21 iy 13:24olke

Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif...

Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif...
“Keşlə”nin ilk görüşdə səfərdə böyük hesabla uduzması, üstəlik baş məşqçi Yuri Maksimovun məhz həmin matçdan sonra istefa verməsi “qırmızılar”ın işini çətinə salmışdı. Lakin nədənsə içimizdə “Keşlə”nin mərhələni adlayacağına hədsiz inam vardı. Rəqibin Maltanı təmsil etməsiydi, yoxsa “Keşlə”nin səviyyə baxımından rəqibdən üstün olması, ya başqa hansısa səbəblər, Zaur İsmayılovun meydana çıxaracağı kollektivin 90 dəqiqənin tamamında səfərdəki yenilginin əvəzini çıxacağına ümid edirdik. “Dalğa Arena” həmişə olduğu kimi, bu dəfə də azarkeş sarıdan korluq çəkmişdi.
* Yolboyu SOCAR-a məxsus avtobusların az qala bir-biri ilə ötüşməyə çıxmasının səbəbini müəyyənləşdirmək çətin deyildi. Neft Şirkətinin müxtəlif zavodlarında çalışan fəhlələr oyunu izləmək üçün Mərdəkana aparılırdı. Getməyə bilməzdilər. Ağa dərəyə sür deyirsə, sürməlisən, başqa cür ola bilməzdi. Odu ki, arenanın qapıları qarşısında sərnişinləri düşürdən sürücülər vaxt itirmədən avtobuslarını park etməyə yer axtarırdı. Əksəri ağ köynək, qara şalvarda olan, futboldan xəbərsiz “azarkeşlərin” Maltadakı məğlubiyyətdə heç biri suçu yox idi. Amma “Keşlə”nin qalib gəlməsi üçün tribunalar dolu görünməliydi deyə, iş saatından sonra dincəlməyə həsr etməli olduqları vaxtlarını stadionda keçirməliydilər. Saylarını dəqiq bilməsək də, 200-dən az olmadığı dəqiq idi. Aralarında kimlərinsə İbrahim Tatlısəsin “Allahım, nəydi günahım” mahnısının sözlərini zümzümə etdiyinə şübhə etməyə dəyməzdi.
* Klub rəhbərliyi azarkeşləri hansısa yollarla Mərdəkana gətirməyə nail olsa da, eyni addımı jurnalistlərə münasibətdə ata bilməmişdilər. İstəsəydilər belə, bu mümkün olmayacaqdı. Məlum oyuna maraq göstərməyən həmkarlarımızı hardasa başa düşmək olardı. “Keşlə”nin böyükhesablı məğlubiyyəti fonunda “Neftçi” ilk oyunda qalib gəlmişdi ki, cavab görüşü böyük səbirsizliklə gözlənilirdi. “Keşlə” – “Baltsan” qarşılaşmasının final fiti çalınandan bir neçə dəqiqə sonra Macarıstandakı görüş başlayacaqdı. Bu isə o deməkdi ki, Mərdəkana gedənlər “Uypeşt” – “Neftçi” oyununun birinci hissəsinə baxmaq imkanından məhrum olacaqdı. Hə, bir də “ağ-qaralar”la səfərə çıxanların yoxluğunu da nəzərə alaq. “Keşlə” rəhbərliyi jurnalistləri “Ulduz” metrosundan “Dalğa”ya aparmaq üçün 50 nəfərlik lüks avtobus ayırsa da, nəqliyyat vasitəsində cəmi 5 media mənsubu vardı. Bəndəniz kimi, bir neçə nəfərin də öz xətti ilə gəldiyini nəzərə alsaq, ümumi say 11 nəfər idi.
* “Keşlə”nin mətbuat işləri bütünlüklə Səbuhi Məmmədovun üzərinə düşdüyündən bu yöndə nöqsanların olması təəccüblü deyil. Adam həm saytı işlədir, həm ev və səfər oyunlarına hazırlıqla məşğul olur, həm də stadionda diktor funksiyasını yerinə yetirir. Bəli, Avroliqa matçında “Dalğa Arena”nın diktoru məhz klubun mətbuat katibiydi. Allahın Cəbəllüttariqində, San Marinosunda görə biləcəyimiz fakt deyil. Odu ki, oyunla bağlı proqram hazırlamaq da mümkün olmamışdı. Media tribunasında isə jurnalistlərlə işləməli olan heç bir klub rəsmisi yox idi.
* “Keşlə”nin yay fasiləsində heyətində qatdığı Miloş Bosançiç yetərincə baxımlı karyeraya sahib olduğundan səviyyəsinə şübhə yoxdu. Oynadığı klublarda başına and içilməsinə görədi ki, daim özünü lider kimi hiss edib. Məlum keyfiyyəti bu oyunda da özünü göstərirdi. Meydanın mərkəzində yer alan, Slaviklə Tərlanı sanki pultla idarə edirmiş kimi mövqelərə istiqamətləndirən Miloş zaman-zaman baş məşqçi funksiyasını icra edən Zaur İsmayılovla dialoqa girirdi. Bir növ kapitan o idi. Sadəcə, sarğı Kamranın qoluna bağlanmışdı.
* Yuri Maksimov müsahibəsində klubun rəhbəri Zaur Axundovun ona Vaqif Cavadovla Fuad Bayramovu komandadan uzaqlaşdırmaqla bağlı göstəriş verdiyi deməsi aydın səmada şimşək effekti vermişdi. Ukraynalı mütəxəssis “Keşlə”ni tərk etsə də, Vaqifla Fuad kollektivlə birgəydi. Amma əsas heyətdə yox, ehtiyat oyunçular skamyasında. Belədə diqqətlərin bu iki futbolçuya yönəlməsi normal idi. Fuad sanki ilk oyundakı səhvlərini qəbul etdiyinə görə əsas heyətdən kənarda qalmasıyla barışmışdı. Hər halda, gülüb-danışır, fasilədə komanda yoldaşları ilə məşq edirdi. Vaqif isə kifayət qədər üzgün idi. Qaşları çatılan sabiq yığma üzvü heç kimlə danışmırdı. Fasilədə futbolçular isinmə hərəkəti yerinə yetirəndə Cavadov uzun müddət skamyadan tərpənmədi. Yalnız 3-5 dəqiqə meydanda oldu ki, onda da qapı qarşısına həvəssiz ötürmələr etdi.
* “Keşlə”nin ev oyunlarını keçirdiyi “İnter Arena”da tablonun hər oyunda sıradan çıxmasına alışmışıq. Lakin “Dalğa Arena”da belə ənənə mövcud deyil. Hər il əl gəzdirilən stadionun tablosunu daim işlək vəziyyətdə olub. Görünür, “Keşlə”lilərin ayağı tablo üçün düşərli deyil. Belə ki, tablo 70-ci dəqiqədə sıradan çıxdı. Stadionun texniki işçiləri hər nə qədər çalışsalar da, problemi yalnız 83-cü dəqiqədə aradan qaldırmaq mümkün oldu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar