24 iy 23:10olke

Qərar verildi: əvəzedicilər birinci divizionda çıxış edəcək

Qərar verildi: əvəzedicilər birinci divizionda çıxış edəcək
Elbrus Məmmədov: “Qorxuram ki, bəzi “işbazlar” gənclərə də təsir göstərə”
Dünən AFFA-da növbəti mövsüm üçün birinci divizionda çempionatın hansı formatda keçiriləcəyi ilə bağlı toplantı olub. Bu haqda bilgini qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan aldıq: “İclasda həm premyer-liqada çıxış edən klubların nümayəndələri, həm də birinci divizionda çıxış edən bəzi klubların rəsmi şəxsləri iştirak etdi. Söhbət əsasən divizionla bağlı hazırlanacaq konsepsiyadan getdi. Əvvəlcə 2018/19 “futbol ili”ndə əvəzedcilərə tətbiq olunacaq limitlə bağlı məlumat verilib və klublara heyəti buna uyğun qurmaq tapşırılıb. Əsas heyətdə yaş limiti 4+6+1 kimi olacaq. Yəni 4 nəfər 1998-ci ilə qədər doğulan, 6 nəfər 1998, 1999, 2000-ci il təvəllüdlü olan, 1 nəfər isə 2001-ci il. Premyer-liqanın əsas komandasından əvəzedici heyətə göndərilən futbolçular çempionatda oynaya bilərlər. Birinci diviziona gəlincə, AFFA aşağı dəstə ilə bağlı yeni konsepsiya hazırlayıb. İcraiyyə Komitəsinin müzakirəsinə veriləcək sənəddə əvəzedicilərin yarışının ləğvi nəzərdə tutulub. Həmin komandalar elita klublarının ikinci heyəti kimi divizionda mübarizə aparmalıdı”.
Əvəzedici komandaların yeni mövsümdən aşağı dəstədə çıxış edəcəyi ilə bağlı söz-söhbət hələ mayda ortaya çıxmışdı. Lakin həmin vaxt əksər klublar bundan imtina etmişdi. Bəs görəsən, dünənki toplantıda hansısa elita təmsilçisinin rəsmisi “ikincilər”in divizonda çıxış etməsinə etirazını bildirdi? Firuz bəyin məsələyə reaksiyası belə oldu: “Heç bir klubun rəhbərliyi yeniliyə etirazını bildirmədi. Onu da qeyd edim ki, növbəti mövsümdə aşağı dəstədə 14 komandanın iştirak edəcəyi gözlənilir. Onlardan 8-i əvəzedici komanda, 6-sı isə birinci dəstənin təmsilçisi olacaq”.
Məsələ ilə bağlı əvəzedcilərin baş məşqçiləırinin də fikirlərini öyrənməyi lazım bildik. Görəsən, onlar “ikincilər”in divizonda çıxış etməsini necə dəyərlənirir? Öncə “Qəbələ”nin baş məşqçisi Emin İmaməliyevlə əlaqə saxladıq: “Məncə, yeni qərar gələcək üçün atılan addımdı. Gənclərin “bərkiməsi” və ustalıq səviyyəsini artırmaq yönündə divizionda çıxış etməsi müsbət haldı. Ziyanlı tərəfi ondan ibarətdi ki, bəzi yaşlı futbolçular kənarda qalmalı olacaq. Ancaq onlar üçün də oynamaq şansı var. Bildiyim qədər divizionun 4 və ya 6 komandası yeni mövsümdə də medallar uğrunda mübarizə aparacaq. Tətbiq olunacaq limit də futbolumuzun sabahı üşün nəzərdə tutulub”.
“Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov isə yeniliyin həm müsbət, həm də mənfi tərəflərini qeyd etdi: “Deyərdim ki, 8 əvəzinə 14 komandanın mübarizə aparacağı çempionat daha maraqlı olacaq. Gənclərin inkişafı üçün bu daha yaxşı layihədi. Ancaq bir məqam məni narahat edir ki, bu da “qara işlərlə” bağlıdı. Qorxuram ki, bəzi “işbazlar” gənclərə də təsir göstərə, oyunların nəticələrini əvvəlcədən müəyyənləşdirələr. Ancaq toplantıda deyildi ki, buna görə narahat olmağa dəyməz və hər xırda detala ciddi nəzarət olunacaq, kənar qüvvələr çempionata təsiri edə bilməyəcək. Belə olarsa, baxımlı və maraqlı çempionat izləyəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar