13 iy 18:07olke

“Qarabağ” yenilənmiş heyətlə də qarşısıalınmazdı

“Qarabağ” yenilənmiş heyətlə də qarşısıalınmazdı
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan) 0:1 (0:0)

31. Alyaj İvaçiç
3. Maki Baynak
5. Marko Qayiç
7. Rok Kronaveter
(10. Qoran Brkiç, 81)
17. Abbas İssah
27. Aris Zarifoviç (k)
44. Dino Ştiqlets
70. Marko Putinçanin
77. Stefan Saviç
(29. Matis Çrniç, 71)
90. Tomislav Tomiç
95. Daniel Avramovski
(21. Kinqsli Boatenq, 88)
Ehtiyat oyunçular
41. Neyk Vidmar
4. Leo Eyup
8. Daniel Mişkiç
23. Nik Kapun
Baş məşqçi: İliya Stolitsa

13. Vaqner Da Silva
77. Vild-Donald Gerye
52. Yakub Jezniçak
55. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
91. Coşqun Diniyev
(6. Simeon Slavçev, 46)
19. Filip Ozobiç
(10. Dani Kintana, 63)
8. Miçel
17. Abdulla Zubir
(14. Rəşad Sadıqov, 90+3)
11. Mahir Mədətov
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
4. Rahil Məmmədov
25. Ansi Aqolli
30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qol: V-D.Gerye, 79.
Vərəqələr: M.Putinçanin, 24. Q.Qarayev, 31. V-D.Gerye, 73. B.Hüseynov, 85 - sarı. A.İssah – 85, Q.Qarayev, 90+1 – qırmızı (ikinci sarı).
Hakimlər: LOURENS VİSSER, Karel de Roker, Co de Veyrdt, Bram van Drieşe (hamısı Belçika).
Hakim-inspektor: Paulius Maljinskas (Litva).
UEFA nümayəndəsi: Cek Qrandi (Şimali İrlandiya).
11 iyul. Lyublyana. “Stoyitse” stadionu. 5248 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ənənəsinə sadiq qalıb yetərincə ehtiyatlı danışmışdı. İlk görüşün çətin keçəcəyini dilə gətirən təcrübəli mütəxəssis bunu komandasında müəyyən problemlərin olmasıyla əlaqələndirmişdi. Qələbə arzuladıqlarını demiş, heç-heçəni uğurlu nəticə kimi qəbul edəcəklərini dilə gətirmiş, ən pis halda minimal hesablı yenilginin də onu qane edəcəyini gizlətməmişdi. Qurbanov onu da qeyd etmişdi ki, “Olimpiya” yeni baş məşqçinin gəlişindən sonra oyun üslubunu dəyişdiyindən, bu məqam komandasının ziyanına ola bilər. Dolayı yolla rəqibin oyununu kifayət qədər öyrənə bilmədiyinə işarə idi.
Rəqib düşərgədən isə baş məşqçi İliya Stolitsa yox, kapitan Branko İliç jurnalistlər önünə çıxmış və kifayət qədər maraqlı açıqlamalarla yadda qalmışdı. 35 yaşlı yarımmüdafiəçinin fikrincə, “Qarabağ” hər nə qədər güclü rəqib olsa da, keçilməz deyil. Odu ki, “Olimpiya”nın futbolçuları ağdamlıları mübarizədən kənarlaşdıra biləcəklərinə inanırlar. İliç Azərbaycan çempionunun Avstriya toplanışında Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoldaşlıq görüşlərini izlədikdən sonra bu qənaətə gəlib ki, “köhlən atlar” futbolçu dəyişikliklərindən sonra yeni mövsümə hazır deyil.
Açıqlamalardan da göründüyü kimi, tərəflər vurğunu təxminən eyni yerə vurur: “Qarabağ”ın hazır olmamasına. Bu da hardasa başadüşüləndi. İki aparıcı legioner – İbrahim Şehiçlə Riçard Almeyda komandanı tərk edibsə, üstəgəl, komanda 4 sınaq matçının heç birində qələbə qazana bilməyibsə, deməli, ehtiyatlı davranmaq, sadəcə, vacibdi. Uğur qazanmağı planlaşdıran kollektivin uzun yola cəmi bir hücumçuyla çıxması isə bir başqa söhbətin mövzusudu. Qısası, oyundan əvvəl “Qarabağ”la bağlı proqnozlar heç də ürəkaçan deyildi. Hər kəs böyük səbirsizliklə saat 22.00-ı gözləyirdi ki, həmin an yetişdi.
Futbolçular meydana ayaq basanda hər kəsin diqqətini çəkən məqam kapitan Rəşad Sadıqovla komandanın aparıcı üzvlərindən sayılan Dani Kintananın “11-lik”də olmamasıydı. Müdafiənin mərkəzini Yakub - Bədavi cütlüyünə tapşıran Qurbanov vinger kimi Zubirlə Ozobiçdən yararlanıb, Kintananı “gizli silah” kimi saxlamışdı. Və ən maraqlı məqam Riçard Almeydanın funksiyasını Coşqun Diniyevin daşıması idi.
Maraq doğuran məqam yenilənmiş “Qarabağ”ın hansı üslubda oynayıb, necə təsir bağışlayacağı idi ki, ilk hissə gələcəyə ümidlə baxmağa imkan vermədi. Düzdü, ağdamlıların ənənəvi oyun fəlsəfəsi – top saxlayıb, rəqibi müdafiədən çıxmağa məcbur etmək – yerində idi. İlk dəqiqələrdən oyuna nəzarəti əldən verməyən ağdamlılar rəqibin müdafiə xəttini yarmağa imkan axtarırdı. Lakin hər nə qədər çalışsalar da, İvaçiçin qapısı qarşısında təhlükə yaratmaq mümkün olmurdu. Əsasən Maksimlə Zubirin yer aldığı sağ cinah fəal təsir bağışlayırdı. Di gəl, fransız futbolçunun komandada yeni olması özünü göstərirdi. Sanki “Qarabağ” qol vurmaqdan çox qapısında top görməməyi düşünürdü. Hər halda, Azərbaycan çempionunun hücumlar zamanı böyük qüvvə ilə irəli atılmaması, Vaqnerin tez-tez oyuna qoşulması belə düşünməyə əsas verirdi.
“Köhlən atlar”ın əsk-hücumlarda effektli olacağını nəzərə alan rəqib də hesabı açmaq yönündə ciddi səy göstərmirdi. “Qarabağ”ın zəngin avrokubok təcrübəsinə sahib olması sloveniyalıların gözünü qorxutmuşdu. Belədə hücumlar zamanı onlar da ehtiyatı əldən vermirdi. İlk hissədə korner və qapıya zərbələr nisbətində üstünlük qazanan meydan sahibləri iki epizodda fərqlənməyə yaxın oldu. 9-cu dəqiqədə kornerdən sonra topa yiyələnən Zarifoviçin hiyləgər, amma o qədər də güclü olmayan zərbəsini Vaqner zərərsizləşdirə bildi. 28-ci dəqiqədə isə İssah qol vurmağa borclu olduğu vəziyyətdə şansı əldən verdi. 20 yaşlı forvard Putinçaninin əla ötürməsindən sonra topu tələsik zərbəylə qapının üstündən vurdu.
“Qarabağ” ikinci yarıya dəyişikliklə başladı. İlk 45 dəqiqədə o qədər də gözə dəyməyən Coşqun Diniyevi yeni transfer Simeon Slavçev əvəzlədi ki, bolqar yarımmüdafiəçinin fəallığı meydanda olduğu ilk dəqiqələrdən özünü göstərməyə başladı. Həmin fəallıq 52-ci dəqiqədə bəhrə verə bilərdi. “Olimpiya”lılar qol vurmaq haqda düşündüyü an bunu təmsilçimiz bacarmağa yaxın idi. Mahirin cərimə meydançası kənarından sol ayaqla vurduğu top az fərqlə qapının üstündən keçdi. Bu dəqiqələrdə Slavçevin fəallığı da özünü göstərirdi. “6 nömrə” iki dəfə əlverişli mövqeyə “açılsa” da, hər ikisində hakimin bayrağı oyundankənar vəziyyətə görə havaya qalxdı.
Ağdamlıların oyuna nəzarəti tam ələ keçirməsindən sonra rəqib düşərgədə müəyyən narahatlığın yaşanması təəccüblü deyildi. Birinci hissədə daha rahat və inamlı görünən Sloveniya təmsilçisi 60-cı dəqiqədən sonra təşəbbüsü əldən vermişdi. Kintana da meydana çıxmışdı deyə, ağdamlıların orta xətti daha hərəkətli görünür, pressinq hesabına rəqibə göz açmağa imkan vermirdi. Belçikalı hakim isə onsuz da yağışa görə “yaralanmış” oyunu lazımsız fitləri ilə “ölümcül” vəziyyətə salırdı.
Əslində, 0:0 “Qarabağ”a sərf edirdi. Bakıda qazanılacaq istənilən hesablı qələbə Qurbanovun yetirmələrini növbəti mərhələyə daşıyacaqdı. Amma imkan düşmüşkən vətənə qələbə ilə qayıtmaq da pis olmazdı. Azərbaycan çempionu bunu bacardı. 74-cü dəqiqədə meydandakılar Maksimin asma edəcəyini düşündükləri anda kapitan qapıya asmayabənzər zərbə endirdi ki, “Olimpiya”nın qolkiperi bu dəqiqəyə qədərki ən real qol fürsətini topu barmaqlarının ucu ilə küncə çıxarmaqla əngəllədi. Bu epizod sanki ağdamlıları ümidləndirdi. Və çox keçmədən tablodakı “0-lar”dan biri dəyişdi. Slavçevin Mahirə verdiyi topu o tora qovuşdura bilməsə də, komandasının xeyrinə korner qazandı. Künc zərbəsindən sonra qapı önündə yaranan qarışıqlıq zamanı isə topa son toxunan Geryenin zərbəsi qapıdan keçdi.
Bundan sonra meydanda gərginliyin artacağı gün kimi aydın idi. Belə də oldu. “Olimpiya”nın əks-hücumu zamanı Bədavi İssahı əllə tutub saxlayınca, hakim yığmamızın üzvünə sarı vərəqə göstərdi. Gənc və çılğın İssahın Bədavini arxadan itələdiyini görən referi birbaşa göstərdiyi “qırmızı”yla “17 nömrə”ni meydandan qovdu. Azlıqda qalan meydan sahiblərinin bir qol vurmaq üçün irəli atılacağını gözləsək də, bu baş vermədi. Düzdü, “Qarabağ” son dəqiqələrdə zərər çəkdi. Amma qol buraxmaqla yox, 10 nəfərlə qalmaqla. Qara Qarayev rəqibin əks-hücumu zamanı gərəksiz vəziyyətdə meydana sonradan çıxan Boatenqi əllə saxladı və qarşısında ikinci sarı, ardınca qırmızı vərəqəni gördü. Oyunun sonları idi deyə, Qaranın yoxluğu o qədər də hiss olunmadı. Üstəlik, rəqib də 10 nəfərlə oynayırdı.
Çoxlarının gözləmədiyi halda yenilənmiş “Qarabağ” səfər matçında qalib gəlməyi bacarmaqla iyulun 18-dakı cavab görüşü ərəfəsində ciddi üstünlük qazandı. Amma arxayınlaşmağa dəyməz. Rəqibin vuracağı qol çox şeyi dəyişə bilər. Odu ki, Qurban Qurbanov bu oyunda gördüyü səhvləri aradan qaldırmalı, qələbə hesabını futbolçuların beynindən silməlidi.
HƏBİB

Gözdən qaçmadı
* Matçı izləyənlər arasında oyun günü Lyublyanaya təşrif buyuran Tahir Gözəl də vardı. “Qarabağ”ın prezidenti qarşılaşmadan bir neçə saat əvvəl “Olimpiya”nın başqanı Milan Mandariçlə görüşərək, yemək süfrəsi arxasında söhbətləşiblər. Tahir bəyin yanında klubun direktoru Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov da olub.
* Oyundan iki gün əvvəl qəzetimizə müsahibə verən “Olimpiya”nın sabiq futbolçusu Culius Vobay Sloveniya çempionunun güclü azarkeş dəstəyinə sahib olduğunu demiş, tribunaların dolacağına ümid etdiyini bildirmişdi. Di gəl, 16 min yerlik stadiondakı tərəfdarların sayı Çempionlar Liqası oyunu üçün yetərincə az idi.
* Oyun günü yağan yağış matç saatında dayansa da, ilk yarının gedişində yenidən “fəallaşdı”.
* Hakimin final fitindən sonra “Olimpiya”nın futbolçuları kifayət qədər məyus görünürdülər. Bir-birinə təsəlli verən futbolçuların köməyinə azarkeşlər çatdı. Təxminən 300-ə yaxın fanklub üzvünün birağızdan “Olimpiya Lyublyana” şüarına futbolçular əl çalmaqla cavab verdilər.
* Görüş başa çatandan sonra hər iki baş məşqçinin hakimə yaxınlaşıb əl sıxması normal haldı. Xüsusilə futbolçusu meydandan qovulan, komandası uduzan Stolitsanın bu addımı xoşagələn idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:23 Bosançiç “Keşlə”ni Zaur Axundova görə tərk edib Bu gün, 14:22 Ömər Paşayev Samir Abasovun ittihamına cavab vermədi Bu gün, 14:20 “Qəbələ” Sənan Qurbanovla yola davam edəcək Bu gün, 14:19 Almeyda “Astana”da qol hesabını açdı Bu gün, 14:17 "Qarabağ" 4 milyon qazandı Bu gün, 14:14 Qurban Qurbanov: “Bundan sonra Mahiri sosial şəbəkələrdə çox az görəcəksiz” Bu gün, 14:12 “Qarabağ” “Qəbələ”ni acınacaqlı vəziyyətə saldı Bu gün, 13:58 Namiq “Qəbələ”ni siyahıdan silməyin tez olduğunu düşünür Bu gün, 13:56 “Dalğa Arena”da striptiz-şou və söyüş dalğası Bu gün, 13:51 Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi Bu gün, 13:47 Sərtanın durumu qənaətbəxşdi Bu gün, 13:45 Deviçin seriyası Bayılda qırıldı Bu gün, 13:32 “Füzuli”də yetərsay olmadı, matç baş tutmadı Bu gün, 13:31 Kaka Azərbaycan üçün darıxıbmış Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:28 Yığmamız Qazaxıstanla bacarmadı Bu gün, 13:21 “Sumqayıt” yenə geridönüş etdi Dünən, 20:13 Elbrus İsmayılov çarəsizdi… Dünən, 20:10 “Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər Dünən, 20:08 Mahir Mədətov atmacalarına davam edir Dünən, 14:20 Pulun ola, gedib, gəzib, qayıdasan Dünən, 14:12 Təcrübə və səviyyə fərqi... Dünən, 14:10 Qara Qarayev “Qarabağ”a badalaq vurdu Dünən, 14:09 Portəgizlər məmnun, ağdamlılar məyusdu 21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Bütün xəbərlər
Ən çox oxunanlar