15 iy 12:48olke

“Qəbələ” üçün “cırtdanın nağılı”

“Qəbələ” üçün “cırtdanın nağılı”
Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Qəbələ – Proqres (Lüksemburq) 0:2 (0:0)

22. Dmitri Bezotosnı
34. Ürfan Abbasov
27. Bəhlul Mustafazadə
3. Voislav Stankoviç
(21. Lalavele Atakora, 72)
18. İlqar Qurbanov
4. Elvin Camalov
(33. Təmkin Xəlilzadə, 56)
88. Sabien Lilay
28. Stiven Jozef-Monroz
11. Asif Məmmədov (k)
17. Ceyms Adeniyi
(7. Roman Hüseynov, 76)
10. Rauf Əliyev
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
32. Amin Seydiyev
Baş məşqçi: Sənan Qurbanov

1. Sebastyan Flauss
20. Cordan Qobron
34. Tim Holl
23. Adrian Ferino
22. Marvin Martins
10. Olivye Till
(5. Ben Vogel, 80)
19. Mario Mutş
31. Sebastyan Till (k)
7. Mayron de Almeyda
(8. Dino Ramdedoviç, 88)
14. Emmanuel Fransua
9. Yannik Bastos
(70. Matias Markes, 85)
Ehtiyat oyunçular
13. Çarli Şinker
17. David Suares
21. Kevin Kerqer
28. Romeu Torres
Baş məşqçi: Paolo Amodio
Qollar: M. de Almeyda, 51 (0:1). O.Till, 61-p. (0:2).
Vərəqələr: S.Jozef-Monroz, 15. S.Till, 65. S.Flauss, 72. T.Xəlilzadə, 84 - sarı.
Hakimlər: VYAÇESLAV BANARİ, Vasili Yermişin, Dmitri Çobanu, Andrey Kojokaru (hamısı Moldova).
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya).
UEFA nümayəndəsi: Nikolos Jqarkava (Gürcüstan).
12 iyul. Qəbələ. Şəhər stadionu. 1600 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
11 (4) qapıya ("çərçivə"yə) zərbə 10 (3)
10 korner 3
6 ofsayd 1
6 qayda pozuntusu 18
2 vərəqə (qırmızı) 2
Cari avrokubok mövsümündə ilk ev oyununa məhz “Qəbələ” çıxdı ki, bölgə təmsilçisinin köklü dəyişikliklərdən sonra necə görünəcəyi maraqla gözlənilirdi. Bu oyun “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı idi. Özü də “qırmızı-qaralar” ilk dəfə beynəlxalq oyuna yerli mütəxəssisin rəhbərliyi altında çıxırdı. Ancaq Qurbanov Roman Qriqorçukun yanında böyük təcrübə topladığından, debüt elə də çətin olmamalıydı. Mövsüm bitəndən sonra “Qəbələ”ni tərk edən komandanın əsas fiqurları - Filip Ozobiç, Baqali Dabo, Ruslan Qurbanov kimi futbolçuların yoxluğunda yeni gələnlərin özünü necə göstərəcəyi də sual doğururdu. Daha əvvəl müqavilə imzalayan Rauf Əliyevdən başqa, Sabien Lilay, Ceyms Adeniyi və Lalavele Atakora kimi legionerlərin gedənlərin yoxluğunu nə dərəcədə unutduracağını “Proqres”lə qarşılaşma göstərəcəkdi. Təbii, “Qəbələ” azarkeşlərini təkcə heyətlə bağlı dəyişikliklər narahat etmirdi. Belə ki, “qırmızı-qaralar” toplanış zamanı 3 yoxlama matçı keçirmiş və heç birində qalib gələ bilməmişdi. Ancaq “Qəbələ” bu oyunda əsl “doğma divarlar”ın dəstəyinə bel bağlayırdı. Avroliqa oyunları zamanı “Bakcell Arena”ya üz tutan “qırmızı-qaralar” bu dəfə Qəbələ şəhər stadionunda rəqibini qəbul etdi.
“Cırtdan” ölkəni təmsil edən “Proqres” elə ilk dəqiqələrdən bura “divə yem olmağa” gəlmədiyini göstərdi. Əvvəlcə bir neçə dəqiqə hücuma diqqət ayırmaqla təzyiq yaratmağa çalışdılar, ancaq Abbasov, Stankoviç, Mustafazadə və Qurbanovdan ibarət müdafiə xətti startda, ümumiyyətlə, ilk yarıda səhvsiz oyunu ilə rəqibə imkan vermədi. Belədə lüksemburqlular sıx müdafiəyə üstünlük verdilər. Sənan Qurbanovun komandası qonaqların müdafiəsini yarmaqda xeyli zorlansa da, fasiləyə qədər iki həmlə yaddaqalan oldu. 20-ci dəqiqədə Asifin əla ötürməsinə İlqardan öncə çatan “Proqres”in qapıçısı yumruğu ilə topu uzaqlaşdıra bildi. Əks halda, Qurbanov başla fərqlənə bilərdi. 31-ci dəqiqədə qəbələlilər rəqib qapısı qarşısında daha təhlükəli vəziyyət yaratdılar. Ürfanın cinah ötürməsindən sonra Rauf Jozef-Monrozu topla təmin etsə də, ikincinin ləngliyi müdafiəçilərin boşluğu qapamasına şərait yaratdı.
İkinci hissəyə “Proqres” yaxşı başladı və 51-ci dəqiqədə hesabı açdı. Bəhlulla Bezotosnının anlaşılmazlığından məharətlə istifadə edən Almeyda lüksemburqluları hesabda önə keçirdi. İki dəqiqə sonra Almeyda fərqi iki topa çatdıra bilərdi. Onun 20 metrdən uzaq küncə fırlatdığı topu ukraynalı qolkiper əla reaksiya ilə zərərsizləşdirdi.
Bir saat geridə qalmışdı ki, “Proqres” “Qəbələ”yə növbəti şoku yaşatdı. Mövqe səhvinə yol verən Lilay cərimə meydançasında Martinsi yerə sərdi ki, hakim tərəddüd etmədən “nöqtə”ni göstərdi. Olivye Till standart vəziyyəti qola çevirməklə “Qəbələ”ni yenidən meydanın mərkəzinə dəvət etdi.
70-ci dəqiqədə Fransua növbəti şansını boşa verdisə, bir dəqiqə sonra Asifin uzaqdan qüvvətli zərbəsini “Proqres”in qapıçısı barmaqlarının ucu ilə konerə çıxara bildi. 73-cü dəqiqədə Bəhlulun növbəti səhvi az qala ikinci penaltiylə nəticələnəcəkdi. O, mövqe səhvinə yol verdi və Fransuanın topla cərimə meydançasına daxil olmasına şərait yaratdı, daha sonra çətinliklə dayandırdı. Onsuz da xırda follar zamanı çox vaxt komandamızın xeyrinə fit çalan moldovalı referi “Qəbələ”liləri bağışladı. Sənan Qurbanov hücumu müdafiəçilərin sayını azaltmaq hesabına gücləndirməyə çalışdığından, arxa xətdə daha çox boşluqlar yaranırdı. 77-ci dəqiqədə Sebastyan Till bir qədər dəqiq ola bilsəydi, hesab darmadağın həddinə çatacaqdı. “Qəbələ” isə bütün qüvvə ilə hücuma atılmışdı. 80-ci dəqiqədə Jozef-Monroz İlqarın əla ötürməsindən sonra cinahdan irəli şığıdı və müdafiəçidən sıyrılıb qapıya zərbə endirsə də, Flauss yenə baxımlı seyvlə qolu əngəllədi. Son dəqiqələr qarşılıqlı həmlələrlə yadda qalsa da, nəticə dəyişmədi və beləliklə, “cırtdan” “div” üzərində inamlı qələbə qazandı. “Qəbələ” səfərdə 0:2-nin əvəzini çıxmalıdı. Mərhələ adlamaq şansı möcüzəyə bağlı olsa da, inam sonda ölür. İstənilən halda, “qırmızı-qaralar”ın Lüksemburq komandasına uduzması ilə növbəti mövsüm üçün də həyəcan təbili çalındı.
MİRAĞA

Reaksiyalar
Voislav Stankoviç: “Yeni komandayıq. Bir neçə oyunçu getdi, onların yerinə gələnlər oldu. Heyətin formalaşması üçün bir qədər vaxt lazımdı. Bu məğlubiyyət o demək deyil ki, komandamız hazır deyil. Rəqib oyunu müdafiədən qurdu və əks-hücumlara bel bağladı. Öz səhvlərimizdən qollar buraxdıq. Onlar bizim səhvlərimizdən lazımınca yararlandılar. Biz isə əlimizə düşən imkanlardan istifadə edə bilmədik və məğlub olduq. Ancaq bizim üçün avrokubok mövsümü hələ bitməyib. Necə ki onlar burda 2 qol vurdular, biz də Lüksemburqda 2-3 top vura bilərik".
Asif Məmmədov: “Birinci oyunumuz idi, yeni komandayıq. Rəqib elə komanda deyil ki, səfərdə onlara 3 qol vura bilməyək. Bu oyun heç nə göstərməyə bilər. Rəqibi də yaxşı tanımırdıq. Kobud səhvlərdən qol buraxdıq. Fərqlənmək imkanlarımız oldu, yararlana bilmədik. Onu deyə bilərəm ki, bu rəqibə səfərdə 4 qol vura bilərik. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onları 4 dəfə mərkəzə dəvət etməyək? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq. Heyətimiz elədi ki, hər bir oyunçunun yoxluğu təsir edir. Çünki ehtiyat qüvvə elə də geniş deyil. Cavid Hüseynovun da yoxluğu bu gün öz mənfi təsirini göstərdi”.

Maraqlıdı…
“Qəbələ” düşərgəsi hər nə qədər 0:2-in əvəzini çıxa biləcəyindən danışsa da, komandanın avrokuboklarda çıxış tarixi əksini deyir. Belə ki, “qırmızı-qaralar” Avroliqanın 2014/15 mövsümünə də 0:2 ilə başlamışdı. Onda “Şiroki Brieq”dən səfərdə aldıqları məğlubiyyət daha acınacaqlı olmuşdu – 0:3.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar