23 fev 17:37olke, gundem

“İmarət” Qəbələdən xoş təəssüratla ayrılmayıb

“İmarət” Qəbələdən xoş təəssüratla ayrılmayıb
“Söyüşlərdən qaçmaq lazımdı”

“Qəbələ” - “Qarabağ” oyunu (2:0) azarkeşlərin “atışması” baxımından da diqqəti çəkdi. Özü də bu həm qarşılıqlı söyşülər, həm də qartopu zərbələri ilə müşayiət olundu. 19-cu turun prinsipial oyununda yaşananlarla bağlı “İmarət”in idarə heyətinin üzvü Elnur Quliyevin düşüncələrini öyrəndik: “Öncə oyunla bağlı onu deyim ki, Roman Qriqorçukun və komandasının “Qarabağ”ı yaxşı öyrəndiyi, təhlil etdiyi görünürdü. Çox ciddi hazırlaşmışdılar. Bu ilk dəqiqələrdən hiss olunurdu. Düzdü, “Qəbələ”dən də bir o qədər baxımlı oyun görmədik. Baxmayaraq ki, hər mənada istəkliydilər. Baxımlı oyun sərgiləmədilər. Qol imkanları çox olmasa da, dəyərləndirməyi bacardılar. “Qarabağ”da isə oyunçu çatışmazlığı hiss olunurdu. 2017-ci ildə baş tutan görüşlərdə komandada bir qədər ruh düşkünlüyünün olmasını kapitan Rəşad Sadıqovun yoxluğu ilə bağlayardım. O komandada olmayanda yeri görünür. Belə qarşılaşmalarda kapitanın yoxluğu xüsusən nəzərə çarpır. Düşünürəm ki, komandaya əlavələr lazımdı. Qol vəziyyətləri yaradılır, lakin onlardan istifadə olunmur. Hücumçular imkanları qola çevirə bilmirlər. “Qəbələ” ilə oyunda bunun şahidi olduq. Artıq növbəti qarşılaşmalara köklənmək lazımdı. Azarkeşlərlə bağlı onu deyə bilərəm ki, matçdan öncə idarə heyəti tərəfindən öz tərəfdarlarımıza təlimat keçmişdik. Yəni oyun vaxtı hər cür təhrikdən, atmacalardan, söyüşlü şüarlardan uzaq olsunlar. Bildiyiniz kimi, ora “İmarət”dən başqa “Qarabağ”ın daha iki azarkeş qrupu da getmişdi. Həmin azarkeş qruplarından biri qarşılıqlı təhqiramiz şüarlar səsləndirməyə başladı. “Qəbələ” fanatları isə fərdi yox, bütün “Qarabağ” azarkeşlərini söydülər. Bundan sonra bizə qartopu atmağa başladılar. Deyərdim ki, “Qəbələ” azarkeşləri tərbiyəsiz hərəkətlərindən çəkinmədilər. Bizimkilər də məcbur olub adekvat addım atdılar. Ümumilikdə Qəbələ səfəri bizimn üçün xoş təəssüratla yadda qalmadı”.
“Qarabağ” azarkeşləri meydan sahibi olan kluba da ziyan vurub. Belə ki, onların qərarlaşdığı sektorda bir sıra oturacaqlar sındırılıb. Bu məsələ ilə bağlı Quliyevin fikirləri maraqlı idi: “Deməzdim ki, “Qəbələ”yə ziyan vurmaq üçün hansısa addımlar atılıb. Orda buzu, qarı təmizləməmişdilər. Çox bərbad vəziyyətdə idi. Dura bilmirdik, yer soyuq idi. Ona görə azarkeşlər oturacaqların üstünə çıxırdılar. Ola bilsin, bu üzdən oturacaqlar yararsız hala düşüb. Heç kim kluba ziyan vurmaq üçün bunu etməyib”.
Qeyd edək ki, “İmarət” hər zaman intellektual futbol azarkeşliyinin tərəfdarı olduğunu söyləyir. Ancaq son zamanlar nədənsə maraqlı şüarları daha çox söyüşlər əvəz edir. Halbuki “Qarabağ”ın xanım fanatları da kifayət qədərdi və bu, onlara problem yaradır. Elnur bəyi dinləyək: “Düz qeyd etdiz. Oyundan öncə bu haqda danışmışdıq. Qarşılaşmadan sonra da üzvlərimizə çox ciddi irad bildirdik. Bizdə bəziləri var ki, özbaşınalıq edirlər. “İmarət”də bu yöndə geriləmə var. İstəmərik ki, vəziyyət bu həddə çatsın, “İmarət” deyəndə kimsə tərbiyəsiz bir qrup xatırlasın. Düzdü, azarkeşlər bunu tərbiyəsizlik kimi qəbul etmir. Ancaq stadiona təkcə fanatlar gəlmir. Sıravi azarkeşlərin də rahatlığını pozmaq olmaz. Söyüşlərdən qaçmaq lazımdı. Halbuki daha maraqlı şüarlar səsləndirmək olar. Söyüşü acizlik kimi qəbul edirəm. Bu cür halların baş verməsini istəmərik. Dediyim kimi, üzvlərimizə iradımızı bildirmişik. Belə halların aradan qalxması üçün lazımi tədbirlər görəcəyik. Çalışacağıq ki, "İmarət"in əvvəlki imicini qaytaraq. Alınsa, bu həftə 2-ci Fəxri Xiyabanda iməcilik etmək planımız var. Məzarları təmizləyəcəyik. Bundan başqa, Xocalı faciəsinə aid tədbir keçirməyi də planlaşdırırıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar