15 iy 12:32olke

"Neftçi" işin böyük hissəsini gördü

"Neftçi" işin böyük hissəsini gördü
Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Neftçi – Uypeşt (Macarıstan) 3:1 (1:1)

1. Səlahət Ağayev
5. Anton Krivotsyuk
15. Ruslan Abışov (k)
25. Kiril Petrov
21. Məhəmməd Mirzəbəyov
6. Qoran Paratski
93. Soni Mustivar
10. Dario Frederiko
17. Rəhman Hacıyev
(28. Slavko Braliç, 77)
7. Namiq Ələsgərov
(8. Emin Mahmudov, 42)
9. Baqali Dabo
(11. Kvame Karikari, 90)
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
4. Rəşad Eyyubov
18. Tural Axundov
22. Mirabdulla Abbasov
Baş məşqçi: Roberto Bordin

1. Filip Payoviç
5. Robert Litauski (k)
8. Benjamin Çeke
10. Donat Şoter
(2. Kristof Şuts, 74)
18. Boyan Sankoviç
19. Miyuşko Boyoviç
21. Benjamin Balaş
26. Daniel Naqi
(99. Viktor Angelov, 90)
49. Branko Paulyeviç
68. Dzenan Burekoviç
86. Soma Novotnı
(9. Patrik Tişler, 81)
Ehtiyat oyunçular
35. Benke Gundel-Takaş
27. Benke Pavkoviç
Baş məşqçi: Neboyşa Vinyeviç
Qollar: D.Naqi, 9 (0:1). B.Dabo, 23 (1:1). B.Dabo, 72 (2:1). E.Mahmudov, 90+2 (3:1).
Vərəqələr: B.Dabo, 62. E.Mahmudov, 66. R.Litauski, 72.
Hakimlər: DEBNİS YOHAN HİQLER, Yoost van Zuylen, Yohan Balder, Simen Mulder (hamısı Hollandiya).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan).
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
12 iyul. Mərdəkan. Dalğa Arena. 4000 tamaşaçı.

22 (7) qapıya ("çərçivə"yə) zərbə 4 (2)
9 korner 9
3 ofsayd 0
14 qayda pozuntusu 12
2 vərəqə (qırmızı) 1

Dünən "Neftçi" Avroliqa mübarizəsinə start verdi. "Uypeşt"lə Mərdəkandakı qarşılaşma flaqmanın yeni baş məşqçisi Roberto Bordinin ilk rəsmi matçı kimi maraq doğururdu. "Ağ-qaralar” təxminən 10 illik fasilədən sonra beynəlxalq arenaya əcnəbi mütəxəssisin rəhbərliyi altında çıxırdı. Təbii ki, "Neftçi" azarkeşləri yalnız müsbət nəticə haqda düşünürdü.
Artıq 9-cu dəqiqədə "Neftçi" qapısında qol gördü. Naqi cinahdan ötürülən topu tək toxunuşla meydan sahiblərinin qapısından keçirdi. Həmin epizodda Abışovun mövqe səhvini qeyd etməliyik. "Ağ-qaralar" 13-cü dəqiqədə "status-kvo"nu bərpa etməyə yaxın idi. Ancaq Rəhmanın olduqca təhlükəli vuruşundan sonra top toru üstdən silkələdi. Az sonra Dario da uzaqdan vuruşla diqqət mərkəzinə düşdü. Lakin braziliyalının zərbəsi hesabın bərabərləşməsi üçün yetərli olmadı. Bu dəqiqələrdə "Neftçi" rəqibini qapısına doğru sıxışdırmışdı. 22-ci dəqiqədə Abışov cərimə zərbəsindən topu birbaşa qapıya ünvanlasa da, "çərçivə"yə düşə bilmədi. Cəmi 2 dəqiqə sonra isə hesabda tarazlıq yarandı. Darionun qüvvətli vuruşundan sonra qapıçı topu qaytarsa da, özünü yetirəm Baqali təkrar zərbəylə yerli azarkeşləri ayağa qaldırdı. 29-cu dəqiqədə isə "ağ-qaralar" daha bir real qol vəziyyətindən yararlan bilmədi. Namiq sürətlə irəliləyib qapı önünə ötürmə etdi, Rəhman isə boş qapıya düşə bilmədi. Az sonra Namiq özü iki oyunçudan sıyrıldı, topu iti bucaq altında hədəfə ünvanladı, lakin azca yanıldı. Ümumiyyətlə, həm Darionun, həm də Namiqin cinahı xeyli fəal idi. Ancaq Ələsgərovun zədələnməsi Bordinin məcburi dəyişikliyini şərtləndirdi. Namiqin yerinə Emin meydana çıxdı. Bundan sonra bir müddət matçın tempi aşağı oldu. Fasilə ərəfəsində isə "Uypeşt"in əks-hücumu zamanı Səlahət komandasını qoldan xilas etdi.
İkinci yarıya "Neftçi" fəal başladı. Macarlar tam heyətlə müdafiə olunurdu. Hissənin əvvəlində Soni ilə Rəhman diqqət mərkəzinə düşdü. Mustivara müdafiəçi, Hacıyevə qeyri-dəqiqlik mane oldu. 52-ci dəqiqədə Dabo topa başla cüzi toxuna bilsəydi, dublunu rəsmiləşdirəcəkdi. Bundan 4 dəqiqə sonra qonaqlar fərqlənmək üçün yaxşı imkan yaxaladı. Krivotsyukun ötürdüyü topu Səlahət tutduğuna görə hakim cərimə meydançası daxilində sərbəst zərbə təyin etdi. Ancaq “canlı sədd” rəqib üçün keçilməz divar rolunu oynadı. Elə bundan sonra qurulan əks-hücumu Dario məntiqi sonluğa çatdıra bilmədi. Ardınca Eminin uzaqdan zərbəsi zamanı top qapının yanından keçdi. 64-cü dəqiqədə Mahmudov yenidən diqqət mərkəzinə deşdü. Onun akrobatik vuruşundan sonra qapıçı topu tirin üzərindən aşıra bildi. Çox keçmədən Darionun ötürməsini Dabo dəquq tamamlamağı bacarmadı. Lakin Bordinin komandası həmlələrinə ara vermirdi. 72-ci dəqiqədə rəqib qapıçının səhv ötürməsi macarlara baha başa gəldi. Rəhmandan topu qəbul edən Dabo usta vuruşla "Neftçi"ni hesabda önə keçirdi. Fransız hücumçu bununla da "ağ-qaralar"ın heyətindəki ilk rəsmi matçında dubl etmiş oldu. Son dəqiqələr də dinamik keçdi. Daha doğrusu, "ağ-qaralar" ard-arda hücumlar təşkil edirdi. 80-ci dəqiqədə Federiko Payoviçi keçə bilmədi. Bundan 4 dəqiqə sonra künc zərbəsi zamanı Mustivar təhlükəli vuruşla yadda qalsa da, top tirin üstündən keçdi. 90-cı dəqiqədə Dabonun zərbəsində cüzi dəqiqlik çatmadı. Amma oyun bu hesabla da bitmədi. Mustivardan ötürmə alan Emin rəqib müdafiəçini aldadıb topu qapıçının üzərindən tora göndərdi. Bu hesab "Neftçi"ni növbəti mərhələyə - "Sevilya" ilə duelə xeyli yaxınlaşdırdı.
FARİZ

Maraqlıdı…
“Neftçi” avrokuboklarda ikinci dəfə ev oyununda hansısa rəqibin qapısına üç dəfə yol tapdı. Bakılılar təxminən 6 il əvvəl, 2012-ci il iyulun 17-də Çempionlar Liqasının oyununda “Zestafoni”ni də cəzalandırmışdı. Düzdü, onda hesab 3:1 yox, 3:0 olmuşdu.

Reaksiya
Ruslan Abışov: "Açığı, buraxdığımız top təsadüfi qol idi. Orda ani anlaşmazlıq oldu. Amma matç göstərdi ki, biz rəqibdən üstünük və qol epizodlarımız çox oldu. İnanırdıq ki, dönüş edəcək və qələbə qazanacağıq. Çünki rəqibi yaxşı təhlil etmişdik. Hələ hər şey bitməyib, qarşıda çətin səfər görüşü var. Deyərdim ki, şanslar hələ 50-nin 50-yədi. Səfər oyununa da ciddi hazırlaşıb, yaxşı motivasiya ilə meydana çıxmaq istəyirik. Orda da qələbə qazanmaq və mərhələni keçmək arzusundayıq. Qol imkanlarımız çox idi, daha böyük fərqlə qələbə qazana bilərdik. Hava da çox isti idi və rəqib ikinci hissədə tam müdafiəyə çəkilmişdi. 5-li müdafiənin də üzərində işləmişdik. Baş məşqçi kənardan hər şeyi daha yaxşı gördü. Bizi çətin səfər oyunu gözləyir. Çünki onların iki əsas oyunçusu gəlməmişdi. Bu üzdən arxayınlaşmaq olmaz. Çox yaxşı hazırlıq keçmişik, fiziki məşqlər etmişik. İnanıram ki, Macarıstanda bizim üçün daha rahat olacaq. Çünki hava şəraiti də oynamağa imkan verəcək. Bu gün çox isti idi, oynamaq çətin olurdu. Orda rəqib daha çox hücum, pressinq edəcək. Yəqin daha çox hücumçu ilə meydana çıxacaqlar ki, erkən qol vursunlar. Biz də buna hazır olmalıyıq... Ötən mövsüm komandanın 3-cü yeri tutmasında baş məşqçidən tutmuş gedən futbolçulara kimi hamının zəhməti olub. Onlara hər zaman təşəkkürümü bildirirəm. Artıq yeni səhifə açılıb: yeni baş məşqçi, yeni heyət. Həm çempionatda, həm də AL-də bacardığımız qədər uğurlu çıxış etmək istəyirik. Baxmayaraq ki, mərhələ keçdikdə daha ağır rəqib gəlir. Yeni komandadı, ilk rəsmi oyunumuz idi. İstər-istəməz futbolçuların üzərində təzyiq var idi, anlaşma tam yaxşı vəziyyətdə deyildi. Oyundan-oyuna hər şey yaxşı olacaq. Bu gün ev sahibi biz idik və oyun da göstərdi ki, rəqibdən üstün futbol göstəririk. Qələbəyə daha çox layiq idik. Yəqin ki, səfərdə bizə sürpriz hazırlayacaqlar. Amma meydana çıxdıqdan sonra bütün problemlər kənarda qalır, 90 dəqiqə yalnız oyun barədə düşünürsən".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar