01 avq 16:08olke

Rahid Əmirquliyev “Səbail”in kapitanı olmaq istəməyib

Rahid Əmirquliyev “Səbail”in kapitanı olmaq istəməyib
“Hədəf Avroliqaya vəsiqə qazanmaqdı”
Novbəti mövsümün püşkü atıldı. Bu isə o deməkdi ki, 11 gündən sonra premyer-liqaya start veriləcək. Birinciliyin gərgin keçəcəyinə qətiyyən şübhə yoxdu. “Qarabağ”, “Qəbələ” və “Neftçi” çempionluq uğrunda savaşacaqsa, başqaları avrokuboklara iddia edəcək. Debütant “Sabah”, ciddi dəyişikliklərə məruz qalan “Sumqayıt”, ötən mövsümü mükafatsız bitirən “Zirə”, yeni baş məşqçisi olan “Keşlə” və xeyli güclənən “Səbail” arasındakı qızğın mübarizəni səbirsizliklə gözləyirik. Bu mənada “Səbail”dən daha artığı gözlənilir. Heyəti xeyli güclənən Bayıl təmsilçisinin məqsədi avrokuboklara vəsiqə qazanmaqdı.
Türkiyədə hazırlıq keçən, heyətini təcrübəli oyunçularla gücləndirən “Səbail”in yenilərindən biri də Rahid Əmirquliyevdi. Uzun illər yığmanın formasını geyən, “Xəzər Lənkəran” və “Qarabağ”ın heyətində çempionluqlar yaşayan təcrübəli yarımmüdafiəçi yeni komandası üçün aparıcı fiqur sayılacaq. Maraqlıdı, Rahid özü bu haqda nə düşünür? Daim iddialıların sırasında olan futbolçu “Səbail”ə keçidindən məmnundu? Rahidlə bu və başqa suallar ətrafında söhbətləşdik.
- Ənənəvi sualla başlayaq. Türkiyədəki təlim-məşq toplanışı necə keçdi? Ümumi fikirlərin necədi?
- Düzdü, yoldaşlıq görüşlərində qələbə qazana bilmədik. Buna baxmayaraq, yaxşı hazırlıq keçdik, həmin oyunlarda nöqsanları gördük, problemləri aradan qaldırmaq yönündə çalışdıq. Yeni komanda formalaşıb, belədə çatışmazlıqların olması normaldı. Bir-birimizə tam uyğunlaşmaq üçün zamana ehtiyac var. Türkiyə toplanşının komandaya böyük faydasının olacağına əminəm.
- İndiyə qədər “Xəzər Lənkəran” və “Qarabağ”ın formasını geymisən, uzun illər milli üçün vacib fiqur sayılmısan. Belə bir futbolçu üçün “Səbail”də oynamaq qərarını vermək çətin olmalıdı...
- Nə demək istədiyinizi anlayıram. “Səbail”ə keçməmiş həm baş məşqçi, həm də klub rəhbərliyi ilə söhbətim oldu. Hiss elədim ki, komandanın qarşısında ciddi hədəflər durur. Konkretləşdirsək, cari mövsümdə hədəf Avroliqaya vəsiqə qazanmaqdı. Bu da seçimimə təsir göstərdi. Belə deyim, qarşısında məqsəd duran komandayla anlaşmışam. Ona görə də seçim edərkən hansısa çətinlik çəkmədim. Heyətin gücləndirilməsi də buna hesablanıb.
- Klub rəhbərliyi ilə görüşdən danışdın. Premyer-liqada ikinci mövsüm çıxış edəcək “Səbail”in başbilənləri haqda ne deyə bilərsən?
- İlk növbədə rəhbərliyin komandaya olan yaxınlığını qeyd etmək istəyirəm. Özlərini kənarda tutmurlar. Futbolu bilən, sevən adamlardı. Futboldan kifayət qədər anlayışları var. Bu da istənilən futbolçu üçün stimuldu. “Səbail”in uğur qazanması üçün hər cür çətinliyə qatlaşırlar, hər cür şərait yaratmağa çalışırlar.
- Kapitan sarğısı sənə veriləcək, yoxsa Eltun Yaqublunun qolunda qalacaq?
- Düzdü, komandada ən təcrübəli futbolçuyam. Bununla bağlı söhbətimiz olsa da, kapitan sarğısının Eltunun qolunda olmasını istədim. Əvvəl necəydisə, bundan sonra də elə olacaq. Dəyişikliyə ehtiyac yoxdu. Mən isə vitse-kapitanam.
- Az öncə Avroliqa hədəfindən danışdın. Maraqlıdı ki, “Keşlə”, “Səbail”, “Sumqayıt” və “Zirə” də eyni istəkdədi.
- Bilirəm, fərqindəyəm. Bu dəqiqə yerində sayan komanda yoxdu. Maşallah, bütün komandalar güclənir, yerli və əcnəbi futbolçular alırlar. Lakin bu o demək deyil ki, kimdənsə çəkinməliyik, yaxud əlimizi hədəfdən çəkməliyik. Qarşımızda məqsəd var və həmin məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Fikrimcə, hazırkı heyətimiz uğurlu nəticələr qazanmağa imkan verir.
- Avroliqada üç komandamız mübarizə apardı, “Qarabağ” isə Çempionlar Liqasında iştirak etməkdə davam edir. Düzünü de, oyunlara baxanda ağlından “kaş ki, mən də onların sıralarında olaydım” fikri keçirdi?
- Təmsilçilərimizin oyunlarını izlədim. Hər birinə azarkeşlik edirdim. Təəssüf ki, cari Avroliqa mövsümü bizim üçün uğursuz oldu. Halbuki daha artığını gözləyirdim. Açığı, dediyiniz fikir ağlımdan keçmədi. Çünki o haqda, ümumiyyətlə, düşünmürdüm. Ağlımda bir fikir vardı – “Səbail”ə tez uyğunlaşmaq və komandaya kömək etmək. “Qarabağ”dan söz düşmüşkən, ümid edirəm ki, hansısa yarışın qrup mərhələsinə vəsiqə qazanacaqlar.
- Qarşıdan Millətlər Liqasının oyunları gəlir. Hansı ki, azərbaycanlı futbolsevərlər matçların başlamasını səbirsizliklə gözləyir. Qurban Qurbanovdan təklif gözləyirsən?
- Yığmada oynadığım dönəmdə bununla fəxr etmişəm. O formanı geyməyin təsvir edilməsi mümkünsüz hissləri var. Bundan sonra da qürur duyaram. Yığmaya kömək etmək hər bir futbolçunun borcudu. Baş məşqçi Qurban Qurbanov məsləhət görsə, niyə də olmasın?! Formada olmaq, əvvəlki Rahidi xatırlatmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Formamı bərpa edə bilsəm, baş məşqçinin diqqətini çəkəcəyimə əminəm. Çünki Qurbanovu yaxşı tanıyıram.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar