21 iy 11:59olke

“Neftçi”ni Budapeştdə basdırdılar

“Neftçi”ni Budapeştdə basdırdılar
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Uypeşt (Macarıstan) – Neftçi 4:0 (2:0)

1. Filip Payoviç
68. Dzenan Burekoviç
5. Robert Litauski (k)
19. Miyuşko Boyoviç
49. Branko Paulyeviç
14. Alassane Diallo
18. Boyan Sankoviç
26. Daniel Naqi
(8. Benjamin Şeke, 88)
10. Donat Şoter
(21. Benjamin Balaş, 81)
6. Obinna Emmanuel Nvobodo
86. Soma Novotni
Ehtiyat oyunçular
35. Bens Qundel-Takaş
2. Kristof Şüts
9. Patrik Tişler
27. Bens Pavkoviç
99. Viktor Angelov
Baş məşqçi: Neboyşa Vinyeviç

1. Səlahət Ağayev
5. Anton Krivotsyuk
(11. Kvame Karikari, 54)
15. Ruslan Abışov (k)
(18. Tural Axundov, 41)
25. Kiril Petrov
28. Slavko Braliç
21. Məhəmməd Mirzəbəyov
6. Qoran Paratski
93. Soni Mustivar
17. Rəhman Hacıyev
(22. Mirabdulla Abbasov, 77)
10. Dario Federiko
9. Baqali Dabo
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
4. Rəşad Eyubov
8. Emin Mahmudov
Baş məşqçi: Roberto Bordin
Qollar: R.Litauski, 19 (1:0). B.Sankoviç, 21 (2:0). D.Şoter, 50 (3:0). O.E.Nvobodo, 65 (4:0).
Vərəqələr: A.Krivotsyuk, 30. D.Şoter, 57. S.Braliç, 57. O.E.Nvobodo, 69 – sarı.
Hakimlər: İOANNİS PAPADOPULOS, Trifon Petropulos, Vasilios Kamburis, Angelos Evangelou (hamısı Yunanıstan).
Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya).
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya).
Budapeşt. Ferents Susa stadionu. 3738 tamaşaçı.
İlk hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyun - 1:3.
9 (6) qapıya (“çərçivə”yə) zərbə 7 (2)
2 korner 1
3 ofsayd 3
17 qayda pozuntusu 12
2 vərəqə (qırmızı) 2
Avroliqada mübarizə aparanlardan mərhələni adlayacağına inandığımız “Neftçi” idi. “Dalğa Arena”da sərgilədiyi futboldan sonra “ağ-qaralar”dan səfər qələbəsi gözləyənlər də az deyildi. Hardan biləydik ki, bizi irəlidə faciə gözləyir...
Əslində flaqman oyuna heç də pis başlamamışdı. 7-ci dəqiqədə təşəbbüsü üzərinə götürən Federiko ətrafında Dabonu tapmadığından qapını nişan almaq qərarına gəldi. Ancaq Payoviç yerində idi. Ümumiyyətlə, oyunun əvvəlində qonaqlar sağ cinahdan hücumlar qurmağa çalışırdı. İlk oyunda dubl edən Baqali fəallıq nümayiş etdirirdi. 15-ci dəqiqədə isə sol cinahdan hücuma qoşulan Krivotsyukun işlək olmayan sağ ayağıyla zərbəsi yaddaqalan oldu. Amma Filip sayıqlığı yenə itirmədi. Meydan sahibləri tədricən özünə gəldi. Qapı qarşısına cinah asmaları zamanı mərkəz müdafiəçilərinin yersiz təlaşı uğursuzluğun carçısıydı. Təsadüfi deyil ki, macarlar 19-cu dəqiqədə hesabı açdı. Kornerdən cərimə meydançasına havalandırılan topu Litauski başla qapıdan keçirdi. Bu epizodda Səlahətin seyrçi mövqeyi tutmasını başa düşmək mümkün deyildi. İki dəqiqə sonra buraxılan növbəti topa görə isə Ağayevi qınamaq olmazdı. Çünki Sankoviç uzaqdan “9-luğ”u zərgər dəqiqliyi ilə nişan almışdı.
Artıq səfər qolu prinsipinə görə bu hesab “Uypeşt”i ikinci mərhələyə yüksəldirdi. Deməli, qonaqlar hücum etməyə məhkum idi. Ancaq yenə təşəbbüs rəqibdə idi. Yarımsaatın tamamında Şoterin zərbəsi qapının üstündən keçdi. “Neftçi” ilk dəfə tam qüvvəylə 35-ci dəqiqədə meydanın rəqibə aid hissəsinə keçdi. Amma nə faydası?! Macarların qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmirdilər. 4 dəqiqə sonra isə bəxt “ağ-qaralar”ın üzünə güldü. Novotninin baş zərbəsindən sonra top tirə dəydi. Pərişanlıq az sonra daha da artdı. Dizindən zədələnən Ruslan sıradan çıxdı. Onun yerinə Axundov meydana çıxdı. Bundan sonra Krivotsyuk Abışovun mövqeyinə keçdi. Maraqlıdı ki, Ruslandan sonra kapitan sarğısını Ağayev yox, Petrov daşıdı. 44-cü dəqiqədə Obinnanın zərbəsini məhz Petrov zərərsizləşdirdi. Hissənin sonlarında isə cərimə zərbəsini Hacıyev boşa verdi.
İkinci yarı yenicə start götürmüşdü ki, “Neftçi” qapısında 3-cü topu gördü. Petrovla Braliçin bağışlanmaz səhvi həlledici oldu. Səlahət Obinnanın zərbəsini dəf etsə də, Şoter dönən topu tora qovuşdurdu. Bordin vəziyyətdən çıxmaq üçün Krivotsyuku Karikari ilə əvəzlədi. Qanalı hücumçunun 62-ci dəqiqədə zərbəsi qapıdan yan keçdi. Bunun cavabı isə sarsıdıcı oldu. Obinna heç bir maneə ilə üzləşmədən sol cinahdan cərimə meydançasına soxularaq, uzaq küncü nişan aldı – 4:0. Artıq görüşün əlavə vaxta kimi uzanmayacağı bəlliydi. “Neftçi” rüsvayçılıqdan xilas olmaq üçün top buraxmadan iki qol vurmalıydı. Federiko bu qollardan birini 72-ci dəqiqədə vurmağa borcluydu. Amma Dabonun ötürməsindən sonra topa həvəskar futbolçu kimi zərbə endirərək həm bizi, həm də stadiondakı “Neftçi” azarkeşlərini şoka saldı.
Bakıda şir kimi görünən komandanı Budapeştdə pişiyə döndərmişdilər. Sanki Bordinin futbolçularının ruhunu oğurlayıb meydana buraxmışdılar. Qazonda nə etdiyini bilməyənlər mənasız yerə ora-bura qaçmaqdan başqa bir iş görmürdü. Vaxt isə “Neftçi”ni gözləmədən su kimi axıb gedirdi. İlk oyunun qəhrəmanlarından biri Emin Mahmudovun sonadək ehtiyatda qalması da başqa söhbətin mövzusudu. İtalyan mütəxəssisin yararsız əvəzetmələri heç nəyi dəyişmədi. Hətta son dəqiqədə Nvobodo dubl edə bilərdi. Ağayev 5-ci topun qapıdan keçməsinə icazə vermədi. Amma onsuz da islanmışın yağışdan qorxusu yox idi. Yox, bu, “Neftçi” ola bilməz. Özünü Andorra, San Marino təmsilçisi kimi aparan komandanın futbolumuzun brendinin adını daşımağa haqqı yoxdu. İndi Bakıya hansı üzlə qayıdacaqsız?
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar