15 iy 13:16olke

Bordin “Neftçi”dən razı qaldı

Bordin “Neftçi”dən razı qaldı
Vinyeviç: “Bu məsuliyyətsizlik rəhbərliyin boynundadı”
“Neftçi” – “Uypeşt” oyunundan sonra baş məşqçilərin, xüsusən də Neboyşa Vinyeviçin nə deyəcəyi maraq doğururdu. O əvvəlcə matçla bağlı fikirlərini səsləndirdi: “Rəqibi təbrik etmək istəyirəm. Öz oyunçularıma da belə oyuna görə təşəkkür edirəm. Oyundan öncə də bilirdim ki, “Neftçi” daha təcrübəlidi və keyfiyyətli futbolçulara malikdi. Onu da bilirdim ki, “Neftçi” məğlubedilməz deyil. Oyuna tam hazır deyildik, çünki iki aparıcı futbolçumuzu itirmişdik. Oyunun əvvəlində qol vurduq, inanırdım ki, qalib gələcəyik. Hesabda önə keçdikdən sonra rəqib topa sahib olmağa başladı. Təəssüf edirəm ki, “Neftçi”yə 3 qol bağışladıq. Son olaraq rəqib həmkarımı və “Neftçi”ni təbrik edirəm. Ümid edək ki, bir həftə sonrakı oyunda daha yaxşı formada olub, lazımi nəticəni qazanacağıq”.
– İki futbolçunuz Bakıdakı hava limanından geri qaytarıldı. Bunun günahkarı kimdi: rəhbərlik, yoxsa futbolçular özü?
– Bu məsuliyyətsizlik rəhbərliyin boynundadı.
– Hesabda önə keçəndən sonra matçın yekun nəticəsi ilə bağlı proqnozunuz necə idi?
– Tək hesab açılandan sonra yox, bərabərləşəndən sonra da rəqib topa daha çox yiyələnirdi. Bilirdim ki, rəqib güclüdü, hər an nəsə edə bilər. Ona görə də konkret hansısa hesab haqda düşünmürdüm. 1:1-dən sonra əsas diqqəti müdafiəyə ayırıb, bəxtimizi əks-hücumlarda sınamalıydıq. Lakin planımız baş tutmadı.
– İki futbolçunuz rəhbərliyin məsuliyyətsizliyi ucbatından bu oyunda iştirak edə bilmədi. Üstəgəl, səfərə kiçik həcmli təyyarə ilə çıxmışdız ki, məcburiyyətdən iki dəfə yerə enməli olduz. Belə klubda işlədiyinizə görə peşman deyilsiz?
– Bu sualı cavablamaq istəmirəm. Çünki 5 ildi burda çalışıram. Əlbəttə, həmin futbolçuların yoxluğuna görə təssüflənirəm. O ki qaldı təyyarə məsələsinə, hər klub “Neftçi” kimi varlı deyil. Hamının səhvi ola bilər. Uduzmuşuqsa, başqa yerlərdə bəhanə axtarmamalıyıq.
- Oyundan bir gün əvvəl Bakıda məşqə çıxmamağınızın yenilgidə hansısa rolu oldu?
- Bəli, bura gec çatdıq. Məşq etmək istəsək də, alınmayacaqdı. Uduzmağımız “Neftçi”nin güclü olmasına görədi. Problemlərimiz var, onları aradan qaldırmalıyıq.
– Cavab oyunundan nə gözləyirsiz?
– Tam qüvvə ilə oynayacağıq, üstəlik, azarkeş dəstəyimiz olacaq. Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik
– “Neftçi”nin futbolçularından kimi fərqləndirərdiz?
– Rəhman Hacıyevin adını çəkə bilərəm. Həmçinin Dario Federiko yaxşı oyunçudu. Bu oyunçular böyük potensiala sahibdi. Namiq Ələsgərovu da qeyd etməliyəm. Zədələnməsəydi, bizə ciddi problem yarada bilərdi.
- Bəs Baqali Dabo?
- (ağzını büzür) Dabo yaxşı oyunçudu, ancaq qeyri-adi heç nə görmədim. Futbolçularımızın kobud səhvlərindən iki qol vurdu. Ona boş mövqe vermək olmaz. Mən daha çox Rəhmanı bəyənirəm. O daha artığını edə biləcək səviyyədədi.
“Uypeşt”in çalışdırıcısının ardınca zala Roberto Bordin daxil oldu. Bəzi suallardan qəzəblənən italyan mütəxəssisin müraciəti maraqlı idi: “qələbə qazanmışıq, təbrik etmək əvəzinə səhvlərlə bağlı suallar verirsiz”.
Bordinin 90 dəqiqə ilə bağlı düşüncələri belə idi: “Nəticədən və oyunçularımdan razıyam. Buraxılan qoldan sonra özlərinə gəlmələri məni sevindirdi. Düşünürəm ki, çox epizodlarımız oldu və daha çox qol vura bilərdik. Namiqə görə üzgünəm, dizindən zədələnib. Hələ ki durumunu dəqiq bilmirik. Macarıstanda meydana çıxa bilməyəcək. Bildiyimə görə, zədəsi çox ciddidi”.
– Bu qələbə növbəti mərhələyə neçə faizlik əminlik verir?
– Futbolda heç vaxt 100 faiz zəmanət olmur. Sabahdan növbəti oyun üçün hazırlaşacağıq. Necə olacağını bir həftə sonra biləcəyik.
– İlk 10 dəqiqədə komandada nə baş verirdi?
– Hər şey qaydasında idi. Hətta iki real qol şansımız oldu. Sadəcə, rəqib əlinə düşən yeganə imkanı qola çevirdi. Futbolda belə hallar olur. Vacib olan 90 dəqiqənin tamamındakı hesabdı.
– Hesab 1:1 olanda Karikarini meydana buraxmaq istəyirdiz. Lakin Dabonun qolundan sonra fikrinizi dəyişib Braliçə, yəni müdafiçiyə şans verdiz. Məgər 2:1 sərfəli nəticə idi ki, hesabı qorumaq haqda düşünürdüz?
– Hesab bərabər olanda rəqibin müdafiə xəttini yarmaq üçün iki hücumçu ilə oynamaq istədim. Qol vurduqdan sonra isə müdafiəçini meydana daxil etdim ki, arxa xətdə boşluqlar olmasın. Bu qərarı daha çox qol vurmaq üçün qəbul etdim. Gördüyünüz kimi, etdiyim dəyişiklikdən sonra 3-cü qol da gəldi.
– Müdafiə xəttində probemlərin olduğunu düşünürsüz? Varsa, nöqsanlar nə vaxt həll olunacaq?
– Razıyam, birinci qolda səhvimiz var idi. Ancaq oyun ərzində rəqib şans qazana bilmədi. Bu da o deməkdi ki, bütün komanda müdafiəçilərlə birlikdə yaxşı müdafiə olundu. Rəqibin 7-8 qol şansı olsaydı, sizinlə razılaşardım. Bu gün gördük ki, bu mövqedə ciddi problemimiz yoxdu. Müdafiəçilərin oyunundan çox razıyam.
– Bəs komandanın fiziki göstəricisindən necə, razı qaldız?
– Çox razı qaldım. Təxminən10 dəqiqə Namiqsiz oynadıq. Bu zaman komanda ikiqat gücünü ortaya qoydu.
– İndiki “Neftçi” görmək istədiyiniz komandanın neçə faizidi?
– Fikrimcə, yaxşı başladıq. Oyunçuların xarakterindən razı qaldım. Uduzduğumuz oyunda qalib gəldik. Vaxtımız var, inkişaf edəcəyik. Hələ ki komandadan razıyam.
– Komandanın avrokuboklarda hədəfi nədi? İkinci mərhələdəki rəqibin “Sevilya” olduğunu biləndən sonra qarşınıza qoyulan tapşırıq dəyişməyib ki?
– Birinci oyunda məndən yaxşı nəticə istəyirdilər. Bu dəqiqə fikrimizi cavab görüşünə yönəltmişik. “Sevilya” haqda danışmağa vaxtımız yoxdu.
– Komandada olan boşluqları doldurmaq üçün transfer edəcəksiz?
– Biz qalib gəlmişik. Uduzmamışıq ki, səhvlərdən danışaq. Çatışmayan cəhətlərdənsə, qalib gəldiyimiz oyun haqda danışmalıyıq.
- Oyun başa çatandan sonra ailə üzvləriniz sizi, siz də onları təbrik etdiz. Daha sonra azarkeşlərə minnətdarlığınızı bildirdiz. Maraqlıdı, qələbəni kimə həsr edirsiz: ailənizə, yoxsa azarkeşlərə?
- Əvvəla onu deyim ki, ailəmlə görüşməmiş komanda üzvlərini bağrıma basıb, təbrik etdim. Daha sonra yaxınlarımla görüşdüm və azarkeşlərə tərəf getdim. Bu suala cavab vermək və polemikaya girmək istəmirəm. Qısaca onu deyim ki, belə vəziyyətdə bu cür təxribat xarakterli sualların verilməsi düzgün deyil.
Klub prezidenti Kamran Quliyevin oyunla bağlı fikirləri: "Oyun xeyli isti hava şəraitində keçdi. Qapımızda erkən qol gördük. Lakin komandamız toparlana və qolları sıralaya bildi. Hansısa futbolçunu qeyd etmək istəməzdim. Bütün komanda yaxşı oynadı. Belə nəticə gözləyirdik. Yaxşı olardı ki, qapımızda qol görməyək. Amma hesab edirəm ki, bu ilk addımdı. İkinci addımı bir həftə sonra Budapeştdə atmağa çalışacağıq. Macarıstan paytaxtında bizi daha çətin oyun gözləyəcək. Rəqib komandanın iki futbolçusu viza problemi ilə bağlı Bakıya gələ bilməmişdi. Onlar cavab görüşündə oynayacaq. İnanmaq istərdik ki, öz oyunumuz sayəsində bu mərhələni keçə biləcəyik. Hava şəraiti kimə yaradı? Fizioterapevt olsaydım, sizə daha dəqiq deyərdim. Bizim komandada da əcnəbi futbolçular var. Ola bilsin, onlar belə hava şəraitinə öyrəşməyiblər. Burda əsas üstünlüyümüz azarkeşlərimiz idi. Belə deyək, havanın temperaturu 36 dərəcə idisə, azarkeşlər onu 45 dərəcə etdilər (gülür). Azakeşlərə, komandaya, klubumuzun bütün əməkdaşlarına və siz jurnalistlərə təşəkkürümü bildirirəm. Belə hava şəraitində bura gəlmisiz, oyunumuzu işıqlandırırsız. Buna çox sevinirəm. Bu gün tam bayram demək olmasa da, şad günümüzdü. "Neftçi"nin qayıdıb-qayıtmadığını özünüz görəcəksinz. Amma inanmaq istərdim ki, biz düzgün yoldayıq. Bu gün Çingiz Abdullayev, Müşahidə Şurasının bütün üzvləri burda idi. Komandamız mükafat barədə çox danışmaq istəmədi. Futbolçular bizdən mükafatı mərhələ adlayacağımız təqdirdə istəyiblər. Bu, futbolçuların bizə jestidi. Komandanın necə oynayacağını heç kim bilmir. Amma kollektivdaxili ab-havanın belə olması bizim qazancımızdı... Baş məşqçi, texniki heyətlə görüşümüz olacaq. Ondan sonra transferlərlə bağlı daha dəqiq nə isə deyə bilərik. Ola bilər ki, komandaya heç bir yeni futbolçu gəlməsin. Çünki hər mövqedə əvəzedici var. Yenilərdən Paratski hələ 90 dəqiqə oynamağa hazır deyil. Amma sona qədər mübarizə apardı. Onun həmyerlisi Braliç meydana çıxandan sonra müdafiə xətti daha da keçilməz, möhkəm oldu. Federikonun çıxışını özüz gördüz, əlavə şərh vermək istəmirəm. Daboya isə sadəcə, əhsən! Kimisə unutmuşamsa, inciməsinlər. Yeni oyunçular öz yerində, amma öz futbolçularımızın da bizə necə kömək etdiyini gördünüz. Bacardığımız qədər ötən mövsümdəki sütunu - Səlahət, Ruslan, Anton, Emin, Rəhman, Namiq və s. qoruduq. Onların da qələbədə çox böyük payı var".
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar