“Sabah” “Zirə”yə də uduzdu » Football-plus.az
17 iy 16:55olke

“Sabah” “Zirə”yə də uduzdu

“Sabah” “Zirə”yə də uduzdu
Cavid İmamverdiyevin suallara cavab verməyə cəsarəti çatmadı
Şənbə günü çoxları dünya çempionatının bürünc medalı uğrunda Belçika və İngiltərənin mübarizəsini izləyərkən bir qism azarkeş “Əlincə Arena”ya toplaşmışdı. 100-ə yaxın tamaşaçı “Sabah” – “Zirə” oyununu izləyirdi. Bu, elitanın debütantının Türkiyə səfəri ərəfəsində son yoxlama görüşü idi. Elşad Əhmədovun komandası daha öncə “Səbail”lə heç-heçə etmiş (1:1) və “Sumqayıt”a uduzmuşdu – 0:2. Mütəxəssis bu qarşılaşmada aşağıdakı futbolçuları start heyətində meydana buraxmışdı:
30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 7. Vitali Kvaşuk, 8. Elşən Abdullayev, 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
Ayxan Abbasovun start “11-liy”i isə belə idi: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 21. Xalid Mesfin, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 87. Müşviq İlyasov, 14. Tellur Mütəlliov, 17. Vüsal İsgəndərli, 77. Mirsahib Abbasov, 9. Aleksandr Dedov.
Hər iki çalışdırıcı heyətdə çoxlu dəyişikliklər etdi. Qonaqlardan Sadio Tounkara, İlkin Muradov, Tapdıq Əhmədov, Kamal Bayramov, Daniel Odey, Edvard Akvesi, Əmrah Bayramov, İbrahim Aslanlı və Kənan Zülfüqarov, meydan sahiblərindən isə Tərlan Əhmədli, Ülvi İbazadə, Vadim Abdullayev, Cavid İmamverdiyev, Tural Qürbətov, Yosip Baliç, Elvin Həsənəliyev və Elvin Bədəlov qazona ayaq basdı. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılara cəmi 2 top vuruldu. İlk hissədə Dedov penaltidən fərqləndisə, ikinci yarıda dirəkdən dönən topu İlyasov tora qovuşdurdu. Beləliklə, “Zirə” 2:0 hesablı qələbəyə sevindi. Matçda diqqəti çəkən məqamlardan biri Tounkaranın söyüş söydüyünə görə meydandan qovulması oldu. Baş hakim Əliyar Ağayev Sadionu nalayiq ifadəyə görə bağışlamadı. Ancaq yoxlama oyunu olduğundan qarşılıqlı razılıq əsasında qonaqlar azlıqda qalmadı və Tounkaranın yerinə başqa futbolçu meydana çıxdı. Sadionun oyundan sonra baş məşqçidən üzr istəməsi və gənc mütəxəssisin komandada belə hərəkətlərin yol verilməz olduğunu deməsi də diqqətimizdən yayınmadı. Bu oyunda Abbasov baxışda olan iki qanalını – Daniel Odeylə Edvard Akvesini də sınaqdan keçirdi.
“Sabah”a gəlincə, “7 nömrə”yə sahib çıxan Vitali Kvaşuku ilk dəfə iş başında gördük. Ukraynalı futbolçu pis təsir bağışlamadı. Cəld və texnikalı olduğunu hiss etdirdi. Komandaya böyük fayda verə bilər. Onun ikinci hissədə əlindən zədələndiyini də qeyd edib, keçək Cavid İmamverdiyevə. Sözsüz, əsas diqqətlər sürpriz şəkildə “Sumqayıt”ı “Sabah”a dəyişən yarımmüdafiəçiyə yönəlmişdi. Yeni komandasında “10 nömrə”yə sahib çıxan yığma üzvü “Zirə” ilə matçda formadan düşmədiyini göstərdi. Ancaq oyundan sonra müsahibə verməkdən boyun qaçırmaqla hörmətsizlik etdi. Adama deyərlər ki, qəbahət bir işin yoxdusa, niyə mətbuatdan qaçırsan? Bəlkə də “legioner həyatı yaşamaq şansın ola-ola, niyə “Sabah”a keçdin” sualına cavab verə bilməyəcəyini anladığına görə vəziyyətdən çıxış yolunu susmaqda gördü…
Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndik.
Elşad Əhmədov: “Futbolçular yorğun görünür. Bunu da başa düşmək olar. Çünki bu təlim-məşq toplanışında daha çox fiziki hazırlıq üzərində işləmişik. Bakıdakı toplanışın son mərhələsiydi. Türkiyədə fiziki yüklənmə olmayacaq. Məşqlərin intensivliyini azaldıb, ordakı yoxlama oyunlarına daha təravətli çıxmağa çalışacağıq. Bu gün “Zirə” bizdən güclü görünürdü və layiqli qələbə qazandı. Hələ oyun fəlsəfəmi komandaya tam aşılaya bilməmişəm. Buna bir az vaxt lazımdı. Cavid hələ tam hazır olmadığından son 25-30 dəqiqədə meydana buraxdım. Tam hazır olandan sonra komandaya böyük fayda verəcək. Hücumçu və sol cinah müdafiəçisi axtarışı davam edir. Baxışda olan iki yerli futbolçu var. Onları da Türkiyəyə aparacağıq. Yekun qərarı orda verə bilərik”.
Ayxan Abbasov: “Məşqlərimizin tempini artırmışdıq. Bizə belə oyun lazım idi. Bu görüşdə futbolçuların qarşısına qoyulan vəzifə tempi yüksək səviyyədə saxlamaq idi. İsti havada bunu etmək çətindi. Məncə, normal oyun getdi. İstədiyimiz tempi aldıq. Bu gün bizim üçün nəticə önəmli deyildi. Futbolçuların meydandakı hərəkətliliyini, yorğun durumda verilən qərarları görmək istəyirdik. İstədiyimizi ala bildik. Baxışda olan qanalılar, yəqin ki, komandamızda qalmayacaq. Jozef Bum və Riçard Qadze “Zirə”yə çox fayda verib. Ancaq onların yerini doldurmağa çalışacağıq. İndidən növbəti mövsümlə bağlı proqnoz vermək tezdi. Çünki hələ transferlərimiz başa çatmayıb. Bildiyiniz kimi, iki əcnəbini heyətimizə qatmışıq. Ancaq komandaya yeni qoşulduqlarından bu gün meydana çıxmadılar. Bəli, bu il çətin olacaq. Çünki premyer-liqanın digər iştirakçıları da yaxşı transferlər edib. Avrokuboklarda oynayanlar var. Onların sırasına daxil olmaq bizim üçün çətin olsa da, təslim olmaq fikrimiz yoxdu. “Zirə”nin əzmkarlığını göstərməyə çalışacağıq. Hücumçu və stopper axtarışımız davam edir”.
Yeri gəlmişkən, iyulun 13-də bu komandaların əvəzediciləri üz-üzə gəlib. Binə stadionunda keçirilən yoxlama oyununda qalib müəyyənləşməyib – 1:1. “Sabah”dan Kənan Həsənov, “Zirə”dən isə Ülvi İbrahimov fərqlənib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar