23 iy 12:06olke

Anar Salmanov rus hakimə 8,1 verdi

Anar Salmanov rus hakimə 8,1 verdi
"Görkəmi çox pis idi"
Avroliqada uğursuzluqla üzləşən və artıq mübarizəni dayandıran klublarımızın “kənar qüvvə”nin təsirinə məruz qaldığını iddia etmək insafsızlıq olar. Nə “Qəbələ”, nə “Neftçi”, nə də “Keşlə” ədalətsizliyə məruz qaldı; günahı özlərində, zəif hazırlıqlarında, səhlənkar yanaşmalarında axtarsınlar. Bununla belə, cavab görüşlərindəki hakim idarəçiliyinə toxunmaq pis olmazdı. Ən pis halda ona görə ki, iyulun 19-dakı görüşlərdə bizimkilərdən və rəqibdən 1 futbolçu (cəmi 2) meydandan qovulub, lehimizə 1 penalti verilib. “Qəbələ”dən başlayaq. “Qırmızı-qaralar”ın “Proqres”lə səfər matçını Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edirdi ki, FİFA referisi Keyt Kennedi Təmkin Xəlilzadəni meydandan qovmaqla yadda qaldı. Ancaq ədalət naminə qeyd edək ki, yerində verilmiş “qırmızı” idi. Təmkin rəqibi vurduğuna görə vərəqəni haqq edirdi. “Neftçi”nin darmadağınına yunanıstanlı hakimlər şahidlik etdi. İoannis Papadopulos da nəticəyə təsir edən hansısa səhvlə yadda qalmadı. Ümumiyyətlə, bu mənada yalnız “Keşlə”nin hakiminin zəif olduğunu vurğulamaq lazım gəlir. Əvvəla, rus Mixail Vilkovda hakim görünüşü yox idi. Artıq çəkidən əziyyət çəkdiyi aydın görünən şimal qonşumuzun təmsilçisi epizodlara çatdırmırdı. Bir neçə dəfə sarı vərəqə verməli olduğu halda buna cəsarət etmədi. Bir-iki epizodda isə aşkar qayda pozuntusuna göz yumdu. Amma “Keşlə”nin lehinə təyin etdiyi penalti zamanı tərəddüd etmədi. Sabiq FİFA referisi Anar Salmanov həm Kennedinin, həm Papadopulosun, həm də Vilkovun işini belə dəyərləndirdi: “Keşlə” – “Baltsan” oyununun idarəçiliyi xoşuma gəlmədi. Vilkovun ən böyük problemi mövqe seçimi ilə bağlıydı. Futbolçuların əhatəsində qalırdı və bir-iki dəfə az qala top ona dəyəcəkdi. Baxmayaraq ki, rəqib komandanın qapısına təyin etdiyi penalti haqlı idi. Əl qeyri-təbii vəziyyətdəykən rəqib topun qarşısını kəsdi. Ancaq rus hakimdə qaydaların yozumu, tətbiqi və sanksiyalarda problem yetərincə idi. Daha bir çatışmazlığı fiziki hazırlığı ilə bağlıdı. Artıq çəkisi var idi. Görkəmi çox pis idi. FİFA və UEFA artıq çəki ilə bağlı mübarizə aparır. Artıq çəki Vilkova maneə törədirdi, epizodlardan uzaq qalırdı. Bəxti gətirdi ki, köməkçiləri ona çox kömək edirdi. Həm birinci hissədə, həm də fasilədən sonra iki-üç dəfə istər bu, istərsə digər komandanın cərimə meydançası həndəvərində qayda pozuntusunu düzgün dəyərləndirmədi və bundan sonra qarşı tərəf kəsərli əks-hücum qurdu. O epizodlar qolla nəticələnsəydi, hakimin qiyməti daha aşağı olacaqdı. Bir-iki sarı vərəqəlik epizodda əlini cibinə atmadı. Fikrimcə, inspektoru ona 8,1 qiymət yazacaq. “Neftçi”nin oyunundakı hakimin fiziki durumu çox yaxşı idi. Meydanda çox hərəkətli idi, epizodlara bacardıqca yaxın olmağa çalışırdı. Köməkçiləri ilə vizual əlaqəsi də yaxşı idi. Əlaqəli qərarlar zamanı fikir ayrılıqları olmadı. Çalışırdı birinci hissədə vərəqələrdən istifadə etməsin. Amma ikinci yarıda bunsuz keçinmək olmadı. Eyni zamanda çalışırdı ki, fitdən az istifadə etsin və komandaların oynamaq imkanını məhdudlaşdırmırdı. İki dəfə “üstünlük” prinsipinə əməl etdi və bu onda çox yaxşı alındı. Buna oyunu hiss etmək deyirlər. Fikrimcə, Papadopulosa 8,4 qiymət vermək olar. Açığı, “Proqres” - “Qəbələ” oyununa canlı baxmamışam. Amma sonradan epizodlara baxmışam. 1:0-dan sonra “Qəbələ”nin bir hücumu zamanı yan xətt hakimi ofsayd bayrağını qaldırdı və real təhlükəni önlədi. İnsafən, köməkçi hakim dəqiq qərar verdi. Həqiqətən də ötürmə verilərkən top ayaqdan çıxan anda “Qəbələ”nin hücumçusu ofsaydda idi”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar