17 iy 16:48olke

“Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir

“Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir
Əfqan Talıbov: “Belə şey olsa, çemodanımı yığıb gedəcəm”
Dünən günorta saatlarında “Dəmirçi Plaza”da “Xan Lənkəran”ın məşqçilər korpusunun təqdimatı baş tutdu. Əvvəlcə yarımsaatlıq ləngimə ilə bağlı üzrxahlıq edən klubun İdarə Heyətinin sədri Rəsul Şükürsoy daha sonra bunları dedi: “Klub kimi formalaşdıqdan sonra artıq komanda quruculuğuna başlamışıq. Bunun ilk mərhələsi məşqçilər korpusunun təyinatıdı. Əfqan Talıbova təşəkkür edirəm ki, bu məsuliyyətli yolda bizimlə birgə addımlamağa razılaşdı. Onun ətrafında məşqçilər korpusunu formalaşdırmışıq. Onun köməkçiləri Lənkərandandı. Əkiz qardaşlar, “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında fəaliyyət göstərmiş Röyal və Xəyal Abbasovlar, eləcə də qapıçılar üzrə məşqçi Hamil Abdullayevilə anlaşmışıq. Qarşıdakı günlərdə məşqçilər korpusuna əlavələr ola bilər. Əfqan müəllimin fikirləri nəzərə alınacaq. Komandanın təlim-məşq planı baş məşqçinin proqramına uyğun hazırlanacaq. Artıq texniki məsələləri həll etmişik. İman Həsənov isə komandanın inzibatçısı kimi çalışacaq. Bundan başqa, “Piksen” şirkətiylə əməkdaşlıq müqaviləsi imzalayacağıq. Şirkətin əməkdaşı Azər Şirvanzadə də burdadı. İddialı reklam şirkəti ilə əməkdaşlıq edəcəyik. Artıq kluba sponsorların tapılması yönündə “Piksen”lə işbirliyinə başlamışıq”.
Daha sonra bütün məşqçilərlə 3 illik müqavilə imzalandı. Həmçinin “Piksen”lə anlaşma da rəsmiləşdi. Tədbir 1 saatı aşdığından mətbuat konfransını müəyyən ixtisarla diqqətinizə çatdırırıq. Əvvəlcə Talıbovun səsləndirdiyi fikirlərə nəzər salaq: “Hansısa bir işə başlayanda 10 günə, 1 aya uğur qazanmaq mümkün deyil. Burda əvvəlcə ailə formalaşmalıdı. İki gənc köməkçimə bacarığımdan, təcrübəmdən aşılamağa çalışacam. “Xan Lənkəran”ın təklifinə burda hər şeyin şəffaf olmasına görə razılıq verdim. Burda kimsə kimsədən nəsə gizlədə bilməz. Kimsə gəlib mənə deyə bilməz ki, Əlini yox, Vəlini oynat. Burda komandanı formalaşdırmaq çox çətindi. Niyə? Hələlik komandanın bazası yoxdu. Ailə problemlərlə üzləşsə də, intizamlı, səbirli olmalıdı. Düzgün strategiya qurmalıyıq. Burda legionerlər də olacaq, gənclər də. Ancaq hələ 1-ci divizionda gənclərlə bağlı limitin necə olacağı bilinmir. Bu baxımdan işim çox çətindi. Sıfırdan başlayırıq. Amma düşünürəm ki, arxamızda böyük azarkeş ordusu var. Onların dəstəyi ilə birgə yeni modeli reallaşdırmalıyıq. Fikirləşirik ki, heyətdə Lənkərandan 5 futbolçu olsun. Azarkeşlər yerlilərə daha çox dəstək verir. Bunu futbolçu olarkən də görmüşəm. Onların varlığı komandaya ruh verir. Köməkçilərim və Sakin Məmmədzadənin yardımıyla seleksiya işləri aparırıq. Yerlilər gəlmələrə nümunə olmalıdı. Çempionatın başlamasına hələ 2 ay var. Gələn həftənin sonundan məşqlərə start verməyi planlaşdırırıq. Havanın isti keçməsi hazırlığa daha erkən başlamağa imkan vermir. Fiziki hazırlıq üzrə məşqçi də yəqin ki, məşqçilər korpusuna əlavə olunacaq. Keçmiş klublarımda gördüyüm mənzərəni burda görmürəm. Çünki idarəedici 1 nəfər deyil. “Xan Lənkəran”da heç kim mənə “bunu götür, bura qoy, biz dediyimiz futbolçunu oynat” deyə bilməz. Belə şey olsa, çemodanımı yığıb gedəcəm. Çünki artıq belə şeylərdən diksinmişəm”.
Daha sonra Azər bəy bunları dedi: “Yeni modeldə klub yaradılıbsa, yeni model təqdimetmə baş tutmalıdı. Daha fəal, azarkeşlərin daim izləyəcəyi və sevəcəyi bir klub olmalıdı. Artıq baş sponsor tapmaq istiqamətində qolları çırmalamışıq. Bizi tanıyan böyük kooperativlər var. Hansı ki, uzun müddətdi onların işlərini görürük. Bir neçəsiylə danışıq aparılıb. Növbəti həftə baş sponsorluqla bağlı iki şirkətdən təklif gözləyirik. Anlaşma əldə olunduqdan sonra klub rəsmən bunu bəyan edəcək. Müəyyən müddətdən sonra qarşılıqlı razılıq əsasında baş sponsorun təqdimatı baş tuta bilər. Baş sponsor müəyyənləşdikdən sonra başqa seqmentlər üzrə klubun strategiyasına uyğun sponsorlar müəyyənləşdiriləcək və təkliflərimizi irəli sürəcəyik”.
“Xəzər Lənkəran”dan müsbət cavab almasaq, ev oyunlarımızı Bakıda keçirəcəyik”
İndi isə keçək Rəsul bəyin suallara verdiyi cavablara:
- Klub nə vaxt və harda fəaliyyətə başlayacaq?
- Biz 3 aydı fəaliyyətə başlamışıq. Azərbaycanda komanda fəaliyyəti ilə klub fəaliyyətini qarışdırırlar. Komandanı meydanda görməyəndə klubun da fəaliyyət göstərmədiyini düşünürlər. Amma məsələ başqa cürdü. Ən çətin iş klubun formalaşdırılmasıdı. Sözsüz, komanda quruculuğunun da çətinlikləri var. Klub fəaliyyəti istiqamətində qarşıya qoyulan məqsədin 80 faizinə çatmışıq. Sonrakı mərhələdə komanda quruculuğuna üstünlük veriləcək. Bununla bağlı da tədbirlər planı hazırlanıb. Gələn həftənin sonundan Əfqan müəllim məşq proqramını bizə təqdim edəcək və hazırlığa start veriləcək. Hazırda bizə məxsus baza yoxdu. “Xəzər Lənkəran”ın bazasından icarə əsasında yararlanmaq istəyirik. Hələ qarşı tərəfdən cavab almamışıq. İlkin mərhələdə Bakıda hazırlığa başlamağı məqsədəuyğun sayırıq. İlkin razılıq var. Böyük ehtimalla məşqləri ADBTİA-nın stadionunda keçəcəyik. Komandanı təlim-məşq toplanışı keçməsi üçün Ukraynaya göndərməyi planlaşdırırıq. Bununla bağlı texniki məsələlər həll olunur. Hər şey plan üzrə gedir.
- “Xəzər Lənkəran”dan mənfi cavab alsaz, ev oyunlarını harda keçirəcəksiz?
- Alternativ variantlarımız var. Bu klubdan müsbət cavab almasaq, ev oyunlarını Bakıda keçirəcəyik. Təbii ki, “Fırtınalar meydanı”nda oynamaq istəyirik. Orda azarkeş kütləsi var. Lənkəran Olimpiya Kompleksinin stadionundan da istifadə edə bilərik.
- Hissələrin bir qismi ilkin mərhələdə satışa çıxarılıb. Bu gün (dünən) bu mərhələ başa çatır. Satışlarda son vəziyyət necədi?
- İlkin olaraq 10 min hissənin 4 minini satışa çıxarmışıq. Dəqiq statistik məlumatlar məndə yoxdu. Yəqin ki, sabaha dəqiq məlumat olacaq. Satışa çıxarılan hissələrin 11,5 faizi satılmışdı. Klubun maliyyələşməsini təkcə hissə satışlarında görmürük. Bu satışlardan və ianələrdən 50 min manatın yığılması bizi ona görə sevindirir ki, artıq bu klubun yalnız bir nəfər tərəfindən idarə olunmayacağı dəqiqdi. İstədiyimiz kollegial idarəetmə sistemini qurduq. Maliyyə ilə bağlı ciddi sponsor danışıqlarında ilkin razılıq əldə olunub. Həmçinin bron olunmuş hissələr var. Bununla bağlı həftəsonu ölkə xaricinə səfərlər planlaşdırılıb. Həmin bron olunmuş hissələrə görə ödənişlər daxil olduqdan sonra 4000 hissənin 70 faizinin dəyərini balansda görəcəksiz.
- Üç gün əvvəl “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov klubun fəaliyyətini davam etdirəcəyini deyib. Onlardan işbirliyi təklifi gəlsə, “Xəzər Lənkəran”la birləşəcəksiz?
- Bu, baş verə bilməz. Burda klubun aliliyi prinsipi hər şeydən öndədi. “Xan Lənkəran” prinsiplərini pozub, başqa klubun strukturuna keçə bilməz. Mənsimovun bu açıqlaması “Xəzər Lənkəran”la bağlıdı. Bu klubun fəaliyyətini bərpa etməsini hər zaman istəmişik. Bu istiqamətdə təbliğat da aparmışıq. “Xan Lənkəran”ın varlığı bu bölgədə yenidən futbolun aktuallaşmasına səbəb olur. Klubumuzun strukturu tam fərqlidi.
- “Xəzər Lənkəran”ın stadionundan icarə əsasında yararlanmaq istəyirsiz. Onlar geri qayıtsa, baza və azarkeş məsələsində bu durum “Xan Lənkəran”a necə təsir edə bilər?
- Necə olacağını zaman göstərəcək. Mənim fikrimi bilmək istəyirsizsə, çox yaxşı vəziyyət yaranacaq. Bütün lənkəranlı futbolsevərlər başqa komandalarla oyunlarda həm “Xəzər Lənkəran”a, həm də “Xan Lənkəran”a azarkeşlik edəcəklər. Onlar, sadəcə, derbidə bölünəcək. Kimin payına nə qədər azarkeş düşəcəyini zaman göstərəcək. Bunun bizim üçün fərqi yoxdu.
- Lisenziyalaşdırmanın tələblərinə nə dərəcədə cavab verirsiz?
- Divizionda oynamaq üçün belə tələb yoxdu. Bu yalnız premyer-liqada və avrokuboklarda oynamaq istəyən klubların qarşısında duran şərtdi. AFFA-ya müraciət etmək istəyirik ki, bizə lisenziya şərtlərini erkən göndərsinlər ki, bunları həll etmək üçün zamanımız çox olsun. Çünki 2019/20 mövsümündə premyer-liqada oynamaq istəyirik. Buna hazır olmalıyıq. Lisenziya normativlərini doldurmaq yolunda çox işlər aparırıq. İstəyirik ki, bank sponsorumuz olsun ki, vaxtı çatanda lisenziya tələbini yerinə yetirə bilək.
- Komandanın geyimləri nə vaxt hazır olacaq?
- Bununla bağlı Türkiyənin qabaqcıl tekstil şirkətlərindən biriylə danışıq aparmışıq. İlk mərhələdə 30 min geyim istehsalı nəzərdə tutulub. Bu, böyük layihədi. Böyük kampaniyalar nəzərdə tutulub.
- Niyə klubun rəngləri ağ və yaşıldı?
- Bu haqda çox soruşurlar. Bu rəngləri “Xəzər Lənkəran”dan götürməmişik. Rəng seçimindən əvvəl lənkəranlı futbolsevərlər arasında sorğu apardıq və səsvermə etdik. Nəticədə ağ-yaşıl rəng seçildi.
- Direktorlar Şurası niyə dağıldı? Bir də Lənkəran Şəhər İcra Hakimiyyəti ilə danışıqlar nə yerdə qaldı?
- Direktorlar Şurası klubda nəzarət funksiyasını yerinə yetirməliydi. Şuranın yaradılmasını lənkəranlı ziyalıların və futbol adamlarının öhdəsinə buraxdıq. Lakin onlar özlərinin yaratdığı şuranı özləri buraxdı. Bizim müdaxiləmiz olmadı. Açığı, indi bu şuranı yenidən formalaşdırmağa vaxtımız yoxdu. Gələcəkdə Nəzarət-Təftiş Komissiyasının yaradılması nəzərdə tutulub. İcra Hakimiyyəti ilə bağlı məsələyə gəlincə, biz sadəcə, Lənkəranda belə klubun yaradıldığını məlumat vermişik. İki dəfə məktub göndərmişik. Danışığımız da olub. İcranın Lənkəranda görməli olduğu işlər çoxdu. Onların vaxtını almaq istəmirik. İcradan heç bir asılılığımız yoxdu. Bilirlər ki, məqsədimiz bölgədə futbolu inkişaf etdirməkdi. Hesab edirəm ki, aradakı anlaşmazlıqlar zamanla həll olunacaq.
- “Xəzər Lənkəran”ın bağlamasında siyasi qərar da vardı. Düşünmürsüz ki, bölgədə müəyyən qədər azarkeş topladıqdan sonra sizi də belə aqibət gözləsin?
- Futbolla siyasəti yan-yana tutmaq fikrində deyilik. Futbolun öz siyasəti var. İnanmıram ki, “Xəzər Lənkəran”ın dağılmasında siyasi amillər rol oynayıb. Biz heç nədən qorxmuruq. Fəaliyyətimizdə hər hansı əngəl yox, dəstək görürük.
- Klubun loqosunda əks olunan 1968-ə də aydınlıq gətirməyinizi istərdik.
- Həmin il “Xəzər” adlı Lənkəran təmsilçisi peşəkar komanda kimi ölkə çempionatına qatılıb. Buna qədər həvəskar “Məhsul” komandası olub. Biz də özümüzü “Xəzər”in mənəvi varisi sayırıq və bu ili seçdik. Ümumiyyətlə, yerli futbol veteranlarını prosesdən kənarda qoymaq istəmirik. Həmin veteranları da bu klubun bir parçası etmək istəyirik ki, keçmişdən danışanda istinad nöqtəmiz olsun. Lənkəran futbolunun tarixiylə bağlı videomaterial hazırlaya, veteranların sosial müdafiəsi üçün təqaüdlə və işlə təmin edə bilərik. Bunu özümüzdə vicdani məsuliyyət hesab edirik.
- Şəffaflıqdan danışdız. Bəs futbolçuların maaşları ictimaiyyətə açıqlanacaq? Avropada belə təcrübə var.
- Hesab edirəm ki, Avropa klublarında açıqlanan rəqəmlər də həqiqəti tam əks etdirmir. Proseslərin içində olan biri kimi bunu deyə bilərəm. Bu rəqəmlər əksər hallarda reklam və stimullaşdırma xarakteri daşıyır. Niyə maaşları açıqlaya bilmirik? Çünki bir futbolçu biləndə ki, komanda yoldaşından az maaş alır, bu, daxili nizam-intizamı pozur. Onlara tapşırılır ki, bir-birinizin maaşınızı bilməməlisiz. Burda psixoloji məsələlər ortaya çıxa bilər. Mükafat sistemində isə belə addım atacağıq. Start heyətində yer alan qələbəyə görə 100, meydana sonradan çıxan 75, ehtiyatdakılar 50, ilk “18-lik”dən kənarda qalanlar isə 25 faiz mükafat alacaq. Bu da futbolçuları əsas heyətə düşmək üçün stimullaşdıracaq və daha səylə çalışacaqlar.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar