24 iy 23:04olke

“Kukesi” – “Qarabağ” oyunu canlı yayınlanacaq

“Kukesi” – “Qarabağ” oyunu canlı yayınlanacaq
Ağdamlılar üçün ayağı düşərli hakim
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kukesi” ilə qarşılaşacaq “Qarabağ” dünən axşam saatlarında, dəqiq desək, 19.30-da ölkəni tərk etdi. Çarter reysi ilə Bakıdan Tirana yollanan ağdamlılar Albaniyanın paytaxtından Şkodra şəhərinə olan 94 kilometrlik məsafəni avtobusla qət ediblər. Niyə Kukes şəhəri yox, məhz Şkodra?
Kukesdə yox, Şkodrada
Belə ki, komandanın ev oyunlarını keçirdiyi “Zekir Yumeri” stadionu UEFA-nın tələblərinə uyğun gəlmədiyindən, qurum bu stadiona lisenziya verməyib. Klub rəhbərliyi belədə Şkodradakı 16 min yerlik “Loro Boriçi”nin xidmətindən istifadə etməyi məqsədəuyğun sayıb. Maraq üçün qeyd edək ki, bu arenada Albaniyanın köklü klublarından sayılan “Vlajniya” ev oyunlarını keçirir. “Köhlən atlar” şəhərin lüks otellərindən sayılan “Kolizey”də məskunlaşıb.
Bu gün istirahət edəcək komanda üzvləri adı çəkilən stadionda oyunöncəsi son məşqinə Bakı vaxtı ilə saat 21.00-da çıxacaq. Bundan 15 dəqiqə əvvəl isə Qurban Qurbanov mətbuat nümayəndələri önünə çıxıb, matçla bağlı sualları cavablayacaq. “Olimpiya” ilə Bakıdakı görüşdə zədələndiyindən Albaniyadakı oyunu buraxmalı olan Dani Kintana da kollektivlə birgədi. İspan yarımmüdafiəçi oynamasa belə, komanda yoldaşlarının yanında olmaq istəyib.
Nurlan İbrahimov: “Təxminən 20-30 azarkeşin olacağı gözlənilir”
“Milli dəstə”nin “Qarabağ”dan üz çevirməsindən sonra ortaya çıxan suallardan biri təmsilçimizi səfərdə nə qədər azarkeşin dəstəkləyəcəyidi. Klubun mətbuat katibi Nurlan İbrahimova “biletlə bağlı müraciət edən olubmu” sualını ünvanladıqda, cavabı belə oldu: “Albaniyada yaşayan həmyerlimiz var – Vüsal Qəmbərov. Vaxtilə “Futbol+”də çalışıb. O mənə yazmışdı, biletlə və başqa məsələlərlə maraqlandı. Danışığından belə başa düşdüm ki, xeyli sayda azərbaycanlı stadionda “Qarabağ”ı dəstəkləmək istəyir. Təxminən 20-30 azarkeşin olacağı gözlənilir”.
Ötən yay “Fənərbaxça”nın oyununu idarə etmişdi
Oyunu norveçli hakimlər briqadasının idarə edəcəyi də artıq dəqiqləşib. Meydanda əsas söz sahibi Ola Hobber Nilsen olacaq. Ona həmyerliləri – Tom Harald Qroneviklə Geyr Oskar İsaksen kömək edəcək. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirəcək. İspaniyalı Xuan Antonio Fernandes Marin oyunun hakim-inspektoru, şimali irlandiyalı Roy Katkart UEFA nümayəndəsi olacaq.
32 yaşlı Nilsen 2015-ci ildən FİFA hakimi sayılır ki, son 3 ildə 20 beynəlxalq oyunda iş başında olub. Əsasən yoldaşlıq görüşləri, U-19 və U-21-lərin seçmə mərhələ qarşılaşmalarını idarə edən skandinaviyalı referi cəmi 4 Avroliqa matçında əsas söz sahibi funksiyasını daşıyıb. Ötən ilin iyulunda idarə etdiyi “Şturm” – “Fənərbaxça” matçı aralarında ən gözəgilimlisidi. Çempionlar Liqasında isə cəmi 1 oyuna təyinat alıb. O da ötən ilin iyuluna təsadüf edib. Sloveniyada “Maribor”la “Zrinski” münasibətlərinə aydınlıq gətirəndə Nilsen iş başında olub.
Norveçli hakimin fəaliyyətinə baxanda,“Qarabağ”ın vətənə sərfəli nəticə ilə qayıdacağını düşünmək olar. Belə deyək, Ola Hobberin ayağı qonaqlar üçün düşərlidi. İdarə etdiyi 20 oyunun 9-da qonaqlar qələbə qazandığı halda, meydan sahiblərinin üzü 5 dəfə gülüb. 6 halda isə heç-heçə qeydə alımıb.
“İdman Azərbaycan”la “CBC Sport” mübarizə aparır
Sonda “Kukesi” – “Qarabağ” görüşünün canlı yayını haqda məlumat verək. Yerli telekanallardan birinin məlum qarşılaşmanı izləyicilərə təqdim edəcəyi dəqiqdi. İş burasındadı ki, həm “İdman Azərbaycan”, həm də “CBC Sport” “qollarını çırmalayıb”. Qarşı tərəflə danışıq aparan telekanallardan hansının istəyə çatacağı bu gün axşam saatlarına, uzağı sabah günortaya qədər bilinməlidi. Əsas odu ki, oyun canlı yayınlanacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar