01 avq 18:23olke

“Yasamal”ın oxşarı olan debütantlar

“Yasamal”ın oxşarı olan debütantlar
Növbəti mövsüm futzal üzrə yüksək liqada azı iki debütant çıxış edəcək. Belə ki, artıq 6 komandanın çempionatda iştirakı dəqiqləşib və onlardan ikisi yenidi. Hər ikisi Lənkəranı təmsil edəcək. Söhbət “Xəzər Cənub” və “Liman” komandalarından gedir. Yeri gəlmişkən, federasiyadan bizə yeni komandaları nişan verərkən onlardan birinin “Xan Lənkəran” olduğu deyilmişdi. Ancaq komanda rəsmiləriylə əlaqə saxladqda adlarının “Xəzər Cənub” olduğunu dəqiqləşdirdik. Təbii ki, futzala yeni iştirakçıların cəlb olunması yaxşı haldı. Ancaq... İşin “əmma”sı odu ki, yenilər legionerlərə, konkret iranlılara üstünlük verir. Həm də “Yasamal” kimi, qonşu ölkədən kütləvi şəkildə oyunçu gətiriblər. Hərəsində 6-7 iranlı var. Yenə kimlərsə öz maraqlarını, mənfəətlərini işə salaraq, kim bilir, hərbi xidmətdən yayınan legionerləri Azərbaycana daşımaqla, bizdən alət kimi istifadə edir. Özü də bu, Futzal Federasiyasının islahat adıyla braziliyalılardan imtina etdiyi dövrə təsadüf edir. Federasiya prezidenti qəzetimizə verdiyi müsahibədə “Araz”dakı islahatı yerli gənclərə meydan vermək niyyətiylə və U-19-un üzvlərinin inkişafına şərait yaratmaqla, yığmanı DÇ-2020-yə hazırlamaqla əlaqələndirmişdi. Belə çıxır ki, bu dəyişikliklər təkcə Naxçıvan təmsilçisinə aiddi?
İndi isə gələk “Xəzər Cənub”la “Liman”dakı komanda quruculuğuna.
İlkin Mirzəyev, “Xəzər Cənub”un inzibatçısı: “İyulun 20-dən Bakıxanov qəsəbəsində yerləşən “Aura” İdman Kompleksində toplanışa başlamışıq. Yeni, bu il yaranan komandayıq. Bizim “Xan Lənkəran”a aidiyyatımız yoxdu. Komandanın adı “Xəzər Cənub”du. Debütant olsaq da, birinciliyin qalibi olmağa çalışacağıq, iddiamız böyükdü. Yaxşı heyət yığmışıq. Baş məşqçimiz İranın məşhur mütəxəssislərindən olan Bəhram Novindi. 13 il futzal oynayıb, bir dəfə İran çempionatının ən məhsuldar oyunçusu olub. İranın “Uqad” və “Dəbiqə”, həmçinin Gürcüstanın “Kolkin” komandasını çalışdırıb, sonuncularla çempion olub. Açığı, hələlik legioner seçimi ilə məşğul idik. 5-6 güclü iranlı ilə razılığa gəlmişik. Hamısı öz çempionatlarında oynamış futzalçılardı. Yerli uşaqlarımız da olacaq. Avqustun 6-dan yerlilərin seçiminə start verəcəyik”.
Firuz Əkbərov, “Liman”ın inzibatçısı: “Hazırda qeydiyyat prosesi ilə məşğuluq. Yeni gələn futzalçılar var, onların sənədləşməsini həyata keçiririk. Yerli uşaqlar da var. 5 oyunçumuz Lənkəran futbolunun yetirməsidi. Aralarında böyük futbol oynayanlar da var, minidə iştirak edən də. “Liman” üç ildi fəaliyyət göstərir, əvvəl həvəskarların yarışlarında çıxış etmişik. Baş məşqçimiz Təbrizdəndi – Səccad Kerman. Heyətdə legionerlər də var. İrandan 7 futzalçı gətirmişik. Əslində hardasa 10 nəfər baxışdan keçir, amma çox güman, yeddisini saxlayacağıq. İddialı komanda olacağıq. Artıq məşqlərə başlamışıq. Dünən aşağı liqa komandalarından “Zəngilan”la yoxlama görüşü keçirdik, 10:2 hesabıyla qalib gəldik. Hazırda “Dinamo”da məskunlaşmışıq, məşqlərimizi orda keçirik”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar