23 fev 17:42olke

Biro Jade təcrübəli futzalçılara güvənir

Biro Jade təcrübəli futzalçılara güvənir
“Komandanın bir nəfərdən asılı vəziyyətdə oynamasını istəmirəm”

Miltinyo ailəvi səbəbləri əsas gətirərək ölkəmizi tərk edəndən sonra futzal yığmamız Biro Jadeyə tapşırılıb. Vaxtilə oyunçu kimi millinin lideri sayılan, 7 il əvvəl Avropa çempionatında 4-cü yeri tutmağımızda əsas pay sahiblərindən biri olan “sambaçı” bu dəfə çalışdırıcı qismində komandanı analoji yarışa çıxarmağa çalışacaq. Braziliyalı mütəxəssis AFFA-nın saytına verdiyi müsahibədə yığmada etdiyi dəyişikliklərdən və seçmə mərhələdəki rəqiblərdən danışıb.
- Baş məşqçi vəzifəsinin icraçısı kimi millidə keçirdiyiniz ilk təlim-məşq toplanışı sizi nə dərəcədə razı saldı?
- Buna qədər köməkçi-məşqçi kimi də eyni işləri görürdüm. Sadəcə, fərq ondadı ki, bu dəfə qərarları özüm verirəm. Hazırlığa gəlincə, məşqlərdə oyunçuların işə yanaşması məni razı saldı. Futzalçılar klubla millinin fərqli olduğunu anlamalı və peşəkar olmalıdı. Açığı, dediklərimin şahidi oldum və mənim üçün xoş sürpriz oldu. Məşqdə hər kəs ondan nə tələb olunduğunu bilirdi və qarşılığını vermək üçün sona qədər əlindən gələni edirdi. 10 günlük ilk toplanışımızda komanda üzvləri istədiyimi verdi. Təcrübəli, uzun illərdi millidə oynayan oyunçularımız da məndən köməyini əsirgəmədilər. Biz bir ailəyik, bunu hər addımımızda sübut etməliyik. Təbii ki, həll edilməmiş suallar var. Xüsusən də taktiki planda və standart vəziyyətlər üzərində işləməliyik.
- Komandanın oyun planında dəyişikliklər edəcəksiz?
- Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlığın ilk hissəsində çalışdıq ki, futzalçıların xarakterini görək, hiss edək. Bəli, günbəgün onların inkişaf etdiyini görürük. Taktiki planda müəyyən dəyişiklik olacaq. Bu dəfə strategiyanı dəyişmək qərarına gəldik. Komandanın bir nəfərdən asılı vəziyyətdə oynamasını istəmirəm. Eyni zamanda standart vəziyyətlərdən - korner, aut, cərimə zərbəsindən qol vurmağın yollarını tapmalıyıq. Bunun üçün də oyunçuların qabiliyyətini yaxşı təhlil etməliyik. Elə futzalçı var ki, autdan, bəziləri kornerdən ötürmələr zamanı, bir başqası fintlər etməklə faydalı olur. Hər bir futzalçının xarakteristikasını təsbit etmək və öz üslubuna yaxın işi tapşırmaq vacibdi.
- Ölkə xaricində çıxış edən Vitali Borisovu izləyirsiz?
- Vitali ağıllı, təcrübəli, hər an oyunun nəticəsini və axarını dəyişəcək qabiliyyətə sahib futzalçıdı. Fiziki hazırlığı qaydasında olarsa, komandaya kömək edə biləcək. Yəni çox şey onun özündən asılıdı.
- Bu dəfə heyətə dəvət etdiyiniz Namiq Məmmədkərimovun 37, Radik Əhmədovun 36 yaşı var. Bu cür toplanışlara gənc futzalçılardan bir neçəsini cəlb etməyiniz daha münasib olmazdı?
- Hazırkı məqamda bizə təcrübəli futzalçılar lazımdı. Çünki gənclərin təcrübə toplaması, rəsmi oyunlara hazır vəziyyətə çatdırılması üçün 2 ilə yaxın vaxta ehtiyac var. Dəvət etdiyimiz oyunçulardan Faiq Əliyev, Nihad İsmayılov, Anar Məmmədov nisbətən cavandı. Onlar Namiq, Radik qədər təcrübəyə sahib deyillər. Rəsmi oyunlara isə təxminən bir ay vaxtımız qalıb.
- Millimizin əsas mərhələdəki rəqibləri haqda hansı məlumatlara sahibsiz?
- Rəqiblərimizdən oyununu görmədiyimiz komanda Albaniya yığmasıdı. Hazırda bu ölkədə futbol kimi, futzal da inkişafdadı. Təbii ki, hər komandanın öz oyun üslubu, fəlsəfəsi var. Macarıstan millisi ilə 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində qarşılaşmışıq. Son 4-5 ildə həmin komandaya ispan məşqçi rəhbərlik edir. Uzun müddət bir yerdə oynamaları, eyni məşqçinin rəhbərliyi altında çıxış etmələri onları irəli aparır. Bosniya və Hersoqovina yığması ilə 3-4 il əvvəl qarşılamışıq. Çox çətin, sərt oyun olmuşdu. Rəqibin heyətində texnikalı oyunu ilə seçilən futzalçılar çoxluq təşkil edirdi. Nizam-intizama da xüsusi diqqət yetirirdilər. Çempionatlarına braziliyalı futzalçılar dəvət edirlər ki, bu da ildən-ilə güclənmələrinə kömək edir. Qarşılaşmalar asan keçməyəcək, amma bizim məqsədimiz qrup mərhələsini birinci pillədə başa vurmaq və final oyunlarına birbaşa yüksəlməkdi.
- Rəqiblərimiz arasında İspaniya, İtaliya, Rusiya kimi top-komandaların olmaması millinin üzvlərində arxayınlıq yarada bilərmi?
- Adlarını çəkdiyiniz komandalar çox güclü və məşhur yığmalardı. Amma hər oyunun, yarışın öz hökmü var. Kolumbiyada keçirilən dünya çempionatında Argentinanın qalib olacağını kim gözləyirdi?! Braziliya və İtaliyanın 1/8, İspaniyanın 1/4 finalda yarışı tərk edəcəyini düşünən neçə nəfər var idi?! Deməli, həmin vaxt hazırlıqlı olan və heyətində yaxşı oyunçular yer alan komanda qalib gəlir. Razıyam, millinin qələbə şansını yüksək qiymətləndirirlər. Ancaq bu, təxminlər, proqnozlardı. Biz bunu reallaşdırmaq üçün daha çox çalışmalı, meydana çıxanda göstərməliyik. Yenə deyirəm, Macarıstan, Bosniya və Hersoqovina yığmaları ilə oyunlar asan keçməycək.
- Martda yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulub?
- Bunu planlaşdırmışıq. Martın 29-u və 30-da bu oyunlar keçiriləcək. Martın əvvəllərində də iki belə qarşılaşma təşkil edə bilsəydik, keçdiyimiz məşqin nəticəsini yoxlayardıq. Təəssüf ki, ancaq martın sonlarında oyunlar keçirmək imkanımız olacaq. Rəqibin adını yaxın günlərdə dəqiqləşdirəcəyik.
SƏRXAN hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Oqtay Atayev fenomeni… 17:52AFFA rəhbərliyi Foqtsu əsəbiləşdirirmiş... 17:49“Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və ev veriləcək” 17:48Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı 17:39Yiğma üzvlərinin qiymətləndirməsi 17:35Orsato kapitanımızı bağışladı 15:25Löv yığmamızı təriflədi 15:24Nəyə ümid edirdik, nə oldu… 15:17“Turan Tovuz” 1:1 itirir 15:14Saxta profil tanınmış hakimi gülməli vəziyyətə saldı 15:11Şakir Eminbəylinin təklifi “atışmaya” səbəb oldu 15:11“Qəbələ” rəsmisi PFL-i qınadı 15:09ABŞ-da yaşayan Bakıəsilli yəhudi Banişevskini yad etdi 15:06Zaur Suxumidə sevindi 15:04İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb 15:02Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam” 15:00“Neftçi”də zədə sindromu 13:42Qriqorçuk Sadiqovsuz çətin olduğunu etiraf etdi 13:40Yetirmələrinin oyunu Kamran Əlibabayevi bezdirib 13:36Təqvim “Qəbələ” üçün ağır görünsə də... 13:34“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb 13:32Bundestim hava limanına yığışan tərəfdarlarını məyus etdi 13:30Ümid verən 5 məqam 13:2826 mart lənətinə son qoyun! 13:26Foqts Elxan Məmmədovla görüşdü 13:24Biro Jade çempion kimi ilk müsahibəsini “Futbol+”ə verdi 13:22“Araz” çempion oldu! 13:16Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37 Bütün xəbərlər
Ən çox oxunanlar