01 avq 16:09olke

Daxili bazarın beş səs-küylü transferi

Daxili bazarın beş səs-küylü transferi
Son illər premyer-liqa klublarının büdcəsinin azalması istər-istəməz transfer bazarına da təsirini göstərir. Artıq elita təmsilçiləri arasında milyonları sağa-sola səpələyən “Xəzər Lənkəran”, futbolçuya dəyərindən dəfələrlə artıq pul təklif edən “Bakı” yoxdu. Heç ölkənin imkanlı klublarından sayılan “Qəbələ”də də vəziyyət 3-5 il əvvəlki kimi deyil. “Qırmızı-qaralar”ın da titulsuz mövsümləri sıralandıqca, rəhbərlik kursu dəyişməyə, daha çox öz akademiyasının yetirmələrinə və yerli oyunçulara güvənməyə qərar verdi. Hazırda maliyyə cəhətdən iki klub – “Qarabağ” və “Neftçi” rəqiblərindən bir addım öndədilər. Ağdam təmsilçisi hər il avrokuboklarda cızdığı uğurlu qrafikin sayəsində UEFA-dan aldığı vəsait hesabına Qafqazın ən imkanlı klubu kimi ad çıxarıb. Heç şübhəsiz, bu işdə “Azərsun Holdinq”in də danılmaz əməyi var. “Ağ-qaralar” isə SOCAR kimi sponsorun hesabına “guruldayır”.
Yuxarıda qeyd etdiyimiz kimi, futbola yatırılan sərmayənin azalması, elita təmsilçilərinin büdcəsinin aşağı salınması onların transfer siyasətlərinə yenidən baxmasını şərtləndirib. Bu səbəbdəndi ki, “Qarabağ”ın heyətinə qatdığı bir-iki legioneri çıxmaq şərti ilə, əsas transferlər daxili bazarda reallaşdı. Bu yazıda mövsümlərarası fasilədə daxili bazarda indiyə qədər gerçəkləşən və diqqəti çəkən 5 transferi dəyərləndirəcəyik.
1. Baqali Dabo
Şou-bisnes dili ilə desək, şou-paradımızın ilk pilləsində ötən mövsüm vurduğu 13 qolla premyer-liqanın bombardiri olmuş Baqali Dabo gəlir. Fransız forvardın “Qəbələ”də hansı çəkiyə malik olduğunu avrokuboklarda bir daha gördük. “Qırmızı-qaralar”ın “Proqres”lə hər iki oyununda “vuran ayaq” problemi ilə üzləşməsi azarkeşləri “qara mirvari”ni bir daha xatırlamağa məcbur etdi. Elə Dabo da qolçu bacarığına sahib olduğunu, hər an rəqib qapısı önündə təhlükə yarada bildiyini “Neftçi”nin “Uypeşt”lə ev oyununda ortaya qoydu. “Uypeşt”ə vurulan 3 qoldan ikisinin müəllifi olan hücumçu komandasının mərhələ keçməsinə yardımçı olmasa da, premyer-liqada “ağ-qaralar”a çox fayda verəcəyini ilk oyundaca isbat etdi. Hətta əksər agentlər belə Baqalini paytaxt təmsilçisinin bu yay üçün ən uğurlu transferi adlandırır. “Neftçi” “Qəbələ”nin “qara mirvari”sini oğurlamaqla həm hücum xəttini gücləndirdi, həm də çempionluq yolunda əsas rəqiblərindən birini zəiflətdi.
2. Filip Ozobiç
“Qəbələ”nin daha bir tapıntısı olan xorvatiyalı yarımmüdafiəçi komandasını son illərin dəyişməz çempionu “Qarabağ”a dəyişdi. 19 yaşında Moskva “Spartak”ına transfer olunan Ozobiç Azərbaycana gəldiyi ilk gündən səviyyəsini ortaya qoymağı bacardı. Meydanın mərkəzində ağıllı oyunu, “dirijorluq” qabiliyyəti, lazım gələndə oyunu üzərinə götürüb komandasını arxasınca aparması, uzaq məsafələrdən qüvvətli zərbələri Filipin üstün cəhətidi. Ancaq hələ ki “Qarabağ”da özünü göstərə bilmir. “Qəbələ”də seçilən yarımmüdafiəçi Qurban Qurbanovun sərəncamında sıradan oyunçu təsiri bağışlayır. Bəlkə də xorvat düşərgədə yenidi və baş məşqçinin oyun fəlsəfəsinə tam uyğunlaşmayıb. Mövsüm başa çatandan sonra “köhlən atlar”ı tərk edərək Qazaxıstana üz tutan Riçard Almeydanı unutdura bilməyib. Amma xorvatın potensialı var və yeni komandasında da adından söz etdirəcəyini güman etmək olar.
3. Cavid İmamverdiyev
Bir ara gözdən itən, “Sumqayıt”a keçəndən sonra yenidən ulduzu parlayan İmamverdiyevin “Sabah”a üz tutması bir qədər gözlənilməz oldu. “Kimyaçılar”ın liderinin bu addımı hələ də kuluarlarda çox müzakirə olunur. Düzdü, Cavid intizam cəhətdən bir qədər axsayır, heç də “sözə qulaq asan uşaq” deyil. Ancaq istedadına söz ola bilməz. Başının üstündə Samir Abasov kimi ciddi, hər xırda detala fikir verən mütəxəssis olarsa, “artıracaq”, komandaya fayda verəcək. Əks halda, yenidən kölgəyə çəkiləcək. Elşad Əhmədovu da nizam-intizamı sevən məşqçi kimi tanıdığımızdan düşünürük ki, İmamverdiyev “Sabah”da da əsas simalardan biri olacaq. Millinin şərəfini qoruyan pleymekerin potensialı daha artığına imkan verir.
4. Əfran İsmayılov
Bir vaxtlar Əfranı Azərbaycan futbolunun gələcəyi hesab edənlərin sayı o qədər çox idi ki, onun haqda nəsə danışmaqdan belə adam çəkinirdi. “Çox istedadlı, ancaq tənbəl futbolçu” sinfinə aid edilən İsmayılovun “Sumqayıt”a keçidi də az söz-söhbət doğurmadı. Hətta bəziləri İmamverdiyevin klubdan ayrılmasını onunla əlaqələndirir. Əfranın “kimyaçılar”la daha yüksək məbləğə müqavilə bağlamasını düşərgədə balansın pozulması kimi dəyərləndirib, futbolçular arasında narazılıq doğurdunu düşünür. Bütün bunlara baxmayaraq, klub rəhbərliyi, eləcə də “Sumqayıt” azarkeşləri ona inanır və düşünür ki, yarımmüdafiəçi “kimyaçılar”ın tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmasında pay sahibi olacaq.
5. Rahid Əmirquliyev
2015-ci ildə “ölkənin ən yaxşı futbolçusu” nominasiyasında qalib gələn Rahid Əmirquliyev də son iki ildə kölgəyə çəkilən futbolçular siyahısındadı. “Xəzər Lənkəran”ı “Qarabağ”a dəyişəndən sonra təsadüfi hallarda meydanda gördüyümüz Əmirquliyevin təcrübəsi hesabına “Səbail”in “ağsaqqallarından” biri olacağına şübhə yoxdu. Hələ ki ad baxımından onun “dənizçilər”ə transferi gurultulu səslənir. İndi qalır dayaq yarımmüdafiəçisinin oyunu ilə bir daha özünü göstərməsi.
Təbii ki, “transfer pəncərəsi”nin bağlanmasına qədər olan bir ayda yeni, daha səs-küylü transferlər izləməyimiz mümkündü. Axı bizdə mövsümün ilk oyunlarının nəticələrinə əsasən heyəti komplekləşməyi bitirən məşqçilər də az deyil.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar