01 avq 16:22olke

“Neftçi” “Keşlə”yə “2 verdi”

“Neftçi” “Keşlə”yə “2 verdi”
Milinkoviç: “Qarabağ" favoritdi, ancaq bu onları arxayınlaşdırmamalıdı”
Ötən şənbə 28-də “Neftçi” ilə “Keşlə” yoxlama oyununda üz-üzə gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsiylə nəticələnib. Roberto Bordin start heyətində bu futbolçulara şans verib: Səlahət Ağayev, Qoran Paratski, Emin Mahmudov, Baqali Dabo, 10. Dario Federiko, Kvame Karikari, Tural Axundov, Kiril Petrov, Ömər Buludov, Slavko Braliç, Soni Mustivar. İlk yarıda hesab açılmayıb, 67-ci dəqiqədə isə Darionun ötürməsindən sonra Mahmudov fərqlənib. Cəmi 2 dəqiqə sonra Mirabdulla Abbasov da “Keşlə”nin qapısına yol tapıb.
Yoxlama matçından sonra hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavablayıb.
Roberto Bordin: "Uypeşt"ə ağır məğlubiyyət artıq keçmişdə qaldı. Hesab edirəm ki, indiki vaxt haqda düşünməliyik və bunu da edirik. Ona görə də “Keşlə” ilə matç haqda danışmağımız daha düzgün olardı. Çünki Macarıstandakı 0:4 haqda yetərincə danışmışıq. Bugünkü qarşılaşma bizim üçün yaxşı sınaq oldu. Çox yaxşı komandayla qarşılaşmada özümünü müsbət planda göstərməyimiz vacib idi. Yaxşı oyun göstərdik və prinsipcə, komandamdan razı qaldım. Bəli, hələ üzərində işləməli olduğumuz şeylər də var. Əlbəttə, Ruslan Abışovun yoxluğu bizi narahat edir. Artıq bu haqda artıq düşünməyə başlamışıq. Fikirləşirik ki, bu istiqamətdə necə hərəkət edək. Kiril Petrov və Slavko Braliçlə yanaşı, sərəncamımzda Elvin Sərkərov da var. Prinsipcə, bu gənc müdafiəçiyə də ümid edə bilərik. Təbii, aparıcı futbolçumuzu itirdik. Ruslan kapitan olmaqla yanaşı, mövqeyində rəqabəti artırırdı, komandada müsbət ab-hava yaradırdı. O, yaxşı müdafiəçidi. Düşünürük ki, düşdüyümüz vəziyyətə uyğun necə hərəkət edək… İlk oyunları "Bakcell Arena"da oynamamağımıza gəlincə, heç şübhəsiz, öz meydanında, “doğma divarlar” arasında oynamaq həmişə vacibdi. Ancaq yaranan vəziyyətə öyrəşməli və futbolçularımıza onu ötürməliyik ki, qalib mentallığı, oyuna düzgün yanaşmanı göstərmək lazımdı. Bu, evdə və ya səfərdə oynamağımızdan asılı olmamalıdı. Ən əsası, komanda ortaya düzgün mentallıq qoymalıdı. Sadəcə, özünü yaxşı tərəfdən göstərmək və düzgün futbol oynamaq lazımdı. Çempionatda əvvəl-axır istənilən komandayla qarşılaşacağıq. Bu, yetərincə normaldı. Əlbəttə, nəzərə almaq lazımdı ki, ikinci və üçüncü turda "Qəbələ" və "Qarabağ"la qarşılaşacağıq. Hamısı vacib oyunlardı, eləcə də ilk tur. "Sumqayıt"ın da yaxşı rəqib olduğunu demək olar. Ən vacibi odu ki, çempionata yaxşı start götürərək rəqibdən asılı olmayaraq uğur qazanaq”.
Mladen Milinkoviç: "Keşlə"dəki ilk oyunum idi. Təəssüratlarım pozitivdi. Bu yoxlama matçı da bizə yaxşı informasiya verdi. Gördük ki, hansı futbolçu nə bacarığa malikdi. Bu qarşılaşmada bəzi mövqelər üzrə bir neçə variantı yoxladıq. Gələcəkdə komandadakı mənzərə daha yaxşı görünəcək. Bizim üçün bu matçın yoldaşlıq görüşü olması fərq etmirdi. Hər oyunda qalib gəlmək istəyirik. Nəticə bizim üçün həmişə önəmlidi. İndi mənim üçün daha aydın mənzərə yaranıb, nəinki ilk məşqdən sonra. Bu oyundan sonra oturub Sezar Meza Kolli ilə bağlı danışacağıq. O, bizim üçün çox vacib futbolçudu. Sezar getsə, əlbəttə, yeni vatiant axtaracağıq. Alınsa, komandamıza onun səviyyəsində, həmin oyun üslubunda futbolçu gətirəcəyik. Həmçinin bir neçə futbolçu gördük ki, onlara ciddi bel bağlaya bilərik. Hesab edirəm ki, çox səviyyəli oyunçulardı. Bəzi mövqelərimizdə problemlər var ki, ora oyunçular axtaracağıq. "Kukesi" ilə "Keşlə"ni müqayisə etmək çətindi. "Kukesi" hər il Albaniyada çempionluq uğrunda mübarizə aparır. Hazırda həm bu komandanın, həm də "Keşlə"nin müəyyən səviyyəsi var. Ancaq çempionatları müqayisə edə bilmərəm. Çünki Azərbaycan premyer-liqasında hələ işə başlamadığımdan bir şey deməyim çətindi. "Neftçi", "Qarabağ", "Qəbələ"ni avrokuboklarda görmüşəm. Gözləyirəm ki, ölkənizdə qoyulan investisiyalara, yaradılan şəraitə görə yaxşı futbola şahid olacam. “Keşlə” ölkə kubokunu qazandığından klubda ambisiyalar böyükdü. Komanda bir dəfə avrokuboklara vəsiqə qazananda, çalışır ki, hər il buna nail olsun, bu uğur mütəmadi olsun. Buna görə vəzifəmiz minimum Avroliqaya çıxmaqdı. Yaxın gələcəkdə qarşımızda duran vəzifə isə əsas heyəti müəyyənləşdirməkdi ki, rəqabətədavamlı kollektiv formalaşdıraq və “Keşlə”nin öz oyun üslubu olsun, hamı buna görə komandanı tanısın. Yuri Maksimov? Məndən əvvəlki baş məşqçinin necə ayrılması haqda məlumatım yoxdu. Mənə, sadəcə, "Keşlə"nin təklifi maraqlı idi. Mənə maraqlı olan qısa müddətdə döyüşkən komanda yaratmaqdı ki, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilsin… "Kukesi", yoxsa "Qarabağ"? Bu komandalar ilk oyunda qolsuz heç-heçə edib. "Qarabağ" favoritdi, Avropada təcrübəsi böyük olduğundan üstünlüyə malikdi. Ancaq bu onları arxayınlaşdırmamalıdı. "Kukesi"nin də yaxşı şansı var. "Qarabağ"ın üstünlüyü evdə oynamasıdı. "Kukesi"də yeni futbolçular çoxdu və onlar özünü yaxşı tərəfdən göstərə bilər”.
Sonda onu da qeyd edək ki, “Neftçi” növbəti sınaq görüşünü əvəzedicilərinə qarşı keçirəcək. Həmin oyun avqustun 4-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq və saat 18.00-da start götürəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:23 Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib Bu gün, 14:22 Ömər Paşayev Samir Abasovun ittihamına cavab vermədi Bu gün, 14:20 “Qəbələ” Sənan Qurbanovla yola davam edəcək Bu gün, 14:19 Almeyda “Astana”da qol hesabını açdı Bu gün, 14:17 "Qarabağ" 4 milyon qazandı Bu gün, 14:14 Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz” Bu gün, 14:12 “Qarabağ” “Qəbələ”ni acınacaqlı vəziyyətə saldı Bu gün, 13:58 Namiq “Qəbələ”ni siyahıdan silməyin tez olduğunu düşünür Bu gün, 13:56 “Dalğa Arena”da striptiz-şou və söyüş dalğası Bu gün, 13:51 Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi Bu gün, 13:47 Sərtanın durumu qənaətbəxşdi Bu gün, 13:45 Deviçin seriyası Bayılda qırıldı Bu gün, 13:32 “Füzuli”də yetərsay olmadı, matç baş tutmadı Bu gün, 13:31 Kaka Azərbaycan üçün darıxıbmış Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:21 “Sumqayıt” yenə geridönüş etdi Dünən, 20:13 Elbrus İsmayılov çarəsizdi… Dünən, 20:10 “Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər Dünən, 20:08 Mahir Mədətov atmacalarına davam edir Dünən, 14:20 Pulun ola, gedib, gəzib, qayıdasan Dünən, 14:12 Təcrübə və səviyyə fərqi... Dünən, 14:10 Qara Qarayev “Qarabağ”a badalaq vurdu Dünən, 14:09 Portəgizlər məmnun, ağdamlılar məyusdu 21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Bütün xəbərlər
Ən çox oxunanlar