə BATE-di. İlk oyun avqustun 7-8-də, cavab görüşü isə 14-15-də keçiriləcək.
FARİZ

Reaksiyalar
Rəşad Sadıqov: "Səfər və ev oyunları arasındakı fərq hər iki komandanın çıxışında özünü büruzə verir. Bu oyunda da belə oldu, keçmişdə də olub, gələcəkdə də davam edəcək. Evdə çıxış etməyin üstünlüyü odu ki, doğma azarkeşlər önündəsən. Bu məqam istər-istəməz psixoloji cəhətdən müəyyən üstünlük verir. Oyuna gəlincə, fikrimcə, pis alınmadı. Çoxsaylı hücumlar qurduq, xeyli kombinasiya yaratdıq. Düşündüyümüz və planlaşdırdıqlarımızdan hamısı olmasa da, bir çoxu alındı. Bu da sevindirici amillərdəndi. Ümumilikdə çıxışımızı normal qiymətləndirirəm. Denəzdim ki, biz daha rahat idik. Açığı, üzərimizdə böyük basqı var idi. Hərdən elə oyun olur ki, onu udmağa özünü borclu hiss edirsən. Matçdan öncə də futbol ictimaiyyətinə və özümüzə bu amil çox mane olurdu. Ən çox narahat edən məqam o idi ki, uduzmaq kreditimiz yox idi. Ona görə də üzərimizdə basqı var idi. Çox sevinirik ki, bu gün səhvə yol vermədən lazımi nəticəni əldə etdik. Açığı, Emeqara bugünkü oyunu ilə məni yaxşı mənada təəccübləndirdi. Çünki aprelin əvvəllərində zədələndiyindən, son oyununu 4 ay əvvəl keçirmişdi. Qurban Qurbanov ona inanıb güvəndi. Emeqara da özünü yaxşı tərəfdən göstərdi və etimadı doğrultdu. Baxmayaraq ki, cəmi 6 gün topla məşq etmişdi. Hesab edirəm ki, belə çıxış etsə, əlavə hücumçu axtarışına ehtiyac olmayacaq. Bu gün Mahirin oyunu da çox yaxşı alındı. Çox yaxşı açılırdı. Ondan istənilən o idi ki, hücumda irəli açılmağı bacarsın. Bunları edə bildi. Əlverişli epizodlarda düşüncəsi də pis deyildi. Zərbələri uzaq küncə vurmaq istəyirdi. Lakin texnikasında yanlışlıq oldu. Bunlar da zamanla düzələn şeylərdi. Bəli, əvəzlənməyimi özüm istədim. Bir az yorğunluq və ayağımda ağrı hiss etdim. Ona görə də riskə yol vermək istəmədim.
BATE təcrübəli komandadı. Son illər avrokuboklarda uğurla çıxış edirlər. Düşünürəm ki, gərgin şəraitdə keçən iki oyun izləyəcəyik. Ehtiyatlı, diqqətli olmalıyıq. Evdə buraxdığın qol və ya məğlubiyyət istər-istəməz şansları çətinləşdirir. Amma qalib ikioyunluq mübarizənin yekununda bilinəcək".
İnnosent Emeqara: "Keyfiyyətimi ortaya qoymağa çalışırdım. Bunu hamı gördü. Komanda üçün çalışırdım. İstəyirdim ki, qələbə qazanaq və bunun üçün əlimdən gələni etdim. Baş məşqçinin tapşırığı belə idi ki, bir yerdə oynayaq, topu qazananda da, itirəndə də. Rəqib müdafiəçilər üçün çox çətin oldu. Onlar mənim qarşımı kəsmək üçün bir yol axtarırdılar. İşləri ağır oldu. Bu oyunun asan olacağını düşünmürdük. Bu matçı asan edən biz olduq. Növbəti rəqib daha çətin olacaq. Daha keyfiyyətli oyunçuları var. Bir həftədi komandaya qoşulmuşuq. Müəyyən qədər vaxtımız var ki, daha yaxşı uyğunlaşaq. Qurban Qurbanovun ikinci penaltini vurmağıma icazə verməməsinə gəlincə, baş məşqçinin yerində mən də olsaydım, eyni qərarı verərdim. Onun qərarını hörmətlə qarşılayıram.
4 il əvvəl ailəmlə bağlı məsələyə görə "Qarabağ"dan ayrılmışdım. Həmin qərar mənim üçün də çətin olub. Ailə hər şeydən əvvəl gəlir. Ayrılmağın səbəbi bu olub. İndiki "Qarabağ”la 4 il əvvəlki komandanı müqayisə etmək üçün bir az vaxt lazımdı. Həmin dönəmdə də güclü heyətimiz var idi. İndiki komandamız daha yaxşıdı. Hər mövqedə iki-üç futbolçu oynayır. Məşqçi heyətini və futbolçuları yaxşı tanıyırdım. Təklif gələndə bir müddət düşündük və ailəmlə birgə qərar verdim. "Qarabağ” Azərbaycanda ən yaxşı komandadı. İnanıram ki, Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsində yenə də çıxış edəcəyik. Bura tam qəlbimlə gəlmişəm".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar