“Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi » Football-plus.az
18 iy 20:14olke

“Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi

“Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi
Qurban Qurbanovun heyətdə dəyişikliklər edəcəyi gözlənilir
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Qarabağ - Olimpiya (Sloveniya)
Hakimlər: EREZ PAPİR, David Elias Bitton, Eliyahu Casapu, David Fuxman (hamısı İsrail).
Hakim-inspektor: Sokol Jareçi (Albaniya).
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan).
18 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.00
Çempionlar Liqasına ötən həftə səfər qələbəsi ilə başlayan “Qarabağ” sabah Sloveniya “Olimpiya”sını qəbul edəcək. İlk baxışdan rəqib meydanında qazanılan 1:0 hesablı qələbə böyük üstünlük hesab oluna bilər. Ancaq oyunun axarını yada salsaq, Ağdam təmsilçisinin Lyublyanada çətin anlar yaşadığını etiraf etməliyik. Fiziki cəhətdən xeyli güclü təsir bağışlayan rəqibin yenə əks-hücum taktikasından yararlanacağı ehtimal olunandı. Çox güman, oyunu müdafiədən quracaq qonaqlar “Qarabağ”ın arxa xəttində boşluq axtaracaqlar.
Qurban Qurbanov taktikanı dəyişə bilər
Lyublyana təmsilçisi “Qarabağ”a qarşı tam heyətlə oynaya bilməyəcək. Belə ki, uzun müddətdi zədədən əziyyət çəkən müdafiəçi Alyaz Krefl və yarımmüdafiəçi Nathan Oduva yenə komandadan ayrı qalıb. Həmçinin ilk qarşılaşmada qırmızı vərəqə alan hücumçu Abbas İssa da paytaxtımıza gətirilməyib. Ağdam təmsilçisinə gəlincə, böyük ehtimalla Qurban Qurbanov fərqli taktikaya əl atacaq. Bu dəfə Simeon Slavçevin start heyətində yer alacağı gözlənilir. Bu, bir növ məcburi dəyişiklik kimi görünə bilər. Axı səfər matçında qırmızı vərəqə alan Qara Qarayev sabahkı oyunda komandaya kömək edə bilməyəcək. Qurban Qurbanov yarımmüdafiənin mərkəzində bolqarla Miçelin tandem təşkil etməsi yönündə qərar verə bilər. Filip Ozobiçin hücumun arxasında, ötən oyun meydana sonradan çıxan Dani Kintananın sağ, Abdulla Zubirin isə sol cinahda yer alması mümkün variantdı. Müdafiənin mərkəziylə bağlı dəyişiklik də gözləniləndi. Rəşad Sadıqovun mikrozədəsi olduğuna görə səfər qarşılaşmasında Yakub Jezniçakla Bədavi Hüseynov stopper mövqeyində yer almışdılarsa, bu dəfə kapitanın sıraya dönməsi polşalının ehtiyatda qalmasıyla nəticələnə bilər.
“Olimpiya” səfər komandası deyil
Statistikaya gəlincə, bu məqam “Qarabağ”ın xeyrinədi. Məsələ burasındadı ki, “Olimpiya” səfər komandası deyil. Avrokubok təcrübəsi 19 qarşılaşma ilə məhdudlaşan lyublyanalılar beynəlxalq arenadakı 7 cəhddən 5-də mərhələ adlaya bilməyiblər. “Əjdahalar” üçün 2011/12 mövsümü bir qədər uğurlu alınıb. Belə ki, həmin mövsüm Avroliqanın 1-ci təsnifat mərhələsində “Şiroki Briyeq”i (Bosniya və Hersoqovina) yolundan kənarlaşdıran (3:0, 0:0) sloveniyalılar ardınca “Boheminas” (İrlandiya) səddini də aşa biliblər (2:0, 1:1). Lakin 3-cü mərhələdə daha ciddi rəqiblər qarşılaşan Lyublyana təmsilçisi Avroliqa ilə vidalaşıb. Belə ki, “Austriya” (Avstriya) “yaşıl-ağlar”dan üstün olub (3:2, 1:1). Növbəti mövsüm isə “Olimpiya” yalnız bir mərhələ adlayıb. Sloveniyalılar Avroliqanın 1-ci təsnifat mərhələsində “Jeness”i (Lüksemburq) yolundan kənarlaşdırıb (3:0, 3:0). Lakin 2-ci mərhələdə “Tromse” (Norveç) səddini keçmək mümkün olmayıb (0:0, 0:1). Ümumiyyətlə, bu komanda səfərdə keçirdiyi 9 oyundan yalnız 2-də qələbə qazanıb, daha 2 dəfə heç-heçə ilə kifayətlənib. Göründüyü kimi, rəqib meydanında 9 qarşılaşmadan 5-də uduzan “Qarabağ”ın rəqibi səfərdə inamsız çıxış edir.
Azərbaycan klubları indiyədək 6 dəfə səfərdəki ilk qarşılaşmada 1 qolla qalib gəlib və bunların beşində mərhələni adlayıb ki, hər dəfə turu adlayan məhz “Qarabağ” olub. Qurban Qurbanovun yetirmələri bu cəhdin hamısındakı səfər qarşılaşmasında da qalib gəlib. 2009-cu ildə “Honka”nı (Finlandiya) 2:1, 2010-da “Visla”nı (Polşa) 3:2, 2013-də “Metallurq”u (Makedoniya) 1:0, 2014-də “Valletta”nı (Malta) 4:0, üç il öncə isə “Yanq Boyz”u (İsveçrə) 3:0 hesabı ilə yenib. Azərbaycan təmsilçisinin səfərdəki 1:0 hesablı qələbədən sonra mərhələ keçməməsinin yeganə səbəbkarı isə “Elfsborq” olub. İsveçdə qalib gələn “İnter” (indiki “Keşlə”) evdə eyni hesabla uduzduqdan sonra penaltilərdə rəqibdən zəif olub.
ÇL-də debüt edəcək israilli
Xəbər verdiyimiz kimi, “Qarabağ” – “Olimpiya” oyununu israilli hakimlər idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Erez Papir olacaq. Onun köməkçiləri David Elias Bittonla Eliyahu Casapu olacaqsa, dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək. Yeri gəlmişkən, qarşılaşmaya UEFA nümayəndəsi kimi macarıstanlı Robert Kispal təyin edilib. Hakim-inspektor vəzifəsi isə albaniyalı Sokol Jareçiyə tapşırılıb.
“Qarabağ” Erez Papirdən da ehtiyatlanmalıdı. Sentyabrda 38 yaşını tamamlayacaq referi 2015-ci ildən beynəlxalq oyunlara təyinat alır, yəni təcrübəsiz sayıla bilər. O, bu müddətdə cəmi 17 matçda iş başında olub. U-17, U-19 və U-21 millilərinin seçmə mərhələ qarşılaşmalarını idarə edən Papir Avroliqanın təsnifat mərhələsində vur-tut 5 dəfə iş başında olub. Və indiyə qədər heç bir görüşdə yolu bizimkilərlə kəsişməyib. Bu isə o deməkdi ki, Bakıya səfər Erez üçün ilk olacaq. İlk olan təkcə bu fakt deyil. Daha bir maraqlı məqam İsraildən olan hakimin Çempionlar Liqasında debüt etməsidi. Üç il yarımdı ciddi qarşılaşmalara təyinat alan referi heç vaxt Avropanın bir nömrəli klub turnirində görünməmişdi. Heç şübhəsiz, bu məqam Papirin idarəçiliyinə təsir edə bilər. Hər halda, Çempionlar Liqasını U-17-lərin, yaxud U-19-ların oyunu ilə bir tuta bilmərik. 17 qarşılaşmada futbolçulara 55 dəfə sarı vərəqə göstərib ki, bunlardan 30-u meydan sahiblərinin payına düşüb. Elə penalti və qırmızı vərəqə sayında da ev sahiblərinə münasibətdə amansız olduğu görünür. Təyin etdiyi 3 penaltidən 1-i qonaqların payına düşdüyü halda, 2 dəfə meydan sahibləri cəzalanıb. Eyni göstərici qırmızı vərəqəyə də aiddi. Oyunların yekun nəticəsiylə bağlı göstərici də qonaqların xeyrinədi. 7 matçda ev sahibləri sevindiyi halda, 8 dəfə qonaqların üzü gülüb, 2 dəfə isə heç-heçə qeydə alınıb. Odu ki, “Qarabağ” bu hakimdən ehtiyatlanmalıdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar