23 iy 12:27olke

Fiaskonun səbəbləri

Fiaskonun səbəbləri
Bu futbolla Millətlər Liqasında qələbə umursuz?
...Cümə axşamı müsəlmanlar üçün həssas gündü. Həmin gün dünyadan köçənlər yad olunur, dualar oxunur və sair. Bu həftənin cümə axşamı isə futbol camiəsi yasa bələndi. Üç klubumuz birdən Avroliqada mübarizəni dayandırdı. “Keşlə” “Baltsan”ı, “Qəbələ” “Proqres”i yensə də, bu qələbələr ilk oyundakı yenilgini unutdurmağa, ümumi hesabda üstünlük qazanmağa yetmədi. “Neftçi” isə əksinə, evdə qazandığı inamlı qələbənin doğurduğu eyforiyanın acısını Macarıstanda yaşadı və “Uypeşt” qarşısında darmadağın olaraq, avrokubokla vidalaşdı. Bu misli görünməmiş biabırçılıq, fiaskodu. Düzdü, 4 komandamızın ən azı üçünün 1-ci mərhələdə dayanması 11 il öncə də yaşanmışdı. Həmin vaxt klublarımızın hamısı ilk raundda azarkeşlərini məyus etmişdi. Öncə “Bakı” İntertoto kubokunda mübarizəni dayandırmış, ardınca “Xəzər Lənkəran” Çempionlar Liqasında, “Neftçi” və “MKT-Araz” isə UEFA kubokunda sıradan çıxmışdı (hərçənd o zaman indikindən fərqli komandalarımız eyni yox, ayrı-ayrı günlərdə çıxışını başa vurmuşdu). Ayrıca Avropa Liqasından danışırıqsa, üç təmsilçimizin 1-ci təsnifat mərhələsində dayanması Azərbaycan futbolu tarixində ilk belə haldı.
Nə baş verir, bu fiasko nədən qaynaqlanır?
Rəqabətsizlik
Hər yarışın iddialısı da olur, ortababı da, autsayderi də. Ancaq söhbət cəmi 8 komandanın iştirak etdiyi birincilikdən gedirsə, burda təbəqələşmədən, mübarizəni qeyd etdiyimiz bölgü əsasında ayırmaq gülünc səslənir. Əvvəllər 7-8 komanda mükafatlar uğrunda yarışırdısa, indi heyəti, büdcəsi və ənənəsi ilə seçilənlərin, demək olar, hamısı mübarizəsiz-filansız məqsədinə nail olur. Bir sözlə, premyer-liqada rəqabətsizlik mühiti hökm sürür. “Qarabağ”ın son illərdə “təkayaqla” qalib olması, çempionluqları sıralaması buna sübutdu. Ağdamlıların son 3 “futbol ili”ndə ən yaxın izləyicisi üzərində üstünlüyü ikirəqəmli ədədlə ifadə olunub. Geridə qoyduğumuz mövsümdə “Qəbələ” “Qarabağ”dan nə az-nə çox – 16 xal az topladı. Seçilən, azarkeşləri əyləndirən, məhsuldarlıq nümayiş etdirən futbolçudan isə ümumiyyətlə, danışmağa dəyməz. Son 4 mövsümün bombardiri 15 qolluq səddi keçə bilməyib. Azarkeş marağı da azalıb. Artıq premyer-liqadan düşən “Kəpəz”in sayəsində tamaşaçı sayındakı göstəricini nəzərə almasaq, digər komandaların oyunlarını stadiondan orta hesabla 1500-dən az azarkeş izləyibsə, hansı rəqabətdən, hansı baxımlı çempionatdan danışırıq?
Qeyri-sabitlik
“Qarabağ”ı başqalarıyla müqayisə edəndə, ağdamlıların uğurunun səbəbini araşdırmaq istəyəndə ağla gələn ilk səbəb sabitlikdi. Eyni rəhbərlik və baş məşqçi 10 ildi birgə çalışır. Elə komandada da hər transfer dövründə yüngülvari kosmetik dəyişiklik olur, başqa heç nə. Amma gəlin “Neftçi”, “Qəbələ” və “Keşlə”yə nəzər salaq. Flaqman Sadıq Sadıqovun dövründən bu yana 3-4 rəhbər, 5-6 baş məşqçi dəyişib. Komandanı Avroliqaya çıxaran Tərlan Əhmədovu istefaya göndərib “Şerif”dən ayrılan məşqçinin boynuna “Neftçi”nin şərfini dolamaq isə absurd qərar idi. “Qəbələ” 3 il yarım Roman Qriqorçukla əməkdaşlıq sayəsində ardıcıl iki tsikl Avroliqanın qrupuna düşməklə gördükdən sonra “şadlığına şitlik etdi”. Sənan Qurbanovdan isə bundan artığını tələb etmək yersizdi. O ki qaldı “Keşlə”yə, “İnter” adıyla çıxış etdiyi dönəmdə bəlli siyasəti olan və sabitliyi ilə seçilən klub da son iki-üç ildə dəyişikliklərdən əziyyət çəkir. Zaur Axundov gəldi, Zaur Svanadzeni göndərib Ramiz Məmmədovu gətirdi, onu yola salıb Yuri Maksimovla anlaşdı, ona da dözümlük göstərmədi... Futbolda isə sabitlik mühüm cəhətdi.
Fərdi səhvlər
Strateji yanlışlıqları sadaladıqdan sonra uğursuzluğu fərdlərə bağlamaq kiməsə məntiqsiz görünə bilər, amma nəzərə alsaq ki, həm “Neftçi”, həm “Qəbələ”, həm də “Keşlə” bir oyunu udub digərində uduzdu, müəyyən səhvlər də mübarizəni dasandırmağı şərtləndirdi. Götürək Sənan Qurbanovun “Proqres”ə yanaşmasını. Gənc mütəxəssis hələ ilk oyun ərəfəsində açıqlama verdi ki, rəqibi izləyə bilməyib, nə oyununu görüb, nə də hansısa futbolçusunu tanıyır. Bundan başqa, səhlənkarlıq nəticəsində özünü məşqdə zədələyən Cavid Hüseynovun “Qəbələ” üçün nə qədər vacib oyunçu olduğu cavab görüşündə bir daha göründü. Təmkin Xəlilzadənin vacib anda, gərəksiz epizodda rəqibi vurub qırmızı vərəqə alması da qeyd olunmalıdı. “Keşlə”nin mübarizəni dayandırmasını isə prezident - baş məşqçi münaqişəsi şərtləndirdi. “Neftçi” arxayınlığın qurbanı oldu. Bundan başqa, Roberto Bordin taktiki dəyişikliyə yol verdiyini etiraf edib, məsuliyyəti üzərinə götürdü...
Bəs yığma?
“Neftçi”nin darmadağını bizə millinin Qazaxıstana məğlubiyyətini xatırlatdı. Orda da komandamız aciz təsir bağışlamışdı... İstənilən halda, klublarımızın Avroliqadakı uğursuzluğu yığmaya da təsirsiz ötüşməyəcək. Hələ o vaxt milli üzvləri “avrokuboklarda uğurlu çıxış edib səviyyəmizi artırmalı və Millətlər Kubokuna hazır olmalıyıq” vədi vermişdi. Artıq bu imkan da əldən çıxdı. Belə görünür, yalnız “Qarabağ”lılar hələ bir neçə beynəlxalq səviyyəli oyun da keçirə biləcəklər. Bu məqam Qurban Qurbanovu narahat etməyə bilməz. Təsadüfi deyil ki, o, öz komandasının (“Qarabağ”ın) oyunundan dərhal sonra Qəbələyə, Mərdəkana üz tuturdu. Nədi-nədi, milli üzvlərini iş başında görə bilsin. Təcrübəsinə ümid bəslədiklərindən Rauf Əliyev də yarıtmadı, Vaqif Cavadov da. Qalanları millinin son toplanışlarına çağırılmışdı və Qurbanov kimə güvənəcəyini artıq müəyyənləşdirib. O başqa məsələdi ki, Millətlər Liqasına ayyarım qalmış mənzərə acı, perspektiv ümidverici deyil. Necə ümid edəsən: qrupunda yer alan Malta təmsilçisi sənin klubunu Avroliqada kötəkləyir...
Hələlik irəlilədik, amma...
Cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşmədi. Düzdü, “Neftçi”, “Qəbələ” və “Keşlə”nin mübarizəni dayandırması ilə ölkəmizin siyahıda 1 pillə irəliləməsi təzadlı görünə bilər. Ancaq “Keşlə” ilə “Qəbələ” qalib gəlməklə reytinqə hərəyə 0,250 əmsal əlavə etməyə imkan tapdılar. Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Son 5 illik hesab 17,750-yə çatıb. Onun 1,125-i (0,375 “Qarabağ”ın, 0,250 “Neftçi”nin, 0,250 “Keşlə”nin, 0,250 də “Qəbələ”nin payına düşür) cari mövsümdə qazanılıb. Bundan sonra yük çempionun çiyinlərinə düşəcək. Ancaq “bir güllə bahar” olmadı kimi, Ağdam təmsilçisinin “qazanc”ının təkbaşına son illərdəki əmsal göstəricisinə çatacağı inandırıcı deyil. Odu ki, “25-lik”dən də kənarda qalmağımız realdı. Hər halda, ilk “33-lük”dən yalnız Azərbaycan qitə turnirlərinə 4 komanda ilə başlayıb və hazırda onlardan yalnız biri mübarizəni davam etdirir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar