20 iy 13:44olke

Qolsuz, amma maraqlı gecə

Qolsuz, amma maraqlı gecə
Mədətov rəqib futbolçu ilə haqq-hesab çürütmək istəyirdi…
Bir ildən sonra “Tofiq Bəhramov”a qayıdış. Bu, “Qarabağ”a, ölkə futboluna könül verənlər üçün bayrama bərabər idi. Nəhəng olsa da, məkan kimi uğursuz arena sayılan Olimpiya stadionundan fərqli, bu arena doğma və əlçatan sayıldığından azarkeşlərin kefi kök idi. Hələ stadionun önündə olarkən “feysbuk”dan görüntülü bağlantı edənləri başa düşmək çətin deyildi. Hamı “Qarabağ”ın avrokubok oyunlarına “ac” idi. Belədə ənənəvi “qara bazar”, biletlərə dəyərindən artıq pulun verilməsi də sıravi futbol “xəstələr”inin əhvalını korlaya bilməzdi.
Alışılmış mənzərə
“Köhlən atlar” harda, Sənan Şəfizadə orda. ATV-də çalışan həmkarımız “Olimpiya” ilə oyunun startına bir xeyli qalmış tribunaları coşdurmağa başladı. Futbolçuların adlarının alqış sədaları altında səsləndirilməsi, rəqib azarkeşlərinin şüarlarının uğultuyla susdurulması və işıq şousu alışılmış mənzərəydi. Elə fanklublar da həmişəki yerlərindən dəstəyini əsirgəmirdi. 2-ci sektorda qərarlaşan “İmarət” yetərincə fəal idi. 5-ci sektordakı “Qarabağ boys” və 6-cı sektordakı “Qarabağ ordu” da bu fanklubun kölgəsində qalmamağa çalışırdı. Qırmızı köynək geymiş xanımlardan ibarət “Lady’s of Qarabağ” isə mərkəzi tribunada yerini tutmuşdu. Təbii ki, 30-a yaxın xanımdan güclü dəstək gözləmək mənasızdı. Bu yalnız vizual gözəllik adına xoş idi.
Vaqner Şehiçi xatırlatdı
Dördüncü dəqiqədə Vaqner azarkeşlərin ürəyini ağzına gətirdi. Topu uzaqlaşdırmaqda ləngiyincə az qala Kinqsli Boatenq onu cəzalandıracaqdı. Ancaq topu ayaqdan son anda çıxaran qolkiperi yıxdığı üçün qaradərili futbolçu qarşısında sarı vərəqə gördü. Bir sözlə, azarkeşlər əvvəlcə həyəcanlandı, sonra sevindi. Vaqner isə bu ehtiyatsızlığıyla bizə “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçi xatırlatdı.
“İmarət”in işinə yarayan su fasiləsi
25-ci dəqiqədə hakim su fasiləsi elan etdi. Bu pauza “İmarət” üçün əla fürsət oldu. Fanklub tribunaların tam sükuta qərq olduğu vaxtda İslandiya azarkeşlərinə xas ritm dəstəyini nümayiş etdirdi. Artıq hissənin ortalarına yaxın Filip Ozobiç fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında isinmə hərəkətlərinə başladı. Bir az sonra “Olimpiya”nın 3 üzvü də əzələlərini açmağa başladı. Fasilə ərəfəsində Ozobiç artıq meydanda idi. Zədələnən Dani Kintananı əvəzləyən xorvat yarımmüdafiəçi az sonra yerdə qıvrılmağa başladı. Yaxşı ki, ağrıları ciddi deyildi.
Rəşad Sadıqovun qardaşı diqqət mərkəzində
İlk hissənin sonlarında “Olimpiya”nın sürətli əks-hücumunun qarşısını Vild-Donald Gerye aldı. Ancaq bu epizodda müdafiənin boşluq verməsi həm Qurban Qurbanovu, həm də Rəşad Sadıqovu narazı aldı. Belədə yaranmış qısa fasilədə öz aralarında vəziyyəti müzakirə etdikdən sonra futbolçulara irad və tövsiyələrini çatdırdılar. Yeri gəlmişkən, bu dəqiqələrdə Rəşadın qardaşı Kamran da fəallığıyla seçilirdi. Media tribunasının yaxınlığında əyləşən böyük qardaş azyaşlılarla birgə “Qarabağ”, “Qarabağ” deyə qışqırırdı.
Sloveniyalılar fəal deyildi
Fasilədə Şəfizadə azarkeşləri daha da fəal olmağa səslədi. Futbolçular meydana qayıdandan sonra tribunalardan səslənən “ən böyük əsgər, bizim əsgər” şüarı stadionda asayişin keşiyində duran hərbi qulluqçulara yönəlmişdi. Hakim növbəti su fasiləsini 69-cu dəqiqədə verdi. Bu zaman hər iki çalışdırıcı fürsətdən istifadə edib, futbolçulara təlimatlarını verdilər. Komandaları nadir hallarda hücuma keçəndə sloveniyalı azarkeşlərin səsini eşidirdik. Yəni o qədər də fəal deyildilər.
Final insidenti
Son dəqiqələr daha həyəcanlı keçdi. “Olimpiya” bir neçə standart vəziyyətdən yararlana bilmədi və final fiti azarkeşləri sakitləşdirdi. Nəticədən çox komandanın Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməsi azarkeşləri sevindirdi. Amma final fiti çalınanda 90 dəqiqə boyunca yola gedən rəqiblər az qala dalaşacaqdı. Belə ki, Marko Qayiç hakimin fitini cərimə zərbəsi kimi anladı. Belədə dərhal topu Ozobiçdən almağa çalışdı. Filipin topu qucaqlamasına qəzəblənən müdafiəçi onu alan kimi xorvatın kürəyinə çırpdı. Dərhal bu futbolçular kəllə-kəlləyə gəldi. Mahir Mədətov isə aranı sakitləşdirmək əvəzinə rəqiblə haqq-hesab çürütmək eşqinə düşüb, odun üstünə yağ tökdü. Dərhal Sadıqov əsl kapitan kimi çılğın komanda yoldaşının qarşısını kəsib, ona sərt iradını bildirdi. Bu haray-həşirdə meydana daxil olmuş yeniyetmələrdən biri Mahirdən formasını istəyirdi...
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar